Azərbaycan və Özbəkistan Orta Dəhliz çərçivəsində əməkdaşlığı genişləndirəcək

Azərbaycan və Özbəkistan Orta Dəhliz çərçivəsində əməkdaşlığı genişləndirəcək
11.07.2025 18:06 Cəmiyyət

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) baş direktoru İqbal Hüseynov və "Temiryulkargo" SC-nin baş direktoru Abdusamat Muminov işçi görüş keçiriblər.

TodayPress TV bu barədə Özbəkistan KİV-nə istinadən xəbər verir.

Danışıqlarda əsas diqqət Orta Dəhliz çərçivəsində nəqliyyat əməkdaşlığının inkişafına yönəldilib. Tərəflər ikitərəfli qarşılıqlı fəaliyyətin genişləndirilməsi, o cümlədən "Temiryolkargo" vaqonlarının Azərbaycan və qonşu ölkələrin ərazisində yerləşdirilməsi barədə ilkin razılaq əldə ediblər. Bu, logistika zəncirlərinin optimallaşdırılması üçün əlavə imkanlar yaradacaq.

Xüsusi diqqət Orta Dəhliz marşrutları üzrə Özbəkistanın ixrac-idxal daşımalarının həcminin artırılmasına yönəldilib. Tərəflər tərəfdaşlıq sazişlərinin imzalanması və müasir logistika həllərinin tətbiqi hesabına yeni yük axınlarının cəlb edilməsində maraqlı olduqlarını ifadə ediblər.

Bundan əlavə, “ADY Express” MMC-nin direktoru Azad Qasımovla ayrıca danışıqlar keçirilib. Burada gələcək əməkdaşlığın texniki və təşkilati aspektləri müzakirə olunub.

Razılaşdırılmış təşəbbüslər regionun tranzit potensialının gücləndirilməsinə, yük daşımalarının səmərəliliyinin artırılmasına və dayanıqlı beynəlxalq logistika marşrutlarının inkişafına yönəldilib.

XƏBƏR LENTİ
17 AVQUST 2026
Bir oyun belə keçirmədi, “Real”a rekord qazandırdı! 14:01 Çin kosmosa yeni peyk göndərdi 13:49 “Mançester Siti” gələcəyin ulduzunu tapdı: Buaddi transfer olunur! 13:37 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Benzemanın tələbi “Əl-Hilal”ı dalana dirəyib! 13:28 4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur 13:25 Olimpiya mükafatçısından gözlənilməz qərar: Kirpiçnikova karyerasını bitirdi 13:16 Putindən sonra hansı Rusiya? – Məşhur şərhçidən sensasion proqnozlar 13:13 Kataloniya nəhəngi Dyökeresin peşində: “Barselona” qərarını verdi! 13:07 Sabah hava necə olacaq? – PROQNOZ 12:34 İspaniyada Azərbaycan bayrağı zirvədə: cüdoçularımızdan 2 qızıl! 12:51 Azərbaycan diasporunun Moskvadakı rəhbəri deportasiya edildi 12:38 Azərbaycan XİN Qabonu təbrik etdi 12:28 Vikarionun yeni ünvanı bəlli oldu: “Yuventus” transferi tamamladı! 12:25 Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi 12:21 İlham Əliyev onları “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi - ADLAR 12:13 DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verildı - SƏRƏNCAM 12:09 İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 50-ni keçdi 12:06 İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edildi 11:53 Azərbaycanın dövlət başçısı Ukraynanın sabiq Prezidenti ilə görüşdü 11:51 “Arsenal” müdafiəyə əl gəzdirməyə hazırlaşır: Arteta açıqladı 11:27 Qara dənizdə yeni plan: Rumıniya hərbi gəmilər inşa edəcək 11:07 Azərbaycanlı boksçular rinqi fəth edir: 4 təmsilçimiz 1/4 finalda! 11:31 Ay tutulması yaxınlaşır: Azərbaycanda cəmi 32 dəqiqə görünəcək 10:56 İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi 11:34 Bütün Xəbərlər