Moskvanın Hindistan ümidləri: Sammit “xilas yolu” olacaq?

Moskvanın Hindistan ümidləri: Sammit “xilas yolu” olacaq?
18.11.2025 14:23

“Rusiya-Hindistan sammitinin üç həftə sonra Yeni Dehlidə keçirilməsi Moskvanın Asiya istiqamətini dirçəltmək cəhdinin növbəti epizodudur”.

Politoloq Tural İsmayılov bunu TodayPress TV-yə açıqlamasında deyib. 


O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin uzun fasilədən sonra Hindistana səfər etməklə “biz buradayıq” mesajı vermək istəyir, amma Kremlin regional çəkisi əvvəlki kimi deyil:

“Moskva hələ də Ukrayna müharibəsinin ağır yükündən çıxa bilmədiyi üçün Asiya tərəfdaşlığı onun üçün seçim yox, məcburiyyətə çevrilib. Hindistan isə bu prosesi soyuq başla izləyir, çünki Dehli Moskvanın zəifləməsinin fərqindədir və Rusiya ilə münasibətləri tam əvvəlki intensitetdə saxlamaq istəmir. Baş nazir Narenda Modi hökuməti Qərb bazarlarına daha çox inteqrasiya olunub, buna görə də Rusiyanı həddindən artıq yaxın buraxmaqda tərəddüd edir. Eyni zamanda Hindistanın “çoxvektorlu siyasət” adlanan xətti bəzən həddindən artıq oynaq görünür, nə Vaşinqtondan, nə də Moskvadan tam açıq mesaj almadan özünü regional super oyunçu kimi göstərməyə çalışır. Kremlin də bu qeyri-müəyyənliklə barışmaqdan başqa yolu yoxdur. Buna baxmayaraq, Putin sammitdə iştirak etməyə ciddi hazırlaşır, çünki Hindistan Rusiya üçün həm bazar, həm də diplomatik oksigen rolunu oynayır. Amma Moskva bəzən bu münasibəti artıq “təbii müttəfiqlik” kimi təqdim edir ki, bu da reallığı çox şişirdir. Hindistan isə öz növbəsində bəzən Rusiya ilə tarixi münasibətlərə həddindən artıq nostalji ilə yanaşır və bunu real geosiyasi tələblərlə uzlaşdıra bilmir”.

Ekspertin fikrincə, sammit olsa belə, böyük dönüş gözləmək çətindir. Çünki iki ölkə də qarşılıqlı maraqları etiraf etsə də, strateji sinxronluq əvvəlki dövrdəki kimi möhkəm deyil. 

Buna baxmayaraq T.İsmayılov düşünür ki, Putin səfərə gedə bilər:

“Sadəcə nəticələrin parlaq olacağını gözləmək illüziya olardı”.

Qeyd edək ki, üç həftə sonra Yeni Dehlidə Rusiya-Hindistan sammiti gözlənilir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindistanlı həmkarı Subrahmanyam Cayşankar ilə görüşdə deyib.

Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov da Prezident Vladimir Putinin Hindistana səfərinin 2025-ci ilin sonuna planlaşdırıldığını açıqlamışdı. Onun sözlərinə görə, hazırda fəal hazırlıq gedir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
İran Kaliforniyanı öz ərazisi elan etdi 15:49 “Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO təcili məlumat yaydı: Yəmən sahillərində tanker ələ keçirildi 15:40 Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Tacikistan Rusiyadan üz döndərib İrana yönəldi 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Bütün Xəbərlər