16 yaşadək uşaqlar üçün sosial şəbəkələr bağlanacaq? Prezidentin köməkçisindən cavab
“16 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanunvericilik təşəbbüsü dünya təcrübəsi və elmi araşdırmalara əsaslanır”.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, qanun qüvvəyə minməzdən əvvəl bir illik keçid dövrü nəzərdə tutulur. Hacıyev qeyd edib ki, yaşın yoxlanılması və texniki nəzarət mexanizmləri ilə bağlı bəzi məsələlər hələ də tam həllini tapmayıb.
Prezidentin köməkçisi vurğulayıb ki, qanunun icrası yalnız dövlətin səyləri ilə mümkün deyil. Bu prosesdə valideynlər, müəllimlər, bloqerlər və sosial şəbəkə platformaları da fəal iştirak etməlidirlər.