Çörəyin qiyməti niyə artdı? - AÇIQLAMA

Çörəyin qiyməti niyə artdı? - AÇIQLAMA
11.02.2026 17:57 Cəmiyyət

Azərbaycanda bəzi çörək növlərinin, xüsusilə “baton”ların qiyməti artıb. Əvvəllər 1 manata satılan doğranmış baton indi 1 manat 10 qəpiyədir. Supermarketlərdə yerində bişirilən çörəklər də bahalaşıb.

Bəs bahalaşmanın səbəbi nədir və yaxın dövrdə başqa hansı məhsullarda qiymət artımı baş verə bilər?

İqtisadçı Xalid Kərimli TodayPress TV-yə danışarkən bildirib ki, dünya bazarında dənli bitkilərin, o cümlədən buğdanın qiymətində ciddi artım yoxdur. 


Onun sözlərinə görə, əsas idxal istiqamətləri üzrə də kəskin dəyişiklik müşahidə edilmir. Lakin bu, daxili bazarda qiymətlərin sabit qalacağı anlamına gəlmir:

"Əsas səbəblərdən biri logistika və çatdırılma xərclərinin artmasıdır. Son iki ildə yanacaq qiymətlərində baş verən artım istehsal və daşınma xərclərinə birbaşa təsir edib. Belə ki, 2024-cü ilin ortalarında dizel yanacağının qiyməti 25 faiz, 2025-ci ilin sonunda isə əlavə olaraq 10 faiz artırılıb. Benzinin qiymətində də oxşar artım qeydə alınıb. Bu isə çörək istehsalından satış nöqtələrinə qədər bütün zəncir üzrə maya dəyərini yüksəldib".

İqtisadçı əlavə edib ki, enerji və kommunal xərclərin artması da istehsalçıların yükünü ağırlaşdırıb:

"Tarif Şurasının qərarları ilə dövlət tərəfindən təqdim olunan bəzi enerji məhsulları və xidmətlərin bahalaşması çörək zavodlarının əməliyyat xərclərini artırıb. Dünya bazarında idxal qiymətlərində dollar ifadəsində ciddi dəyişiklik olmasa da, manatın dönərli valyutalar qarşısında ucuzlaşması idxal olunan xammal və materialların manatla ifadədə bahalaşmasına səbəb olub. Bu da çörək istehsalında istifadə edilən əlavə materialların maya dəyərinə təsir göstərir".

Ekspert vurğulayıb ki, çörək sosial baxımdan həssas məhsul olsa da  və rəsmi olaraq tənzimlənən mallar siyahısına daxil edilməsə də, daim dövlət nəzarətindədir:

"Bu sahədə mənfəət marjası aşağı olduğundan xərclərdəki hətta kiçik artım belə istehsalçıların rentabelliyinə ciddi təsir göstərir. Bu isə nəticə etibarilə qiymət artımını zəruri edir. Yanacaq, enerji, logistika və əmək xərclərində artım davam edərsə, bu tendensiya digər un məmulatlarına və ümumilikdə yerli istehsal olunan ərzaq məhsullarına da təsir göstərə bilər", - deyə Xalid Kərimli qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Bütün Xəbərlər