“Əli Kərimli o vaxtdan Ramiz Mehdiyevlə birgə fəaliyyət göstərib” – Cümşüd Nuriyevdən ŞOK DETAL

“Əli Kərimli o vaxtdan Ramiz Mehdiyevlə birgə fəaliyyət göstərib” – Cümşüd Nuriyevdən ŞOK DETAL
02.12.2025 17:06 Təhlil

“Onsuz da Əli Kərimli hələ o vaxtlardan Ramiz Mehdiyevlə birgə fəaliyyət göstərib və uzun müddət Azərbaycanda destruktiv müxalifət statusunda çıxış etməyə, özünü “ana müxalifət” kimi təqdim etməyə və müxalifət daxilində monopoliyanı ələ keçirməyə çalışıb”.

Politoloq Cümşüd Nuriyev bunu AXCP sədri Əli Kərimlinin həbs olunması ilə bağlı TodayPress TV-yə danışarkən bildirib.  

O vurğulayıb ki, Əli Kərimlinin həbsi uzunmüddətli araşdırmaların nəticəsidir: 

“Əvvəla qeyd edim ki, Əli Kərimli artıq təqsirləndirilən şəxs qismində tanınıb və Səbail Rayon Məhkəməsi onun barəsində iki ay yarımlıq həbs qətimkan tədbiri seçib. Bu təsadüfi deyil. Yadda saxlamaq lazımdır ki, Dövlət Təhlükəsizliyi Xidməti heç vaxt əsassız addım atmır. Yəni bu işlər uzun müddət – ən azı 6 ay və daha çox – araşdırılır.

Burada təsadüfi heç nə yoxdur. Onsuz da Əli Kərimli hələ o vaxtlardan Ramiz Mehdiyevlə birgə fəaliyyət göstərib və uzun müddət Azərbaycanda destruktiv müxalifət statusunda çıxış etməyə, özünü “ana müxalifət” kimi təqdim etməyə və müxalifət daxilində monopoliyanı ələ keçirməyə çalışıb. Əslində buna müəyyən mənada nail olub. Düzdür, Azərbaycanda konstruktiv müxalifət mövcuddur, lakin onlar destruktiv müxalifətin lideri kimi qəbul olunurlar".

O qeyd edib ki, Əli Kərimli etdiyi əməllərə görə məsuliyyət daşıyır və buna görə də cavab verməlidir. 

Ekspert vurğulayıb ki, xaricdən narazılıq edənlər prosesin onlara da yönələ biləcəyini hiss edirlər:

"Ona görə də Əli Kərimlinin barəsində həbs qətimkan tədbirinin seçilməsi, eləcə də Məmməd İbrahimlə bağlı atılan addımlar tam hüquqi əsaslarla həyata keçirilib. Xaricdə olan şəxslər müxtəlif çıxışlar edirlər, çünki yaxşı bilirlər ki, növbə onlara da çata bilər. Çünki bir var millət və dövlət üçün çalışmaq, bir də var kimlərinsə sifarişi ilə hərəkət etmək".

"Ramiz Mehdiyev–Əli Kərimli tandemi Azərbaycana ciddi ziyan vurub. Dövlətə və xalqın dövlətə olan inamına böyük zərbə dəyib. Onlar müxtəlif vaxtlarda Azərbaycan dövlətinə qarşı çoxlu açıqlamalar veriblər".

C.Nuriyev əlavə edib ki, istintaqın sonlanmasını gözləmək lazımdır: 

“İstintaq başa çatdıqdan sonra daha çox məqamlar üzə çıxacaq. Mən əminəm ki, bu işlə bağlı hökumət üzvləri və deputatlar arasında da müəyyən şəxslərin adı hallana bilər. Hazırda proses daha çox cəmiyyətdə sakitlik yaratmaq və Azərbaycanda həqiqi müxalifət ilə sifarişli müxalifəti ayırmaq məqsədi daşıyır. İstintaq bitdikdən sonra bir çox məsələ aydın olacaq”.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 Bütün Xəbərlər