Müctəba ilə bağlı ŞOK: “SEPAH-la əlbir olub bu şəxsləri öldürüb”

Müctəba ilə bağlı ŞOK: “SEPAH-la əlbir olub bu şəxsləri öldürüb”
13.03.2026 15:18 Təhlil

İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei dünən xalqa ilk müraciətində bildirib ki, İran qisas almaqdan çəkinməyəcək. 

Maraqlıdır, bu cür sərt çıxışlar Müctəbanın bundan sonrakı taleyinə necə təsir edəcək?   

Mövzunu iranlı politoloq Məhəmməd Rəhmanifər TodayPress TV-yə şərh edib. 


O bildirib ki, belə bəyanatlar Xameneinin oğlu Müctəbanın adından yayıla bilər: 

“Çünki hələ də Müctəbanın həqiqətən sağ olması ilə bağlı şübhələr var”. 

Analitik qeyd edib ki, Müctəbanın vəziyyəti qeyri-müəyyəndir: 

"Bəzi mənbələr bildirir ki, o ağır yaralanıb, bəziləri isə deyir ki, huşu yerində deyil, yəni komadadır. Hətta bəzi məlumatlara görə, o artıq yaşamır. Qısası, belə görünür ki, yayılan bəyanatlar İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən hazırlanmış ola bilər”.


Ekspert daha bir maraqlı məqamı da diqqətə çatdırıb: 

“Dünənəcən İranın rəsmi xəbər agentlikləri və televiziyaları Xameneinin həyat yoldaşının bu hücumda öldüyünü bildirirdilər. Amma Müctəbanın adına yayımlanan bəyanatda onun anasının və ya həyat yoldaşının ölümündən heç bir söz yoxdur. Bunun ardından televiziya və xəbər agentlikləri xəbər yayır ki, bu məlumat yalnışdır və xanım hələ də yaşayır. Lakin əgər yaşayırsa, niyə heç bir kamera qarşısına çıxarılmır? İran hakimiyyəti belə hallarda insanları ictimaiyyət qarşısına çıxara bilərdi. Ola bilsin ki, təhlükəsizlik və qorunma səbəbindən bunu etmirlər. Hazırda hər şey gizlidir və Müctəbanın həyatda olub-olmaması dəqiq bilinmir”. 

Onun qənaətincə, Xameneinin oğlu son 20 ildə ölkənin əsas idarəedicisi olub. O, İranın bütün əsas hadisələrində iştirak edib, seçkilərin nəticələrini formalaşdırmaqda, etirazların yatırılmasında və hətta qan tökülməsi ilə bağlı əmrlərdə birbaşa rol oynayıb. SEPAH onunla əlaqəli olub, əmrlərini ona görə icra ediblər. Müctəbanın lider seçilməsinin əsas səbəbi də məhz bu dəstək və əlaqələrdir.

“Üç il əvvəl mən Seyid İbrahim Rəisinin, iki il əvvəl isə Rəisinin öldürülməsi ilə bağlı demişdim ki, bu hadisələr təbii deyil. Bu, Müctəba Xamenei və SEPAH tərəfindən təşkil olunmuş bir plandır. Məqsəd Seyid İbrahim Rəisini aradan qaldırmaq idi, çünki o, Müctəbanın rəhbərliyinə ən böyük maneə sayılırdı. Rəisinin böyük tərəfdar kütləsi vardı və Xameneinin ölümü halında onun rəhbərliyini qəbul edə biləcək biri kimi görülürdü", - analitik əlavə edib. 


M.Rəhmanifər  sonda qeyd edib ki, Müctəba Xamenei sakitləşməyi istəmir və daha çox münaqişəni üstün tutan bir liderdir. 

"O, ilLərdir ölkənin idarəsindədir. Onun gəlişi ilə vəziyyətin dəyişəcəyini demək doğru olmaz. Əksinə, vəziyyət daha da pisləşəcək: xalq üzərində basqılar artacaq, təzyiqlər daha sərt olacaq və dünya qarşısında daha qətiyyətli və sərt mövqe nümayiş etdirəcək".

Qeyd edək ki,  ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İranın Ali Lideri Ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra onun yerinə oğlu Müctəba Xamenei təyin olunub. O isə hücumlarda yaralanıb.

Jalə Rövşən

XƏBƏR LENTİ
15 IYUN 2026
Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 Bütün Xəbərlər