Ukrayna müharibəsində YENİ GƏRGİNLİK: Uğursuz Əbu-Dabi görüşləri...

Ukrayna müharibəsində YENİ GƏRGİNLİK: Uğursuz Əbu-Dabi görüşləri...
02.02.2026 12:55

Rusiya tərəfindən Ukraynanın elektrik stansiyaları, transformator məntəqələri və paylama şəbəkələrinə yeni dalğalı zərbələrin endirilməsi gözlənilir. 

Maraqlıdır, üçtərəfli və ikitərəfli danışıqların planlaşdırıldığı bir vaxtda belə bir zərbə mümkündürmü və bu, danışıqlara hansı təsirləri göstərə bilər?   

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Ukrayna münaqişəsində tərəflər nə qalib gəlir, nə də geri çəkilir: 


"Ukrayna savaşı ətrafında olduqca mürəkkəb situasiya yaranıb. Münaqişə tərəfləri savaşdan çıxmaq imkanlarından hələ də uzaqdır və eyni zamanda hər iki tərəf döyüş meydanında bir-birinə qalib gəlmək potensialına malik deyil. Rusiya iqtisadiyyatı çöküş mərhələsindədir, Ukrayna isə əsasən Qərbdən aldığı yardımlar sayəsində döyüş meydanında müqavimət göstərə bilir. Yəni, hər iki tərəfə də savaşı dayandırmaq lazımdır, ancaq hər iki tərəf gələcəkdə fəlakətə səbəb ola biləcək şərtlər daxilində savaşdan çıxmaq istəmir".

Onun fikrincə, hazırkı situasiya Rusiyanın qarşıya qoyduğu hədəflərin yerinə yetirilməsində israrlı mövqe tutduğunu göstərir:  

“Xüsusilə Kreml Ukrayna ilə danışıqları, Putin və Tramp arasında əldə olunmuş gizli razılaşmaların icrası ilə əlaqələndirir. Yəni bütün bunlar göstərir ki, yaxın vaxtlarda sülh ehtimalı çox yüksək deyil”.  

Analitik qeyd edib ki, Rusiya Donbas və Zaporojye AES-i ələ keçirməkdə israrlıdır:

"Rəsmi Kiyev Rusiyanın Donbas və Zaporojye atom elektrik stansiyasını ələ keçirmək tələbinə qəti şəkildə etiraz edir. Rusiya isə bu tələblər yerinə yetirilməzsə, savaşın dayandırılmasından imtina edir. Beləliklə, hər iki tərəf mövqeyində israrlı davranmağa davam edir. Rusiya Donbası ələ keçirməklə Ukraynanın suverenliyini şübhə altına almaq, atom elektrik stansiyasını ələ keçirməklə isə Avropaya qarşı nüvə təhdidi imkanlarını genişləndirmək niyyətindədir".

E.Xalidbəyli sonda əlavə edib ki, Əbu-Dabi görüşləri uğursuz ola bilər: 

"Burada həm Ukrayna, həm də Avropa üçün prinsipial əhəmiyyət daşıyan ciddi məqamlar mövcuddur. Buna görə də Əbu-Dabi görüşlərinin real nəticələr verə biləcəyi qətiyyən inandırıcı görünmür. Böyük ehtimalla bu görüşlər də iflasa uğrayacaq və yaxın aylarda Rusiya ilə Ukrayna arasında atəşkəs və ya sülh sazişinin əldə olunması indiki şərtlər daxilində mümkün görünmür". 

Qeyd edək ki, Rusiya–Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı fevralın 1-də təxirə salınan növbəti üçtərəfli danışıqlar fevralın 4 və 5-də Əbu-Dabidə baş tutacaq. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
02 AVQUST 2026
İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 Bütün Xəbərlər