Sülhün taleyi bir sualda düyünlənir: Putin imza atacaq?

Sülhün taleyi bir sualda düyünlənir: Putin imza atacaq?
24.11.2025 17:03

ABŞ və Ukrayna Cenevrədə yeni sülh çərçivəsi üzrə razılığa yaxınlaşıblar. Kiyev dəyişikliklərin milli maraqlara uyğun olduğunu bildirir. Tərəflər qeyd edirlər ki, yekun qərar Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ lideri Donald Tramp tərəfindən veriləcək və proses Ukraynanın suverenliyinə hörmət əsasında davam edəcək.


Bəs Kiyevin yeni sülh çərçivəsini milli maraqlara uyğun elan etməsi Ukraynanın real kompromisə yaxınlaşması deməkdirmi?  

Yeni çərçivə sənədində hansı müddəalar Zelenski–Tramp qərarını həlledici edə bilər?

Məsələ ilə bağlı TodayPress TV -yə danışan politoloq Natiq Miri bildirib ki, Ukrayna nə ərazi güzəştinə, nə də ordusunun məhdudlaşdırılmasına razıdır:


"Əgər söhbət əsas olaraq Ukraynanın suverenliyinin qorunmasından gedirsə, bu o deməkdir ki, Kiyev indiki şəraitdə işğal olunmamış əraziləri Rusiyaya təhvil vermək niyyətində deyil. Yəni həm hazırda nəzarətdə olan ərazilər, həm də işğal altındakı bölgələr üzərində hüquqi və mülkiyyət hüququ Ukraynada qalmalıdır. Eyni zamanda Ukrayna ordusunun sayının 50 faizədək azaldılması ilə bağlı müddəanın dəyişdirilməsi də vacibdir. Çünki ordunun strukturu və miqyası dövlətin ayrılmaz suveren hüququdur. Bunlar kifayət qədər prinsipial məsələlərdir və ilkin 28 bəndlik sənəddə məhz bu prinsiplərin məhdudlaşdırılması nəzərdə tutulurdu".

Ekspert hesab edir ki, sənəd qeyri-peşəkar hazırlandığı üçün yenilənməsi vacib idi və bu dəyişikliklər ədalətli sülh üçün müsbət sayılır:

"Mən bu sənədi “plan” adlandırmazdım, çünki plan ardıcıllıq, sistemlilik və məntiq tələb edir. Təqdim olunan sülh mətni isə diplomatik, siyasi və hüquqi baxımdan o qədər səriştəsiz, zəif və naşı şəkildə hazırlanıb ki, hiss olunur – burada qərarverici rolu qeyri-peşəkar biznes dairələri, o cümlədən Rusiyaya yaxın oliqarxlar, məsələn, Kril Dmitriev kimi şəxslər oynayıb. Ona görə də bu sənəd mütləq korrektə olunmalı idi ki, Ukraynanın suveren hüquqları ən azı baza səviyyəsində qorunsun. Əgər bu istiqamətdə real dəyişikliklər edilibsə, bu, müharibənin ədalətli və davamlı sülhlə nəticələnməsi baxımından müsbət addımdır. Çünki hər hansı məcburetmə və təzyiqlə qəbul etdirilən sənəd uzunömürlü ola bilməz".

Onun sözlərinə görə, tərəfdaşların təzyiqi nəticəsində suverenliyə uyğun alternativlər formalaşıb və bu, ədalətli sülh imkanı yaradır:

"Bundan əlavə, Ukraynadan başqa, Kiyevə yardım edən dövlətlərin də mövqeyi nəzərə alınmalıdır. Bir tərəfdə Avropa İttifaqına üzv ölkələr, digər tərəfdə isə G7-nin üzvü olub Aİ-yə daxil olmayan dövlətlər prosesə bilavasitə təsir etməyə çalışırlar və Ukraynanın suverenliyini sarsıdan heç bir qərarın qəbuluna imkan vermək istəmirlər. Məhz bu səbəbdən alternativ təkliflər irəli sürülüb. Əgər Ukrayna ilə ABŞ arasında bu mahiyyətdə, real və balanslaşdırılmış bir razılaşma ortaya çıxarsa, belə sənəd sülhün həm ədalətli, həm də davamlı olması üçün potensial yarada bilər".

