İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak etdi

İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
28.10.2025 14:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib.

TodayPress TV xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına Horovlu kəndində görülən işlər barədə məlumat verdi.

Xatırladaq ki, Horovlu kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu kəndi işğaldan azad edib.

Bu kəndin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoyub. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Horovluda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.

Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib. Kənddaxili yollara asfalt döşənib.

Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib.

Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabına təmin olunacaq.

Qeyd edək ki, burada inşa olunmuş körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Bağçada yeməkxana, oyun və musiqi otaqları balacaların ixtiyarına veriləcək. Bundan başqa, binada inzibati, kompüter və metodika otaqları yaradılıb. Bağçanın ərazisində uşaqların asudə vaxtlarını maraqlı keçirmələri üçün də şərait yaradılıb.

Horovluda müasir tam orta məktəb binası da tikilib. Məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün geniş imkanlar mövcuddur. Təhsil ocağının sinif otaqları lazımi dərs vəsaiti və avadanlıqla təchiz olunub. Burada 26 sinif otağı, kimya, fizika, biologiya və informatika, musiqi, rəsm, hərbi hazırlıq otaqları, 4 laboratoriya, kitabxana şagirdlərin ixtiyarına veriləcək. Binada 180 yerlik akt zalı, qapalı idman zalı və yeməkxana da yaradılıb. Məktəbin ərazisində açıq idman meydançası da mövcuddur.

Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Burada uşaqlar üçün oyun zonası, idman sahəsi, basketbol meydançası, masaüstü oyunlar üçün zona, söhbətgahlar yaradılıb. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib. Torpaq işləri zamanı aşkarlanmış təbii qayalar parka daşınaraq landşaft dizaynının bir hissəsi kimi istifadə olunub. Ərazidə “Əsgər” kəhrizinin su anbarı əsaslı təmir edilib, dekorativ landşaft yaradılıb. Həmçinin parkın ərazisində işğal zamanı dağıdılmış 4 bina tarixi yaddaşın qorunması, həmin dövrün izlərini və reallıqlarını gələcək nəsillərə çatdırmaq üçün əyani sübut kimi saxlanılıb.

Bundan başqa, kənddə ikimərtəbəli inzibati bina inşa edilib. Binada operativ idarəetmənin və qərarların səmərəli qəbulunun təmin edilməsi məqsədilə müasir situasiya mərkəzi yaradılıb. Mərkəzdə kəndin idarəetməsində Coğrafi İnformasiya Sisteminin (CİS) tətbiqi də nəzərdə tutulur. Kəndin Baş planının CİS platformasına inteqrasiya edilməsi yaşayış məntəqəsinin səmərəli planlaşdırılmasına və idarə edilməsinə imkan verəcək. Bütün torpaq sahələri, tikililər, yollar, su, enerji, qaz, rabitə xətləri bu platformada koordinatlarla yerləşdirilib. Platforma dizayn və tikinti proseslərini izləməyə, dəyişiklikləri xəritəyə tətbiq etməyə, müxtəlif situasiyalara uyğun qərar qəbul etməyə, üçölçülü (3D) bina modelləri, real vaxtda kamera məlumatlarına çıxış imkanları olduğundan mövcud vəziyyəti həm xəritədə, həm də sistem üzərində birbaşa müşahidə etməyə imkan yaradır. Dövlət və özəl qurumlarla inteqrasiya, məlumat mübadiləsi, hesabatlılıq və vizual təqdimatlar baxımından platformanın istifadəsi müasir idarəetmədə innovativ həll hesab olunur.

Cəbrayıl rayonunun Horovlu kəndində yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısı kəndə köçən sakinlərlə görüşdü, onlara mənzillərin açarlarını təqdim etdi.

TodayPress TV

FOTOLAR

İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak etdi — 1
İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak etdi — 2
İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak etdi — 3
İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak etdi — 4
İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak etdi — 5
İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak etdi — 6
İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak etdi — 7
İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak etdi — 8
İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak etdi — 9
XƏBƏR LENTİ
20 AVQUST 2026
Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 Bütün Xəbərlər