Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - Fotolar

Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - Fotolar
24.05.2026 16:37 Cəmiyyət

Leyla Əliyeva və Alena Əliyeva “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər.

TodayPress TV xəbər verir ki, qonaqlar mərkəzdə təşkil olunan sosial və yaradıcı fəaliyyətlərlə yaxından tanış olub, uşaqlarla birgə müxtəlif tədbirlərdə iştirak ediblər.

Mərkəzə gələn Leyla Əliyeva və Alena Əliyeva əvvəlcə uşaqlarla birlikdə həyətyanı sahədə meyvə və dekorativ ağaclar əkiblər.

Daha sonra azyaşlılar öz əl işlərini, çəkdikləri rəsmləri və rəngarəng yunlardan hazırladıqları oyuncaqları təqdim ediblər. Uşaqların yaradıcılıq nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Birgə fəaliyyət zamanı müxtəlif dekorativ əşyalar hazırlanıb, uşaqların bacarıq və yaradıcılıq imkanlarını əks etdirən işlərə baxış keçirilib.

Tədbirin bədii hissəsində azyaşlılar şeirlər səsləndirib, musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Uşaqların nümayiş etdirdiyi çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

TodayPress TV 

FOTOLAR

Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - Fotolar — 1
Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - Fotolar — 2
Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - Fotolar — 3
Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - Fotolar — 4
XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər