Tramp Avropa üçlüyünü ağır cəzaya məhkum etdi

Tramp Avropa üçlüyünü ağır cəzaya məhkum etdi
09.07.2026 13:50

Ankara sammitinin ən çox danışılan hadisələrindən biri ABŞ Prezidenti Donald Trampın NATO-nun müdafiə büdcəsi öhdəliklərini yerinə yetirməyən və ABŞ-nin xarici siyasət xəttinə qarşı çıxan İspaniya, Fransa və İtaliya üçlüyünə sərt diplomatik çıxışları oldu.

TodayPress TV xəbər verir ki, beynəlxalq mediada "ağır cəza" kimi qiymətləndirilən bu qərarlar Alyans daxilində ciddi böhrana yol açıb.

Məsələnin kökündə uzun illərdir davam edən müdafiə xərcləri davası dayanır. NATO qaydalarına görə, üzv ölkələr Ümumi Daxili Məhsulunun (ÜDM) ən azı 2%-ni hərbi sahəyə ayırmalıdır. Lakin İspaniya və İtaliya uzun müddətdir bu limiti keçə bilmir və siyahının ən sonlarında yer alır. Sammitdə çıxış edən Tramp bu ölkələri açıq şəkildə ABŞ vergi ödəyicilərinin kürəyinə yük olmaqda və hesab ödəmədən restoranda oturan müştərilərə bənzətməkdə günahlandırıb. Eyni zamanda Fransa Prezidenti Emmanuel Makronun ABŞ-dən asılı olmayan müstəqil "Avropa Ordusu" qurmaq iddiaları və Ukrayna böhranına yanaşmadakı fərqli mövqeyi də Trampın sərt reaksiyası ilə qarşılaşıb və Vaşinqton bu ambisiyaları boş və əsassız adlandırıb.

Tramp bu üç ölkəni təkcə tənqid etməklə kifayətlənməyib, onlara qarşı konkret diplomatik və hərbi təcrid mexanizmini işə salıb. Belə ki, sammit çərçivəsində NATO-nun gələcək hərbi strategiyalarının və yeni maliyyə planlarının müzakirə edildiyi ən kritik qapalı iclaslara Fransa, İspaniya və İtaliya nümayəndələri dəvət edilməyib, əsas qərarlar bu üçlük olmadan qəbul olunub.

Bundan əlavə, ABŞ-nin maliyyələşdirdiyi bəzi mühüm hərbi texnologiya və kəşfiyyat mübadiləsi proqramlarında bu üç ölkənin iştirakı müvəqqəti olaraq dayandırılıb. Tramp, həmçinin sammit boyu hər üç ölkənin lideri ilə ikitərəfli görüşlərdən qəti şəkildə imtina edərək onlara rəsmi Vaşinqtonun etibarını itirdiklərini nümayiş etdirib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Ərdoğandan yunan müxbirə cavab: Səni gözlərindən tanıyırıq! - VİDEO 14:38 Paşinyan: Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki variant var 14:34 Tramp masanı devirdi - İrandakı silahla Çini vuracaq 14:24 ABŞ İranın strateji dəmiryolu körpüsünü bombaladı 14:24 Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayılır 14:18 İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən çıxardı 14:01 Yunanıstan Ərdoğana görə yasa batdı: Qəzetlər qara manşetlə çıxdı 14:00 İlqar Məmmədov siyasəti buraxıb, futboldan yazır 13:52 Tramp Avropa üçlüyünü ağır cəzaya məhkum etdi 13:50 Minlərlə rus əsgərinin cəbhədə öldüyü gün Putin Moskvada 150 gəncə toy etdi - VİDEO 13:43 Qalibaf Zelenskinin kitelindən geyindi və ABŞ-yə savaş elan etdi: bombalar yağacaq 13:32 Fransızlar ərəblərə qarşı - sonuncu qolu Napoleon vuracaq 13:24 Qazaxıstan Rusiya ilə sərhədə böyük qüvvə yığdı - VİDEO 13:20 Türkiyədə naxçıvanlı sərnişin döyülərək xəstəxanalıq edildi: "Bizi həmişə aşağılayırlar" / VİDEO 13:19 Ukrayna 14 rus tankerini batırdı - Krımdan qaçanlar "ilan"a sarılıdı 13:08 Bayramovun bəyanatı Ermənistanı silkələdi: Buna görə... 13:07 NATO rəhbərlərinin imzaları yayıldı 13:00 Xameneinin meyiti ortada qaldı - ABŞ İranı bombalarla dağıdır 12:53 Paşinyan Mişustinlə görüşünün nəticələrini açıqladı: Hansı razılaşmalar əldə olunub? 12:49 Sabahın havası açıqlandı: Neçə dərəcə isti olacaq? 12:32 Paşinyan AÇIQLADI: Konstitusiya ilə bağlı bütün təkliflər artıq müzakirə edilib 12:38 Türk ordusu İran savaşında? - ABŞ bu dəfə işi bitirəcək 12:17 Daha bir ulduz "Qarabağ"dan ayrılır 12:17 Sosial şəbəkədə məşhur olan arıçının arıları selin girovunda qaldı 12:09 YAP-ın Xaçmaz təşkilatının sədri saxlanılıb? - AÇIQLAMA 12:09 Bütün Xəbərlər