Əbülfəz Elçibəyin doğum günüdür

Əbülfəz Elçibəyin doğum günüdür
24.06.2026 09:53 Cəmiyyət

Bu gün milli azadlıq hərəkatının rəhbərlərindən biri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz Elçibəyin doğum günüdür.

TodayPress TV xəbər verir ki, Ə.Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirərək, təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək, 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.

Ə.Elçibəy 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ə.Elçibəy 1 il sonra Gəncə hadisələri ilə əlaqədar paytaxtı tərk edərək, Kələki kəndinə gedib. Daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.

Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
AMB-dən uçot dərəcəsi ilə bağlı mühüm qərar 11:07 İlham Əliyev: Azərbaycan İslam dəyərlərinin qorunmasına böyük önəm verir 11:03 Prezident İslam irsinə qarşı törədilmiş cinayətlərdən danışdı 11:00 Moskva Krım uğrunda ölümünə savaşa girir 10:50 Azərbaycan nefti enişə davam edir - Son qiymət AÇIQLANDI 10:44 Məscidlərimizə donuz doldurdular, "Qurani-Kərim"i yandırdılar - Prezidentdən dünya müsəlmanlarına müraciət 10:34 ADY bilet satışı ilə bağlı iddialara cavab verdi 10:29 Rusiya ifşa edildi — Xəzəri qurudurmuş 10:19 Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı dövrü 90 günə çatdırılacaq 10:18 Bakıda səfərdə olan Qalibafın təyyarəsindəki o mesaj - FOTO 10:10 İmtahana gedənlərin nəzərinə: Özünüzlə bu iki sənədi mütləq götürün! 10:05 ABB və "m10" arasında pul köçürmələri dayandırıldı 10:05 Dünya Qalibafdan danışır, o isə Bakıdadır 10:03 Əbülfəz Elçibəyin doğum günüdür 09:57 Böyük səfər: Fon der Leyen Bakının qapılarına nə üçün gəlir? 09:42 Bakının iki rayonunda işıq olmayacaq 09:39 Dünyanı təhdid edən qorxulu problem Bakıya çatdı – Nə edəcəyik? 09:27 Burun çəpərində əyrilik nə zaman problem yaradır? Səbəblər və həll yolları 09:23 Enerji birjasında dalğalanma davam edir - Neft neçəyə təklif olunur? 09:20 Şimali Kiprin spikeri Azərbaycanda səfərdədir 08:57 DÇ-2026: Kolumbiya Konqonu məğlub etdi 08:44 İranın ən məşhur adamı Bakıda 08:35 Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz… 08:34 İran Azərbaycana ağız açdı - Gözlər Bakıda 08:30 Yayda bol pomidor yeyin – Xərçəngdən qoruyur 08:06 Bütün Xəbərlər