Analitik vurğulayıb ki, Ukraynanın təhlükəsizlik məsələsi də xüsusi önəm daşıyır. Bu kontekstdə Avropa İttifaqı və ABŞ-nin iştirakı ilə yeni təhlükəsizlik mexanizmi müzakirə edilir. Aİ-nin təklif etdiyi variantlardan biri NATO-nun 5-ci maddəsini xatırladan bir müdafiə mexanizminin yaradılmasıdır. Əgər ABŞ bu yanaşmaya razılıq versə, bu, Ukraynanın təhlükəsizliyinin təmin olunması baxımından dönüş nöqtəsi ola bilər.

O bildirib ki, dondurulmuş aktivlərin bərpa şərti sülhün əsas və həlledici maddəsidir:


"Postmüharibə dövrü kontekstində isə Ukraynanın bərpası məsələsi prioritet olaraq qalır. Burada Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi xüsusi əhəmiyyət kəsb edir. Sənəddə ən azı belə bir müddəa yer almalıdır ki, Rusiya dağıdılmış ərazilərin bərpasına razı olmayınca, bu vəsaitlər geri qaytarılmayacaq. Bu isə masada çox prinsipial məsələdir və əgər tərəflər bu yöndə ortaq mövqeyə gəlibsə, bu, təkcə Ukrayna üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət daşıyan sülh modelinə çevrilə bilər".

Ekspert qeyd edib ki, Tramp komandasına, Zelenski isə nümayəndələrinə arxalanır:

"Tramp məsələsinə gəlincə, o, sənədlərlə işləyən siyasətçi deyil. İndiyədək ona təqdim olunan bir səhifəlik sənədlərdən artıq heç nə oxumadığı məlumdur. Bu səbəbdən onun əsasən öz administrasiyasına və prosesdə iştirak edən şəxslərə güvənməkdən başqa yolu yoxdur. Zelenski məsələsinə gəldikdə isə, o, özünün seçib təsdiq etdiyi nümayəndə heyətinə arxalanır və əgər sənəd həm ABŞ, həm də Aİ ilə uzlaşdırılarsa, böyük ehtimalla Kiyev tərəfindən qəbul ediləcək".

"Ancaq həlledici sual nədənsə Ukraynanın mövqeyinə fokuslanıb. Halbuki prosesin digər tərəfi işğalçı Rusiyadır. Əsas sual budur: Vladimir Putin bu sənədi qəbul edəcəkmi? Zelenski ilə sülh sənədinə imza atmağa hazır olacaqmı? Məncə, ən böyük çətinlik də elə buradadır".

N.Miri Rusiyanın Kiyev–Vaşinqton xəttinə qarşı siyasətinə diqqət çəkib: 


"Rusiya zahirən sülhə açıq görünsə də, Kremlin Zelenski ilə hər hansı sənəd imzalamaq istəyi yoxdur. Onların məqsədi daha çox ABŞ ilə münasibətləri tənzimləmək və iqtisadi maraqları təmin etməkdir. Kreml çalışır ki, ABŞ–Ukrayna arasında bütün körpülər yansın və proses gərginlik müstəvisinə keçsin. Bu baş verərsə, Vaşinqton silah və kəşfiyyat dəstəyini azalda bilər ki, bu da Rusiyanın əsas hədəflərindən biridir. Eyni zamanda bu vəziyyət Avropa İttifaqı ilə ABŞ arasında anlaşılmazlıqlar yaradaraq perspektivdə NATO-nun zəifləməsinə, hətta parçalanma riskinə yol aça bilər".

Analitik son olaraq qeyd edib ki, nəticə etibarilə əsas məsələ təkcə ABŞ–Ukrayna razılaşmasının mümkünlüyü deyil, Rusiyanın bu prosesə real hazırlığıdır. Əgər Moskva sülh sənədinə imza atmağa razı olmazsa, heç bir sənəd davamlı ola bilməz. Məncə, qarşıdakı ən ciddi problem də məhz budur". 

Jalə Rövşən

XƏBƏR LENTİ
15 IYUN 2026
Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 Bütün Xəbərlər