Ramiz Yunus: “Onların yenidən “rus qucağına” razı olacaqlarını düşünürsünüz?!” - DEJAVÜ

Ramiz Yunus: “Onların yenidən “rus qucağına” razı olacaqlarını düşünürsünüz?!” - DEJAVÜ
08.07.2025 12:04

“Vaxtilə rus şairi Fyodor İvanoviç Tyutçev, rus dövlətini və xalqının mentalitetini xarakterizə edərkən, təhkimçilik hüququnun ləğvindən bir neçə il sonra məşhur sətirləri yazmışdı: “Rusiyanı ağılla dərk etmək, arşınla ölçmək mümkün deyil”. Bu ifadə ilə o, həmin dövrdə Rusiya insanlarının davranışındakı müəyyən irrasionallığı vurğulayırdı. Üzərindən təxminən 160 il keçməsinə baxmayaraq, vəziyyət hələ də dəyişməyib".

TodayPress TV xəbər verir ki, politoloq Ramiz Yunus bunu öz "Facebook" hesabında yazıb

O, özünün də bir zamanlar Rusiyada yaşadığını və təhsil aldığını xatırladıb: 

“Bəlkə də bu səbəbdən Rusiyanın siyasi və mədəni taleyinə hələ də laqeyd yanaşa bilmirəm. Bu gün okeanın o tayından onu müşahidə edərkən, Fyodor İvanoviç Tyutçevin sözlərinin dərin mənasını daha yaxşı anlayıram.

Ötən əsrin sonlarına nəzər salsaq, belə bir sual yaranar: 1990-cı illərin əvvəlində azadlığı seçmiş kimi görünən müasir Rusiyada niyə yenidən sovet idarəçilik üsullarını tətbiq edən rejim hökm sürür? Rusiyanı yenidən sovet dövrünün qaranlıqlarına sürükləmək necə mümkün oldu? Niyə Qərb ilə Rusiya arasında yenidən soyuq müharibə dövrü qayıtdı? Kremlin nəzarətində olan bütün KİV-lərdə xarici düşmən axtarışı və ilk növbədə ABŞ əleyhinə yönəlmiş absurd təbliğat niyə bitmir? Belə sualların sayı çoxdur.

SSRİ-nin dağılmasından elə də çox zaman keçmədiyini nəzərə alaraq, oxucuları Rusiyanın son 35 ildə keçdiyi yolun təfərrüatı ilə yormaq fikrində deyiləm. Ancaq müasir Rusiyanın hansı istiqamətdə hərəkət etdiyini anlamaq üçün gəlin hazırda Rusiyanın qurulduğu əsas elementlərə nəzər salaq. Əminəm ki, bunu anlamaq Rusiyanı izləyən hər kəsə bu ölkədə baş verən prosesləri düzgün dərk etmək və qiymətləndirmək üçün kömək edəcək”. 

Analitik qeyd edib ki, bu gün hamı Rusiyanın Vladimir Putinin rəhbərliyi altında yenidən sovet üsullarını tətbiq etdiyini çox yaxşı başa düşür. Putin öz xalqının ideoloji beynini yumağa çalışır və 2014-cü il ruslar üçün təkcə Soçi Olimpiadasının keçirildiyi il deyil, həm də onlar üçün başqa bir ölkədə oyandıqları “rubikon” ili olub. Rusiyanın Krımı ilhaq etməsi və ardınca Ukraynanın cənub-şərqində başlatdığı hərbi təcavüz, bir vaxtlar Moskva ilə qardaş olan Ukrayna arasında əsl müharibəyə səbəb olub: 

“Hər iki tərəfdən yüz minlərlə insanın həlak olduğu, Rusiya mediasında azğın təbliğatı aparılan bu müharibə nəticəsində bu gün Rusiya cəmiyyətinin böyük hissəsini “Krım bizimdir” psixozu bürüyüb. Kremldəki ura-patriotlara, Dövlət Duması və Federasiya Şurasının deputatlarına müraciət edərək soruşmaq istəyirəm: Siz Krımın ilhaqının, Ukraynanın cənub-şərqində törədilən qırğınların və nəticədə 24 fevral 2022-ci ildə başlayan Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünün Ukrayna ilə Rusiya arasında uzun illər davam edəcək uçurum yaradacağını anlamırsınız? Psixoloji cəhətdən bu uçurum Polşa ilə Rusiya arasında uzun müddət davam etmiş Katın faciəsi ilə müqayisə edilə bilər. 

Sizcə, bu müharibədə çoxlu sayda hərbçi və mülki vətəndaşını öz azadlığı uğrunda qurban verən Ukrayna, Rusiyanın təcavüzü ilə razılaşacaqmı? Yoxsa Krımın yerli xalqı olan Krım tatarlarının yenidən “rus qucağına” razı olacaqlarını düşünürsünüz?

Bu gün Ukraynada sovet keçmişindən Avropaya inteqrasiya tərəfinə doğru köklü dəyişiklik istəyənlərlə, sovet keçmişinə və simvollarına yapışıb qalanların maraqları toqquşur. Biz hamımız bu ideoloji döyüşün və ölüm-qalım mübarizəsinin şahidiyik”.

