Kreml Paşinyanı niyə təbrik eləmir? - Hərbi ssenariyə hazırlıq gedir?

Kreml Paşinyanı niyə təbrik eləmir? - Hərbi ssenariyə hazırlıq gedir?
09.06.2026 16:32 Təhlil

İyunun 7-də Ermənistanda parlament seçkiləri keçirildi. Ermənistan Mərkəzi Seçki Komissiyasınn nəticələrinə görə, Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49.82%-ni toplayaraq birinci yeri tutdu. Müxtəlif ölkələrin liderləri Paşinyanı bu münasibətlə təbrik etdiyi halda Kremldən hələ səs- soraq yoxdur.

Rusiya Paşinyanı niyə təbrik eləmir?


Məsələ ilə bağlı  TodayPress TV- yə açıqlamasında siyasi analitik Elçin Xalidbəyli bildirib ki, seçki ərəfəsində Kremlin Ermənistana yönəlik təzyiqləri maksimum səviyyəyə çatdırılmışdı və bu təzyiqlər əslində Ermənistana deyil, birbaşa Paşinyan hakimiyyətinə qarşı yönəlmişdi.  

O bildirib ki, Kreml nəyin bahasına olursa-olsun, Paşinyan hakimiyyətinin dəyişdirilməsinə çalışırdı: 

"Ancaq indi baş verənlər göstərir ki, Kremlin Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı planları iflasa uğrayıb. Ən əsası isə odur ki, Kreml Ermənistan məkanında Amerika Birləşmiş Ştatlarına və Avropa Birliyinə məğlub olub".  

Analitik qeyd edib ki, hazırda Paşinyan hakimiyyəti Qərbə yaxınlaşma siyasətini eyni istiqamətdə davam etdirmək niyyətindədir: "Bu  o deməkdir ki, yaxın vaxtlarda həm ABŞ, həm də Avropa Birliyi Ermənistanda daha möhkəm şəkildə möhkəmlənməyə çalışacaqlar. Bu vəziyyət Kremlin Cənubi Qafqazdakı geosiyasi maraqlarının iflasa uğraması, hətta Rusiyanın regionu itirmək təhlükəsinin son mərhələyə keçməsi anlamına gəlir". 

Ekspert hesab edir ki, məhz buna görə də Rusiya Paşinyan hakimiyyətinin legitimliyini şübhə altına almağa çalışır: "

"Kreml nəinki baş nazir Nikol Paşinyanı seçkilərdə qələbəsi münasibətilə təbrik etməyib, əksinə, Rusiya siyasi dairələri Ermənistanda keçirilən seçkilərin demokratik prinsiplərə uyğun olmadığını bəyan ediblər. Bu isə qlobal miqyasda absurd bir iddia kimi görünür. Çünki Rusiya kimi işğalçılıqda ittiham olunan və avtoritar idarəetmənin hökm sürdüyü bir ölkənin başqa bir ölkədə demokratik seçkilərin keçirilmədiyini bəyan etməsi məntiqə uyğun görünmür".

Elçin Xalidbəyli vurğulayıb ki,  Rusiya indi Ermənistanda ciddi problemlər yaratmaq niyyətindədir:

"Demokratiyanın heç vaxt Rusiyada tam şəkildə kök salmadığı bir şəraitdə Kreml Paşinyan hakimiyyətini antidemokratik seçkilər keçirməkdə ittiham edir. Əslində, Ermənistanda seçkilər tam saxtalaşdırılmış olsaydı belə, Rusiya kimi bir ölkənin Ermənistanı bu mövzuda ittiham etməsi mənəvi və siyasi baxımdan mübahisəlidir. Çünki Rusiyanın özü hazırda avtoritar idarəçiliklə bağlı tənqidlərə məruz qalan, həmçinin başqa bir ölkənin beynəlxalq hüquqla tanınmış ərazilərini işğal etməkdə ittiham olunan bir dövlətdir. Bu baxımdan Rusiyanın iddiaları və davranışları məntiqsiz və ziddiyyətli xarakter daşıyır".

Analitik sonda əlavə edib ki, Rusiyanın əsas məqsədi Paşinyan hakimiyyətinin legitimliyini şübhə altına almaq, Ermənistanda yenidən daxili gərginlik yaratmaq, özünə yaxın qüvvələrin hakimiyyətə gəlməsi üçün zəmin formalaşdırmaq və ölkədə mümkün vətəndaş qarşıdurmasından istifadə edərək hakimiyyət dəyişikliyinə nail olmaqdır.

"Yəni Rusiyanın hazırda cəhd göstərdiyi əsas istiqamətlər məhz bunlardır",- o, bildirib. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
17 IYUN 2026
Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Bütün Xəbərlər