“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?

“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
23.07.2026 15:44 Cəmiyyət

12 il Daşkəsənin icra başçısı işləmiş Əhəd Abıyevin özünə və yaxınlarına məxsus olduğu deyilən əmlakların siyahısı yayılıb.

TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, milyonlarla dəyəri olan həmin əmlaklara lüks evlər, villalar, hotel və istirahət mərkəzləri daxildir.

Bakının Nəsimi, Nərimanov, Səbail rayonlarında yerləşən evlər, o cümlədən Badamdar qəsəbəsində üç villa, Milyonerlər məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində evlər, Qaxda, Nabranda, Xaçmazda, Qubada, Masallıda istirahət mərkəzləri, hotellər, bazar, çoxsaylı obyektlər və Daşkəsən və başqa rayonlarda böyük torpaq sahələri… Ümumilikdə isə həmin əmlakların sayı 40-dan çox göstərilir. 

Sözügedən əmlakların həqiqətən Əhəd Abıyevə aid olub-olmadığını öyrənmək üçün özü ilə əlaqə saxladıq. 68 yaşlı eks-icra başçısı sualımızı eşidər-eşitməz yazılanların uydurma olduğunu, onu istəməyən şəxslər tərəfindən qərəzli şəkildə yayıldığını deyib. Abıyevin sözlərinə görə, rəhbərlik etdiyi rayon bu qədər əmlak qazanmaq üçün çox kasıb bir yer olub: “Başa düşmürəm, haradandır məndə hotellər, evlər, villalar? Mən yatmağa-durmağa yer axtarıram. Daşkəsənin icra başçısı olmuşam da, orada nə var? Mən Lənkəranın, Masallının, ya Gəncənin icra başçısı olmamışam e, Daşkəsənin olmuşam. Dağlıq ərazidir, ancaq Xoşbulaq kəndi idi, ora da Daşkəsənin Siciliyası idi. İmkanlı adamlar yaylağa gəlirdilər, hərəsi bir ev almışdı. Kimə nə deyəsən orada? Biri var idi, nə isə deyən kimi deyirdi ki, lazım olar Əhəd Abıyevi 10 dəqiqəyə tutduraram. Qaldı ki, Daşkəsəndə çox şeyi mən eləmişəm.

10 mini olanın atasına lənət. Hamısı məndən pul almaq üçün yazılan şeylərdir. Əvvəllər bəzi adamlar var idi məndən pul alırdı, sakit idilər. İndi yenə başlayıblar. Pensiyada olan adamam, nə verəcəyəm?! İki il əvvəl də yazdılar, məhkəməyə verdim, təkzib yaydılar. Allaha and olsun, heç yerə də getmirəm, evimdə oturmuşam. Lap belə də ki, istirahətə getmişəm. Nə olsun, Əhəd Yessentukiyə, Roqaşkaya ya başqa yerə istirahətə gedə bilməz? Mənim o boyda xidmətlərim olub. Dezertirəm, nəyəm, nə olub ki, mənə?”


Əhəd Abıyevin dediyinə görə, icra başçısı işlədiyi dövrdə onun artıq pul qazanması mümkünsüz olub. Eks-məmur buna əsas səbəbi Prezident Adminstrasiyasının keçmiş rəhbəri rəhbəri Ramiz Mehdiyevlə mübarizəni göstərib: “Kasıb bir rayonda Ramiz Mehdiyevlə vuruşa-vuruşa icra başçısı işləmişəm. Ramiz Mehdiyev heç mənə 1 manat pul qazanmağa imkan vermirdi. Əksinə günü-gündən adamları göndərib məni yoxlatdırırdı. 2003-cü ildən onla vuruşmuşam, əlindən nə pislik gəlibsə, edib”.

Qeyd edək ki, Əhəd Abıyev 2003-2013-cü illərdə Daşkəsənin icra başçısı, daha əvvəllər isə Milli Məclisin depuatı olub.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUL 2026
Rusiya təyyarəsi ilə bağlı diqqətçəkən iddia - Qəza yoxsa təxribat? 16:44 Azərbaycanın UEFA reytinqində mövqeyi açıqlandı 16:31 "Google" 100 milyonlarla avro cərimələndi - SƏBƏB? 16:21 İranda jurnalist canlı yayıma snayperlə çıxdı - VİDEO 15:58 Beyləqanda baş vermiş silahlı insidentlə bağlı məhkəmə başlayır 15:55 “10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir? 15:44 Rusiya 400 məktəblini Şimali Koreyaya niyə göndərdi ? -VİDEO 15:41 Gədəbəydə tarixi kəşf: Xarxarda 500-ə yaxın qəbir tapıldı 15:27 "Araz-Naxçıvan" heyətini qvineyalı futbolçu ilə gücləndirdi 15:27 Tofiq Mirzəyev İsraildə dəfn olundu 15:08 Azərbaycana turist axını 10 %-dən çox azalıb 15:00 ABŞ boğaza kimi borcun içindədir - Vaşinqtonun borclandığı ölkələrin SİYAHISI 14:54 TƏCİLİ - Moskvada təyyarə qəzaya uğradı 14:45 Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA 14:40 İraqın Baş naziri Tehrana səfər etdi 14:14 23 iyul 1993: Ağdamın işğalı Birinci Qarabağ müharibəsinin dönüş nöqtəsi 13:59 İlhamə Novruzova vəzifəsindən azad edildi 13:43 İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək 13:33 İran raketlərinin ABŞ qüvvələrinin yerləşdiyi bazaya zərbə endirdiyi an - VİDEO 13:26 Vaşinqton Kubaya yeni şərtlər irəli sürür - Ya dəyişəcəksiniz, ya da... 13:22 Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi 13:16 Azərbaycan şirkəti ABŞ-də neft yataqları aldı– Tarixi razılaşma 13:12 Xaçaturyanın vəziyyəti pisləşdi: Xəstəxanaya yerləşdirildi 12:59 Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək 12:55 Ölkə ərazisində gözlənilən hava proqnozu açıqlandı 12:51 Bütün Xəbərlər