Vaşinqton "əsas düşmən"i seçdi: Rusiya neftinə yaşıl işıq

Vaşinqton "əsas düşmən"i seçdi: Rusiya neftinə yaşıl işıq
13.03.2026 18:15 Təhlil

ABŞ İran müharibəsi və Hörmüz boğazındakı gəmiçilik problemləri səbəbindən pozulan qlobal enerji bazarlarını sabitləşdirmək məqsədi ilə ölkələrə hazırda dənizdə ilişib qalan Rusiya neftini almağa icazə verən 30 günlük güzəşt verib. 

Bu barədə ABŞ Maliyyə Naziri Skott Bessent məlumat verib. 

 

Görünən, ABŞ İranın "enerji şantajı"nı (Hörmüzün bağlanması) sındırmaq üçün Rusiyanın dənizdə ilişib qalmış neftini bazara buraxır. Bununla da Vaşinqton "əsas düşmən" prioritetinin hazırda İran olduğunu təsdiqləyir.   

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Elman Abbasovun qənaətincə, ABŞ vəziyyətin bu həddə çatacağını proqnozlaşdırmayıb:  


“Onlar müharibənin iki, maksimum dörd həftə ərzində yekunlaşacağını düşünürdülər. Lakin görünən odur ki, müharibənin miqyası getdikcə genişlənir. İran digər dövlətləri də münaqişəyə cəlb etməyə çalışır, eyni zamanda Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatına ciddi ziyan vurur. Daşınan neftin 20%-i məhz Hörmüz boğazından keçirdi. Boğazın bağlanması və gəmilərin orada qalması dünya ölkələrini ciddi problemlərlə üz-üzə qoyub. Artıq Avropanın bir çox dövlətləri öz ehtiyat neft fondlarını satışa çıxarmağa məcbur olurlar”.

Analitik bildirib ki,  ABŞ-nin 30 gün müddətində Rusiyanın dənizdə qalan neftinin satışına qoyulan embarqoları aradan qaldırması vəziyyətin artıq dalana dirəndiyini göstərir:

“Rusiya ilə bağlı ABŞ tərəfindən bir sıra vədlər verilsə də, ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən bir il keçməsinə baxmayaraq, Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik səylərdə və danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb. Demək olar ki, verilən bütün vədlər nəticəsiz qalıb. Tramp bir tərəfdən Rusiyanın “könlünü almağa”, digər tərəfdən isə onun İrana dəstəyini neytrallaşdırmağa çalışır”.

E.Abbasovun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində İran Rusiyanı intensiv şəkildə pilotsuz uçuş aparatları (dronlar) ilə təchiz edib:


“Eyni zamanda Rusiya da ABŞ-İsrail-İran qarşıdurmasında İrana kəşfiyyat və informasiya dəstəyi nümayiş etdirir. Ehtimal olunur ki, Tramp bu iş birliyinin qarşısını almaq üçün Putinlə müəyyən pərdəarxası razılaşmalar əldə edib. Hesab edirəm ki, müharibə hələ uzun müddət davam edəcək. Rusiyanın dənizdə qalan neftinin satışına icazə verilməsi mövcud problemlərin həllinə cüzi kömək etsə də, ümumi vəziyyətə ciddi təsir göstərməyəcək. Münaqişə uzandıqca gərginlik daha da ağırlaşacaq. ABŞ-nin və xüsusilə Trampın proqnozları özünü doğrultmadı. Baş verən proseslər müharibənin hələ uzun müddət davam edə biləcəyindən xəbər verir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Bütün Xəbərlər