Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam edir

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam edir
02.09.2025 17:51 Cəmiyyət

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan ali hüquq təhsilli şəxslər üçün 15.04.2025-ci il tarixdə elan edilmiş müsabiqə ilə əlaqədar sənədlərin elektron qaydada qəbulu hazırda davam etdirilir. 

TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Müsabiqə ilə bağlı ətraflı məlumatı (https://genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani) linkinə daxil olaraq əldə etmək olar.

Müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə ediləcəkdir:

-Azərbaycan Respublikasının Konstitusiyası;

-“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

-“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

-“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;

-Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;

-Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;

-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;

-Azərbaycan Respublikasının Mülki Məcəlləsi;

-Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;

-Azərbaycan Respublikasının Əmək Məcəlləsi;

-“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.

Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

XƏBƏR LENTİ
11 AVQUST 2026
Özbəkistan TƏCİLİ hərəkətə keçdi: Tatarıstana xüsusi qrup göndərildi 18:06 Erməni deputat: TRIPP layihəsi ilə bağlı İranla razılaşmışıq 17:49 Ermənistan Azərbaycandan qaz almaq istəyir 17:44 Lənkəranda meşədən iki nəfərin meyiti tapıldı 17:32 ABŞ İran blokadasını yarmaq istəyən gəmini vurdu 17:28 Axundzadə gəlməmiş komandada kütləvi ayrılıq başladı! 17:07 Kolumbiyada zəlzələdən sonra daha 5 təkan: Dağıntılar altında axtarışlar davam edir 16:37 Paşinyanın qızı nazirlikdə işləməyə başladı 17:00 Bakıda bir ildir itkin düşən qadının skeleti tapıldı, oğlu saxlanıldı 17:20 Rusiya bu ölkə ilə hərbi təlimlərə start verdi 16:49 Antonellinin gələcəyi parlaqdır! Kulthard onun üstünlüyünü açıqladı 16:42 ABŞ və Polşa birgə silah istehsal edəcək 16:33 Çempion meydana çıxır! NBA-də yeni mövsümün açılış oyunları bəlli oldu 16:37 Qarpız və qovunu kimlər ehtiyatla yeməlidir? 16:20 Usta kimi işlədiyi evi soydu 16:25 Əraqçi: İran bütün dünyanı təəccübləndirdi 16:10 Maxaçevə böyük etiraf: “Bütün çəki dərəcələrini fəth edir!” 16:12 Günəş tutulması İspaniyada fəlakətlərə yol açacaq - PROQNOZ 15:49 Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 100-ü keçdi - YENİLƏNDİ 08:36 Dünya rekordçusundan vida! Polina Rəhimova millidə son oyunlarına çıxacaq 15:53 Livan ölüm hökmünü ləğv edən ilk ərəb ölkəsi oldu 15:49 ABŞ ələ keçirdiyi Rusiya gəmilərini Dubayda satdı 15:44 Alimlər təklif etdi: Dünya əhalisi 8 milyarddan 4 milyarda endirilsin - AÇIQLAMA 15:39 Abşeron çimərliklərində sabah hava necə olacaq? 15:31 PSJ yeni qapıçısını tapdı! Sudzuki üçün 35 milyon avro 15:23 Bütün Xəbərlər