Ukrayna Putindən əvvəl cavab verdi - Moskva vuruldu - VİDEO
Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən “Hər şey müharibə üçün” forumunda çıxışı zamanı Ukraynanın hücumlarına cavabın daha sərt olacağını bildirib.
TodayPress TV xəbər verir ki, Putin Ukrayna zərbələrinin Rusiyada neft məhsulları ilə bağlı müəyyən problemlər yaratsa da, vəziyyətin tədricən yaxşılaşacağını gözlədiyini bildirib. O, həmçinin Rusiyanın enerji infrastrukturunun etibarlı olduğunu vurğulayaraq, Ukraynanın hücumlarına cavab zərbələrinin daha genişmiqyaslı olacağını deyib.
Bununla yanaşı, Rusiya Prezidentinin çıxışından qısa müddət sonra Ukraynanın Moskva vilayətinə raket zərbələri endirdiyi bildirilir.
Məlumata görə, hücum nəticəsində Moskva vilayətinin Solneçnoqorsk şəhərində dağıntılar qeydə alınıb. Rusiya zərbənin qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlayıb.