Regionda davamlı sülhə əngəl: İkili standartlar – RƏY

Regionda davamlı sülhə əngəl: İkili standartlar – RƏY
23.07.2025 12:33

“Ermənistanın ötən 5 ildə sərgilədiyi qeyri-konstruktiv mövqe artıq nə regiona, nə də özünə fayda gətirə bilər”.

Politoloq Oqtay Qasımov bunu TodayPress TV-yə danışarkən bildirib. 

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı Ermənistan rəhbərliyinə yönəlik tənqidlər regional siyasi dinamikaların tam mərkəzinə toxunur. 

“Ermənistan 2020-ci il 10 noyabr razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır və Zəngəzur dəhlizinin açılmasını müxtəlif bəhanələrlə yubadır. Əslində, Ermənistanın bu məsələ ilə bağlı qeyri-müəyyən və tərəddüdlü davranışı təsadüfi deyil. Bu, ilk növbədə, Ermənistanla Rusiya arasında Zəngəzur dəhlizi üzərində nəzarət mexanizmləri ilə bağlı dərin fikir ayrılığının nəticəsidir. 

Ermənistan bu marşrutun Rusiyanın nəzarətinə keçməsini istəmir, bunun əvəzinə ya beynəlxalq şirkət, ya da birbaşa Ermənistanın öz nəzarətində olmasını tələb edir. Lakin reallıq göstərir ki, bu cür ikili standartlı yanaşma nə regionda davamlı sülhə, nə də inteqrasiya layihələrinin reallaşmasına xidmət edir”.

Analitik diqqətə çatdırıb ki, rəsmi Bakının bu məsələdə mövqeyi aydındır və prinsipialdır. Azərbaycan tərəfi Zəngəzur dəhlizindən təhlükəsiz, maneəsiz və səmərəli şəkildə istifadəni təmin etmək niyyətindədir. Bu, yalnız Azərbaycanın deyil, regionun nəqliyyat konfiqurasiyasının əsas dayağı sayılan layihənin taleyi üçün həlledici amildir.

“Ermənistanın dəhlizin açılmasına mane olan davranışları təkcə onun öz siyasətinə deyil, həm də xarici güclərin bölgəyə təsirinə bağlıdır. Bu qüvvələrin başında, İran dayanır. Tehran bu nəqliyyat xəttinin açılmasında iştirak və ya nəzarət imkanına malik olmadığı təqdirdə, prosesə qarşı açıq və ya dolayı yolla əngəl yaradır. Rusiya da öz maraqları baxımından bu məsələyə selektiv yanaşma sərgiləyir, bu da prosesin dayanıqlı şəkildə irəliləməsinə mane olur. Belə bir mürəkkəb geosiyasi mənzərədə Azərbaycanın səbirli, amma qətiyyətli mövqeyi, əslində, regionda yeni bir reallığın, güc və hüququn uzlaşdırıldığı siyasətin təzahürüdür. Ermənistan isə bu yeni reallığı qəbul etmək istəmədikcə, yalnız regiondakı imkanlardan deyil, həm də beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm həlqəsi olmaq fürsətindən uzaq düşəcək”.

Qeyd edək ki, Zəngəzur dəhlizi Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə əsas müzakirə mövzulardan biri olub. 

Töhfə Səməd

FOTOLAR

Regionda davamlı sülhə əngəl: İkili standartlar – RƏY — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Bütün Xəbərlər