“Qan itirən uşağa qan köçürülmədi” – Övladını itirmiş ata həkimlərə irad bildirdi

“Qan itirən uşağa qan köçürülmədi” – Övladını itirmiş ata həkimlərə irad bildirdi
24.06.2026 12:05 Cəmiyyət

Vəkil Fərhad Mehdiyev Abşeron Rayon Mərkəzi Xəstəxanasına qarşı bir sıra ciddi iddia səsləndirib.

TodayPress TV “Yeni Sabah”a istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında qızı Zəhranın xəstəxanadan cəmi 300-400 metr məsafədə yerləşən ərazidə qəzaya düşdüyün qeyd edib.

F. Mehdiyev təcili tibbi yardım briqadasının hadisə yerinə göndərilmədiyini bildirib.

Vəlilin sözlərinə görə, Zəhra hadisə yerindən xüsusi tibbi avadanlıq və boyun fiksatoru olmadan, yaxınlıqdakı şəxslərin yardımı və taksi ilə xəstəxanaya çatdırılıb:

“Təcili tibbi yardım əməkdaşları ilkin qiymətləndirmə aparmalı, boyun korseti və digər zəruri tibbi vasitələrdən istifadə etməli, lazım gəldikdə intubasiya və infuziya tədbirlərini hadisə yerində həyata keçirməli idilər”.

Vəkil qızının ağır qan itkisi verdiyini, sol bud sümüyündə açıq qırıq olduğunu qeyd edib. O iddia edib ki, 17 yaşlı Zəhraya qan köçürülməyib və açıq yaraya tikiş də atılmayıb:

“Hadisə 16:43-16:44 radələrində baş vermişdi. Zəhranın ürəyi saat 20:20-yə qədər döyünürdü. Lakin hadisədən sonra təxminən 3 saat 40 dəqiqə ərzində ürəyi döyünən uşağı xilas etmək mümkün olmadı, yaxud bunun üçün ciddi cəhd göstərilmədi”.

F.Mehdiyev qeyd edib ki, qızının aldığı xəsarətlər çoxsaylı və ağır olsa da, xəstəxana heyətinin onun yaşamaq şansını əvvəlcədən çox aşağı qiymətləndirdiyi təəssüratı yaranıb.

O, həmçinin daha əvvəl Abşeron Rayon Mərkəzi Xəstəxanasında kompüter tomoqrafiyası (KT) aparatının işləməməsi ilə bağlı da məsələ qaldırdığını xatırladıb.

Vəkil hesab edir ki, əgər xəstəxanada ağır travmalı xəstələrə operativ müdaxilə və geniş reanimasiya imkanları məhduddursa, bu barədə ictimaiyyət məlumatlandırılmalıdır. O, eyni zamanda, TƏBİB-i Abşeron RMX-nin təcili tibbi yardım şöbəsinin maddi-texniki bazasının və personalın peşə hazırlığının gücləndirilməsi istiqamətində addımlar atmağa çağırıb.

F.Mehdiyevin fikrincə, ağır qəzalar zamanı ilkin tibbi yardımın düzgün və vaxtında göstərilməsi xəstənin həyatının xilas edilməsində həlledici rol oynayır. O vurğulayıb ki, geniş əraziyə xidmət göstərən bu tibb müəssisəsində xidmətlərin yüksək səviyyədə təşkili xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, tanınmış vəkil Fərhad Mehdiyevin qızı iyunun 16-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

TodayPress TV

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bakının mərkəzində obyekt yandı, mənzillərə də ziyan dəydi 09:13 “PSJ” transfer bazarında hərəkətə keçir: üç futbolçu yoldadır 09:24 Putin mübahisəli Kuril adasına getdi: Yaponiya ilə gərginlik yenidən gündəmdə 09:00 64 komandalı dünya çempionatı ideyası gündəmdə: İnfantinodan dəstək 09:15 Sosial şəbəkələrdə emosional paylaşımlar insanlara necə təsir edir? Alimlər açıqladı 08:56 “Çelsi”dən Enzo Fernandes üçün ultimatum: 140,5 milyon avro! 08:54 Rusiyada neft emalı zavoduna PUA hücumu: Partlayış və yanğın baş verdi - VİDEO 08:51 Platini 9 qollu matça sərt reaksiya verdi: “Biz şou-biznes dünyasında yaşayırıq” 08:43 Livan parlamentindən böyük əfv qərarı — Minlərlə məhbus azadlığa çıxa bilər 08:28 Romero üçün transfer yarışı başa çatdı: “Atletiko” qalib gəldi 09:09 Qaz təchizatı dayandırılır: Bu ərazilərdə yaşayanlara xəbərdarlıq 08:18 DÇ və Millətlər Liqası mükafatçısı BƏƏ millisinin başına keçdi 09:27 Sakinlərin DİQQƏTİNƏ! Bu ərazilərdə elektrik enerjisi kəsiləcək 08:14 Bu rayonlarda işıq OLMAYACAQ 01:15 Dunay çayında daş sədd tikiləcək 00:32 Siqareti tərgitdikdən sonra orqanizmdə hansı dəyişikliklər BAŞ VERİR? 01:03 Qara dəliyin yaxınlığında su və toz aşkar edildi! 01:08 Yeməkdən sonra mədədə ağırlıq nə vaxt normal sayılır? - Mütəxəssisdən XƏBƏRDARLIQ 01:27 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin son sayı AÇIQLANDI 01:21 CENTCOM neçə İran gəmisinin istiqamətini dəyişib? 00:36 Suriya hava qüvvələrini bərpa edir, İsrailin narahatlığı artır 01:32 NASA Günəş tutulmasını qeydə almaq üçün xüsusi təyyarəsini havaya qaldırdı 00:27 UEFA Superkubokunun qalibi müəyyənləşdi! 00:59 ABŞ-nin illərlə İraqda davam edən mövcudluğuna SON QOYULUR 00:51 Kerolayn Livitt Ağ Evin mətbuat katibi vəzifəsindən ayrılır? 00:22 Bütün Xəbərlər