Tehrandan SİQNAL: Ermənipərəst səfirin ritorikası niyə dəyişdi?

Tehrandan SİQNAL: Ermənipərəst səfirin ritorikası niyə dəyişdi?
01.07.2025 17:45 Təhlil

“İranın Azərbaycana qarşı mövqeyi real şəkildə dəyişir. Xoş münasibət qurmağa çalışır”.

Politoloq Akif Nağı bunu TodayPress TV-yə danışarkən deyib.

O, İranın Ermənistandakı səfirinin son açıqlamasını belə şərh edib:

“İranın Ermənistandakı səfiri Mehdi Sobhani hər zaman ermənidən daha çox erməni kimi davranıb. Onun mövqeyi çox vaxt rəsmi İranın mövqeyindən fərqlənib. Son açıqlamasında ritorikasını yumşaltması onu göstərir ki, bütövlükdə İranın Azərbaycana qarşı mövqeyi real şəkildə dəyişir. İndiyə qədər İranın siyasi və dini rəhbərliyi başqa, səfirləri başqa mövqe ortaya qoyurdular. Görünür ki, artıq İran Azərbaycana qarşı hansısa təzyiqin mənasız olduğunu görəndən sonra real siyasətə üstünlük verir. İran-İsrail münaqişəsi zamanı İran rəsmiləri, ekspertləri və başqaları Azərbaycana qarşı olmazın iftiralar yaydılar ki, guya Azərbaycan ərazisindən İsrail dronları qalxır və s. Amma sonda Azərbaycan onlara başa sala bildi ki, bu müharibədə iştirak etmiş olsaydı, onlar üçün həddindən artıq pis olardı. Azərbaycan tərəfsiz qaldı. Bunu başa düşərək real münasibətlər qurmağa çalışırlar. Ermənipərəst səfir də Tehrandan gələn rəsmi mövqeni müdafiə etməlidir”.

Ekspert qeyd edib ki, xoş münasibətlərin qurulması hər iki dövlətin maraqlarına, həmçinin regionda sabitlik üçün uyğundur:

“Normallaşma prosesləri davam edəcəksə, bu, hər iki dövlətin xeyrinə olacaq, etməyəcəksə, Azərbaycan yenidən öz sərt mövqeyini ortaya qoyacaq. Xarici qüvvələr İrana təsir etməsələr, ehtimal edirəm ki, xoş münasibətlər davam edəcək”.

Qeyd edək ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani əvvəlcə Azərbaycanın ərazisindən İrana dron hücumları təşkil edildiyini iddia etmişdi. Son açıqlamasında isə rəsmi sübutun olmadığını deyərək ritorikasını yumşaldıb və bildirib ki, Bakı Tehrana ərazisinin istifadə edilməyəcəyinə dair təminat verib.

Qiymət Mahir

FOTOLAR

Tehrandan SİQNAL: Ermənipərəst səfirin ritorikası niyə dəyişdi? — 1
XƏBƏR LENTİ
17 IYUN 2026
Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 Bütün Xəbərlər