"Reuters": İran və ABŞ atəşkəsin uzadılması barədə razılığa gəlməyiblər
ABŞ və İran arasında atəşkəsin uzadılması ilə bağlı ziddiyyətli məlumatlar yayılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" İran rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, atəşkəsin uzadılması məsələsi müzakirə olunmayıb. Tehran hesab edir ki, atəşkəs etibarlı deyil. İran tərəfi ABŞ-nin anlaşma memorandumunu imzalandıqdan 48 saat sonra pozduğunu bildirir.
İran rəsmisinin sözlərinə görə, tərəflər yalnız memorandumun müddəalarına qayıtmaq və onların necə həyata keçiriləcəyini müzakirə edirlər. Lakin bu danışıqlarda hələlik irəliləyiş əldə olunmayıb.
Bundan əvvəl isə "Anadolu Agentliyi" Pakistan mənbəsinə istinadən Tehran və Vaşinqtonun 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəldiyini yazmışdı.
Türkan İsgəndərli