Sülhün şərtlərini diktə edən tərəf: Azərbaycanın postmünaqişə strategiyası

Sülhün şərtlərini diktə edən tərəf: Azərbaycanın postmünaqişə strategiyası
07.01.2026 11:38

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycanın müharibə mərhələsindən sülh dövrünə keçidini və bu prosesin mahiyyətini geniş şəkildə şərh edib. Dövlət başçısı bildirib ki, məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyulub və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq.


Prezident İlham Əliyevin sözlərinə görə, uzun illər müharibə reallığında yaşayan Azərbaycan cəmiyyəti üçün bu mərhələ yeni bir təcrübədir və əldə edilən hərbi Qələbə beynəlxalq siyasi müstəvidə də təsdiqlənərək geri dönməz reallığa çevrilib.

Azərbaycanın postmünaqişə dövrünə keçidini TodayPress TV-yə şərh edən politoloq Anar İsayev bildirib ki, bu mərhələ klassik “münaqişədən sonra sülh” modelindən köklü şəkildə fərqlənir və daha çox qalib dövlətin suverenlik, legitimlik və regional liderlik üzərində qurduğu strateji transformasiya kimi xarakterizə olunur.


Onun sözlərinə görə, postmünaqişə dövrü Azərbaycanda təkcə döyüşlərin dayanması ilə məhdudlaşmır:

“Ərazi bütövlüyü tam bərpa edilib və bu məsələ artıq beynəlxalq müstəvidə mübahisə predmeti deyil. Münaqişə anlayışı siyasi və diplomatik leksikondan çıxarılıb, Azərbaycan qələbəsini geri dönməz hüquqi reallığa çevirib. Bu, hərbi qələbədən siyasi-hüquqi və psixoloji-strateji mərhələyə keçidi xarakterizə edən əsas konseptual çərçivədir”.

Politoloq qeyd edib ki, postmünaqişə mərhələsində dövlət idarəçiliyinin mahiyyəti də dəyişib:

“Uzun illər dövlət təhlükəsizlik prioritetləri üzərində qurulmuşdu. İndi isə əsas prioritet bərpa, reinteqrasiya və iqtisadi inkişafdır. Müdafiə refleksi yerini strateji planlamaya və regional layihələrə verir. Qarabağ və Şərqi Zəngəzur inkişaf və logistika mərkəzinə çevrilir ki, bu da dövlət fəlsəfəsində keyfiyyət dəyişməsidir”.

A.İsayev vurğulayıb ki, Azərbaycan bu mərhələdə sülh prosesinin passiv tərəfi deyil, şərtləri müəyyən edən subyektdir:

“Azərbaycan sülh gündəliyini öz milli maraqları əsasında formalaşdırır. Ermənistanla münasibətlərdə status-kvo deyil, yeni status yaradır. Regional kommunikasiyalar, sərhədlərin delimitasiyası və hüquqi tanınma məsələlərində təşəbbüskar mövqedən çıxış edir. Yəni sülhün obyektinə yox, subyektinə çevrilib”.

Ekspertin fikrincə, postmünaqişə dövrünün mühüm xüsusiyyətlərindən biri də beynəlxalq vasitəçilərin rolunun azalmasıdır:

“Xarici vasitəçilərin təsiri kəskin şəkildə zəifləyir, ikitərəfli və regional formatlar önə çıxır. Böyük güclərin münaqişə üzərindən təsir imkanları məhdudlaşır ki, bu da Azərbaycanın geosiyasi manevr azadlığını artırır”.

Politoloq psixoloji və ictimai transformasiyaya da diqqət çəkib:

“Otuz ildən artıq müharibə şəraitində yaşayan cəmiyyət üçün “müharibə psixologiyası” mərhələli şəkildə normallaşma mərhələsinə keçir. Dövlət diskursu intiqamdan yox, uzunmüddətli sabitlikdən danışır. Yeni nəsil üçün münaqişəsiz gələcək modeli formalaşdırılır. Bu, postmünaqişə dövrünün ən mürəkkəb, amma ən vacib tərəfidir”.

A.İsayev əlavə edib ki, bütün bu proseslər Azərbaycanın regional güc statusunu daha da möhkəmləndirir:


“Postmünaqişə mərhələsində Azərbaycan Cənubi Qafqazda təhlükəsizlik və logistika mərkəzinə çevrilir. Enerji, nəqliyyat və kommunikasiya xətlərində əsas qovşaq rolunu gücləndirir, Türkiyə ilə strateji tandem əsasında regional balans yaradır”.

Ekspertin qənaətinə görə, Azərbaycanın postmünaqişə dövrünə keçidi müharibədən sonra yaranmış boşluğun doldurulması deyil, qələbə üzərində qurulan yeni regional nizamın formalaşdırılması mərhələsidir.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUN 2026
Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 Bütün Xəbərlər