Beyləqanda baş vermiş silahlı insidentlə bağlı məhkəmə başlayır

Beyləqanda baş vermiş silahlı insidentlə bağlı məhkəmə başlayır
23.07.2026 15:55 Hadisə

Əvvəllər məhkum olunmuş, cinayət törətməyə meyilli şəxslər arasında Beyləqan rayonunda baş vermiş silahlı insidentlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində aparılmış ibtidai araşdırmalar tamamlanıb.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayət işləri üzrə ağır və xüsusilə ağır cinayətlərin törədilməsində təqsirləndirilən 5 nəfərin məhkəməyə verilməsi təmin edilib.

Belə ki, cinayət işlərindən biri üzrə aparılmış istintaqla Beyləqan rayonunun Birinci Şahsevən kənd sakini Məmişov Əhməd Nurəddin oğlunun müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmkəndlisi Bəyzadlı Orxan Ramiz oğlunu qəsdən öldürməyə iki dəfə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq materiallarına əsasən, əvvəlcə zərərçəkmiş şəxsə yaşayış evinin həyətyanı sahəsində odlu silahdan atəş açılmaqla onun qəsdən öldürülməsinə cəhd göstərilib. Bu niyyət baş tutmadığından, sonradan Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində yerləşən "Daşburun" dəmiryol stansiyasının yaxınlığında zərərçəkmiş şəxsə mismarçəkən alətlə çoxsaylı zərbələr endirilməklə həmin cinayət əməlini başa çatdırmağa növbəti cəhd edilib.

Toplanmış sübutlar əsasında Əhməd Məmişova Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.10, 157.2, 221.3, 228.2.1 və 228.2.2-ci, Muxamed (Mukhamed) Abdullayevə isə həmin Məcəllənin 29,120.2.1, 157.2, 221.3 və 228.2.1-ci maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, ittiham aktları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilməklə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUL 2026
Tramp Əli əl-Zaidini Müctəba Xameneiyə elçi göndərdi -İDDİA 17:23 Bu ölkələr İrandan diplomatlarını çıxarmağa başladı: Nə baş verir? 17:03 Avropa İttifaqı Rusiya ilə bağlı addım atdı - Qərar verildi 17:02 Rusiya təyyarəsi ilə bağlı diqqətçəkən iddia - Qəza yoxsa təxribat? 16:44 Azərbaycanın UEFA reytinqində mövqeyi açıqlandı 16:31 "Google" 100 milyonlarla avro cərimələndi - SƏBƏB? 16:21 İranda jurnalist canlı yayıma snayperlə çıxdı - VİDEO 15:58 Beyləqanda baş vermiş silahlı insidentlə bağlı məhkəmə başlayır 15:55 “10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir? 15:44 Rusiya 400 məktəblini Şimali Koreyaya niyə göndərdi ? -VİDEO 15:41 Gədəbəydə tarixi kəşf: Xarxarda 500-ə yaxın qəbir tapıldı 15:27 "Araz-Naxçıvan" heyətini qvineyalı futbolçu ilə gücləndirdi 15:27 Tofiq Mirzəyev İsraildə dəfn olundu 15:08 Azərbaycana turist axını 10 %-dən çox azalıb 15:00 ABŞ boğaza kimi borcun içindədir - Vaşinqtonun borclandığı ölkələrin SİYAHISI 14:54 TƏCİLİ - Moskvada təyyarə qəzaya uğradı 14:45 Yay tətilində yollar niyə poliqona çevirilir ? - AÇIQLAMA 14:40 İraqın Baş naziri Tehrana səfər etdi 14:14 23 iyul 1993: Ağdamın işğalı Birinci Qarabağ müharibəsinin dönüş nöqtəsi 13:59 İlhamə Novruzova vəzifəsindən azad edildi 13:43 İnzibati xəta törətmiş şəxsə məcburi psixiatriya yardımı göstəriləcək 13:33 İran raketlərinin ABŞ qüvvələrinin yerləşdiyi bazaya zərbə endirdiyi an - VİDEO 13:26 Vaşinqton Kubaya yeni şərtlər irəli sürür - Ya dəyişəcəksiniz, ya da... 13:22 Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqlədi 13:16 Azərbaycan şirkəti ABŞ-də neft yataqları aldı– Tarixi razılaşma 13:12 Bütün Xəbərlər