Rusiya üçün vasitəçilik: Diplomatik təşəbbüs, yoxsa alət?

Rusiya üçün vasitəçilik: Diplomatik təşəbbüs, yoxsa alət?
11.07.2025 16:47

“Kremlin Ermənistan və Azərbaycan liderlərinin Əbu-Dabidəki görüşü barədə mövqeyinə daha çox protokol xarakterli bəyanat kimi yanaşmaq lazımdır”. 

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə açıqlamasında bildirib.

Siyasətçi vurğulayıb ki, hazırkı mərhələdə Rusiya rəsmən danışıqlar prosesini dəstəklədiyini və sülhə töhfə verməyə hazır olduğunu bəyan etsə də, əslində, Moskva üçün öz iştirakı və vasitəçiliyi olmadan aparılan danışıqlar məqbul sayılmır:  

“Rusiya uzun illərdir Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək yolu ilə həm öz maraqlarını qorumağa, həm də tərəflər üzərində təsir imkanları qazanmağa çalışıb. Bu baxımdan Rusiya üçün vasitəçilik yalnız diplomatik təşəbbüs deyil, eyni zamanda siyasi alətdir.

Təsadüfi deyil ki, bir müddət əvvəl Yekaterinburq insidenti ilə bağlı Azərbaycanın verdiyi notaya cavab olaraq Rusiya XİN-in bəyanatında, üçüncü tərəfin iki ölkə arasında münasibətləri pozmağa çalışmasından bəhs olunmaqla yanaşı, Qərbin Rusiyanı danışıqlar prosesindən sıxışdırıb çıxarmağa cəhd etdiyi də xüsusi vurğulanıb.

Başqa sözlə desək, Rusiya üçün bu gün Azərbaycan-Ermənistan danışıqlarında iştirak etmək prioritet məsələdir. 2020-ci il 10 noyabr Bəyanatında da Rusiyanın bu danışıqlardan necə geosiyasi dividendlər əldə etməyə çalışdığı açıq görünür. Sənəddə Zəngəzur dəhlizinə nəzarətin məhz Rusiya sülhməramlılarına həvalə olunması bu yanaşmanın bariz nümunəsidir”.

Ekspert Əbu-Dabi görüşünə toxunub:

“Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların hər hansı neytral ölkədə, xüsusən də ABŞ-yə yaxın sayılan BƏƏ-də aparılması, şübhəsiz ki, Moskvanın narazılığına səbəb olur.

Bu kontekstdə Kremlin son bəyanatını səmimi sülh təşəbbüsü kimi deyil, daha çox diplomatik protokol qaydalarına uyğun verilmiş, simvolik xarakter daşıyan açıqlama kimi dəyərləndirmək məqsədəuyğundur. Rusiya, şübhəsiz, sülhün əldə olunmasında maraqlı ola bilər, lakin bu maraq yalnız özünün də prosesdə aktiv rol alması şərti ilə aktuallığını qoruyur”.

Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu alqışlayır.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması regiona sabitlik gətirməyə kömək edəcək.

Qiymət Mahir

FOTOLAR

Rusiya üçün vasitəçilik: Diplomatik təşəbbüs, yoxsa alət? — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Bütün Xəbərlər