Ekspert diqqətə çatdırıb ki, dünyada bir çoxları Kremldəki rejimi Üçüncü Reyxlə müqayisə edir: 

“Bu təsadüfdürmü? Nasist rejimi ilə Kreml rəhbərliyi arasında paralellər aparmaq nə qədər doğrudur? Bu suala cavab tapmaq üçün Hitlerin 1933-cü ildə tam qanuni yolla hakimiyyətə gəlməsini və sonrakı hadisələri xatırlamaq lazımdır. O dövrdə Almaniya elitasının və Avropanın siyasi liderlərinin Hitlerlə necə oynadıqlarını yada salaq. 1936-cı ildə dünya liderlərinin dişsiz siyasəti və laqeyd münasibəti nəticəsində Hitler Berlində Olimpiya Oyunlarını keçirərək özünün və rejiminin əla piarını apardı. Nəticədə “uğurdan başı gicəllənən” Hitler, yalnız Almaniya və alman xalqının deyil, bütün XX əsrin faciəsinə səbəb oldu. Bunlar sizə heç nəyi xatırlatmır?

Putinin “tualetdə məhv edəcəyik” şüarı ilə hakimiyyətə gəlməsini, qonşulara münasibətdə imperiya ritorikasını bərpa etməsini, dünya liderlərinin onunla “oynamasını”, 2008-ci ilin avqustunda Gürcüstana qarşı avantüranı və ərazilərinin işğalını, nəhayət, Putin rejiminə piar üçün 50 milyard dollar xərclədiyi Soçi Olimpiadasını da xatırlayaq. Bu paralellər yetərlidirmi, yoxsa dejavünü davam etdirək?!”

Ramiz Yunus vurğulayıb ki, Kremlə bağlı Rusiya mediasının Putinin sovet tarixini şərhinə qarşı çıxan hər kəsi “faşist” adlandırması isə vəziyyətin absurdluğunu daha da artırır. Buna Rusiyada Stalinin reabilitasiyasını və milyonlarla vətəndaşının qatili olan diktatora abidələrin ucaldılmasını əlavə etsək, nəticə aydındır: müasir dünyada oxşar faciələrin təkrar olunmaması üçün tarix dərslərini yaxşı öyrənmək lazımdır ki, heç bir müasir “fürer” xalqına və qonşularına faciə yaşatmasın.

“Təəssüf ki, indiki Rusiya rəhbərliyi Stalin metodlarını tətbiq edərək, əhalinin Putin rejiminə qarşı müqavimətini zəiflətməyə çalışır və bunu etiraf etmək lazımdır ki, bu metodlar nəticə verir. Bu gün qərbli dövlətlərin heç biri nüvə ölkəsində xaos istəmir və bu səbəbdən tədbirlər yavaş-yavaş həyata keçirilir. Amma qərbin sanksiyaları və neftin qiymətinin düşməsi, tezliklə “Krım bizimdir” yerinə daha təhlükəli “bizə son” psixozunu gətirə bilər. Mən şəxsən bunu istəmirəm, çünki Puşkin, Tolstoy, Çaykovski və Dostoyevskinin ölkəsi daha yaxşı taleyə layiqdir”. 

R. Yunus sonda şərq atalar sözünü misal çəkib:

“Süngüyə söykənmək olar, amma onun üstündə oturmaq olmaz”.

Qiymət Mahir

XƏBƏR LENTİ
12 AVQUST 2026
İsveç sursat tədarükünə 52,5 milyon DOLLAR ayrıldı 01:37 Braziliyadan QEYRİ-ADİ layihə: İnsan saçından okean filtri hazırlandı 01:49 Qasırğaların gücü köpəkbalıqları ilə ölçüləcək? 01:02 Məşhur amerikalı müğənnini məhkəməyə verdilər 01:45 ABŞ-də gömrük gəlirləri azaldı, sosial xərclər kəskin artdı 01:16 Moldova Ukrayna taxılının daşınmasına başlayır 01:30 Kriştianu Ronaldu və Corcina Rodriqes evləndi! 01:41 Bir sıra ərazilərdə işıq KƏSİLƏCƏK 01:20 "Silahları Aİ-yə satırıq, onlar Ukraynaya verir" - Tramp 01:10 Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq? 00:49 "Fənərbağça" Çempionlar Liqasının pley-offuna yüksəldi! 00:54 Sədərək–Binə yolunda yük maşını yanır - VİDEO 00:20 Vaşinqtonda Ermənistan-Azərbaycan-ABŞ üçtərəfli görüşü keçirilib 22:12 "Putin rusların müharibəni dəstəklədiyini göstərmək istəyir" - Zelenski 00:06 "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi! 00:00 Hörmüzdə günlük daşınma 9 milyon barelə çatıb - ABŞ energetika naziri 23:48 Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdiklərini ELAN ETDİ 23:37 Kolumbiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir 23:16 Prezident sabah kənd təsərrüfatı ilə bağlı Sərəncam imzalayacaq 23:18 “Beşiktaş” Duşan Vlahoviçin transferi ilə bağlı razılığa gəldi! 22:58 Prezident: Ordubadda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur 23:01 "Orhus"un baş məşqçisi: "Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar 22:51 Yunanıstanın Baş Naziri xəstəxanaya aparıldı 22:45 Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşıldı 22:53 ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq! 22:25 Bütün Xəbərlər