Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi
24.06.2025 16:55 Cəmiyyət

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib.

Bu barədə TodayPress TV-yə Fövqəladə Hallar nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən builki yarışlarda Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan və Belarusdan olan komandalar da iştirak edir.

Tədbir iştirakçıları, əvvəlcə Bakıda Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət ediblər. “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Sonra Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib.

"Tədbirdə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev və Nazirliyin məsul əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, yerli Elm və Təhsil idarəsinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri iştirak ediblər.

Mərasimə Azərbaycan Respublikasının Dövlət bayrağının meydana gətirilməsi və Dövlət himninin səsləndirilməsi ilə start verilib.

Mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev keçirilən yarışların yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, məktəblilərdə fövqəladə hallarla mübarizə sahəsində əməli vərdişlərin formalaşması və bu istiqamətdə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir müavini xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi dövlət gənclər siyasətinin bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini xatırladıb, bu siyasət nəticəsində Vətəninə, dövlətinə bağlı, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik gənc nəslin formalaşdığını qeyd edib".

Builki yarışların əlamətdar tarix olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyinə həsr olunduğunu bildirən A.Abdullayev iştirakçılara uğurlar arzulayb.

Daha sonra Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev yarışların əhəmiyyətindən danışıb, belə müsabiqələrin keçirilməsinin yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə sahəsində yeni təcrübələr əldə etməsi, həmçinin bu sahədə beynəlxalq əməkdaşlıq üçün mühüm rol oynadığını vurğulayıb, tədbir iştirakçılarına uğurlar arzulayıb.

Tədbirin Təşkilat komitəsinin üzvü Məhbubə Mustafayeva yarışların əhəmiyyətindən ətraflı bəhs edərək, bütün komandalara müvəffəqiyyətlər arzulayıb.

Sonra yarışlara qatılmış komandaların təntənəli keçidi baş tutub.

Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır:

"Yarış ümumilikdə 4 mərhələdə - məktəb, rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak edirlər. Builki Ümumrespublika birinciliyinin final mərhələsində 12 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparacaqlar. Həmçinin, respublikanın müxtəlif bölgələrindən olan şəhid ailələrinin üzvləri builki yarışa dəvət olunub. Onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün əlavə proqramların keçirilməsi nəzərdə tutulur.

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” Beynəlxalq yarışında isə Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan və Belarusdan olan komandalar qüvvələrini sınayacaqlar.

Yarışlar iyunun 29-na kimi davam edəcək",- məlumatda qeyd olunub.

FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi — 1
Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi — 2
Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi — 3
Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi — 4
Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi — 5
Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi — 6
Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi — 7
Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi — 8
Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara start verildi — 9
XƏBƏR LENTİ
15 IYUN 2026
Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Bütün Xəbərlər