Bakı–Naxçıvan istiqamətində alternativ uçuşlar təşkil olunub

Bakı–Naxçıvan istiqamətində alternativ uçuşlar təşkil olunub
06.03.2026 11:10 Cəmiyyət

İranın  martın 5-də Naxçıvan aeroportuna dron hücumundan sonra mövcud vəziyyət nəzərə alınaraq, Bakı ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ marşrut üzrə uçuşlar təşkil edilib. 

Bu barədə AZAL-dan TodayPress TV-yə məlumat verilib. 

Bildirilib ki, 6 mart 2026-cı il tarixində sərnişinlərin daşınması üçün Bakı–İğdır–Bakı marşrutu üzrə bir neçə reys həyata keçiriləcək. 

Cədvələ əsasən, təyyarələr Bakıdan 16:30, 17:30, 18:30 və 19:30-da qalxaraq İğdıra enəcək. Sərnişinlər daha sonra xüsusi avtobuslarla İğdır aeroportundan Naxçıvana yola düşəcəklər. 

Eyni zamanda, Naxçıvandan İğdıra avtobus reysləri təşkil ediləcək və sərnişinlər oradan təyyarə ilə Bakıya qayıda biləcəklər.

“Sərnişinlərdən uçuşdan ən azı 1 saat 30 dəqiqə əvvəl hava limanına gəlmələri, həmçinin üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqəsi olması xahiş olunur”, – məlumatda deyilir. 

Xatırladaq ki,  yaranmış vəziyyətlə əlaqədar olaraq 5 mart 2026-cı il tarixində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə planlaşdırılan bütün reyslər ləğv edilmişdi. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Bütün Xəbərlər