Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirildi

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirildi
10.12.2025 12:37 Daxili siyasət

Konstitusiya və Suverenlik İli çərçivəsində Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, açılış nitqi ilə çıxış edən şuranın sədri, Baş prokuror Kamran Əliyev bildirib ki, Konstitusiya dövlətin suverenliyini, idarəçilik sisteminin sabitliyini və cəmiyyətin hüquqi inkişaf prinsiplərini müəyyən edən əsas sənəddir.

Vurğulanıb ki, müasir Azərbaycan dövlətinin möhkəm təməli dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin formalaşdırdığı dövlətçilik fəlsəfəsi üzərində qurulub. Ulu öndərin müəyyən etdiyi dövlətçilik xəttini bu gün yüksək səviyyədə və böyük siyasi iradə ilə davam etdirən Prezident İlham Əliyevdir.

Çıxışda, həmçinin, qeyd olunub ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr cəmiyyətin hüquqi maarifləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və sosial rifahın yüksəldilməsi baxımından xüsusilə əhəmiyyət kəsb edir.

İclasda Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov "Azərbaycan Konstitusiyasında dövlət suverenliyi prinsipinin hüquqi əsasları", Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev "Azərbaycan Respublikasının Konstitusiyası və insan hüquqları", Milli Məclisin deputatı Kamal Cəfərov "Korrupsiyanın qarşısının alınmasında Azərbaycan modeli", Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri, prokurorluğun veteranı Tahir Kazımov "Cinayət Məcəlləsinin 178-ci maddəsinə dəyişikliklərin edilməsinin zərurəti", Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova "Dövlət hesabına müdafiənin həyata keçirilməsi zamanı mövcud problemlər", Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev isə "Cinayət təqibi üzrə icraatın dayandırılmasının aktual problemləri" mövzusunda çıxış ediblər.

Tədbir zamanı prokurorluğun elmi-tədqiqat və metodiki fəaliyyətinə dair yeni nəşrlər və elektron resurslar da təqdim olunub.

Belə ki, Elm-Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev "Prokurorluq orglarının peşə hazırlığı, elmi-tədqiqat və metodiki iş sahəsində ölkədaxili əməkdaşlıq təcrübəsi" adlı vəsaiti, Mərkəzin şöbə rəisi Nigar Qələndərli "Prokuror nəzarəti və prosessual rəhbərlik təcrübəsi" jurnalını, Mərkəzin şöbə prokuroru Fərizə Mirzəyeva "Qlobal ədalətə doğru: Beynəlxalq Prokurorlar Assosiasiyası və Azərbaycan Prokurorluğu" kitabını, Baş Prokurorluğun idarə prokuroru Mahmud Mehdiyev "Kriptovalyutanın aşkarlanması, izlənməsi və müsadirəsi", Mərkəzin şöbə prokuroru Rəşad Qasımov isə mənimsəmə və qulluq mənafeyi əleyhinə cinayətlər üzrə metodiki vəsaiti təqdim edib, eləcə də Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova Elektron Prokurorluq İnformasiya Sistemində yaradılmış (EPİS) "Hüquqi müzakirələr və təkliflər forumu" modulunun funksionallığı barədə məlumat verib.

İclas çərçivəsində 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" münasibətilə ali təhsil müəssisələri arasında keçirilən "Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi" adlı hüquq viktorinasında "Nominasiyalar" üzrə fərqlənmiş tələbələrin mükafatlandırılması mərasimi təşkil edilib və qaliblərə mükafatlar Baş prokuror Kamran Əliyev tərəfindən təqdim olunub.

TodayPress TV

FOTOLAR

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirildi — 1
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirildi — 2
XƏBƏR LENTİ
31 IYUL 2026
Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Bütün Xəbərlər