Putin ortada qalıb: Bilmir Moskva dağılır, yoxsa Rusiya...

Putin ortada qalıb: Bilmir Moskva dağılır, yoxsa Rusiya...
22.06.2026 14:43

Ukrayna dronlarının Moskva, Sankt-Peterburq və Krımın strateji yanacaq mərkəzlərinə ardıcıl zərbələr endirdiyi bir vaxtda, Rusiya Prezidenti Vladimir Putin daxildəki hərbi-logistik böhranı görməzlikdən gələrək beynəlxalq forumlar seriyasını davam etdirir. Bəs  bununla Putinin dünyaya mesajı nədir?

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu TodayPress TV-yə açıqlamasında bildirib ki, Putin heç nə olmamış kimi, ölkə ərazisində beynəlxalq forumlar keçirməyə və bu tədbirlərdə əməkdaşlıq barədə nitqlər söyləməyə davam edir.


Halbuki, işğalçı müharibə aparan Rusiya ilə əməkdaşlıq imkanları geniş deyil:

"Növbəti forum iyunun 17-19 tarixində Tatarıstan paytaxtı Kazanda keçirilib. Bu dəfə Rusiyada ASEAN sammiti (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) təşkil olunub. Sammitdə Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand, Filippin, Şərqi Timor kimi ölkələrin rəsmiləri iştirak edib. Sammit keçirilərkən, Ukrayna dronları Moskvda yanacaq mərkəzlərinə zərbələr endirirdi. Putin sammitdəki çıxışında müharibə mövzusuna toxunmayıb. Rusiya Prezidenti Ukrayna dronlarının zərbələrini və ilhaq olunan Krımın yanacaq böhranı ilə üzləşməsini görməzlikdən gəlir". 

Analitik qeyd edib ki,  Putin sammitdən əvvəl Kazanda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Hakan Fidan Vladimir Putinlə görüşdən bir gün əvvəl rusiyalı həmkarı Sergey Lavrovla Moskvada müxtəlif mövzuları müzakirə edib. Hakan Fidan Lavrovla yanaşı Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar aparıb. 

Ekspert düşünür ki, Sankt-Peterburqda və Kazanda keçirilən forumlar Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın beynəlxalq aləmdən tam izolyasiya olunmamasına dəlalət etməlidir:

"Kremlin məqsədi budur. Putin Kazandan əvvəl Sankt-Peterburqda keçirilən iqtisadi forumda iştirak etmişdi. Sankt-Peterburqda forum keçirilərkən Ukrayna dronları bu şəhərin yanacaq mərkəzlərinə zərbələr endirirdi.  Putin Kazanda keçirilən forum çərçivəsində Asiya ölkələrinin bir neçə lideri ilə görüşüb. Rusiya Prezidenti Kazan forumunda ASEAN-a daxil olan ölkələrin aparıcı biznes nümayəndələrinin iştirakını da fəxrlə bildirib".  

Politoloq vurğulayıb ki, Kazandakı sammit Pekinin diqqətini çəkib:

"Sammitdə Filippin Prezidenti Ferdinand Markos da iştirak edib və o Putinlə ikitərəfli görüş keçirib. Pekin Filippin Prezidentinin Kazana səfərindən və Putinlə görüşündən narahat olub. Çünki, Çinlə Filippin arasında münasibətlər gərgindir. Çin və Filippin arasındakı münasibətlər Cənubi Çin dənizindəki qarşıdurma səbəbindən gərginləşib. Çinlə Filippinin hərbi gəmiləri arasında tez-tez atışmalar olur. Təsadüfi deyil ki, Çin Filippinin müdafiə nazirinə qarşı sanksiya tətbiq edib. Nazir və onun ailə üzvlərinin Çin Respublikasına girişi qadağan olunub".

Onun sözlərinə görə, münasibətləri gərginləşdirən digər amil Çinin dənizdə Filippin sahillərinə yaxın sularda mobil platformalar yerləşdirməsidir: "Filippin hesab edir ki, Çin mobil platformalar vasitəsilə Cənubi Çin dənizində süni adalar yaratmağa çalışır". 

Elxan Şahinoğlunun  fikrincə, Rusiya liderinin  Filippin Prezidenti ilə görüşü və onunla müzakirə aparması Moskvanın Pekinə ismarıcı kimi qiymətləndirilə bilər:

"Moskva Pekinin strateji tərəfdaş sayılsa da, Kreml Çinin Ukrayna müharibəsi fonunda Rusiyaya kifayət qədər dəstək verməməsindən narazıdır. Digər tərəfdən Çin Rusiyadan neft və qaz alışını şaxələndirir və enerji daşıyıcılarını ucuz qiymətə alır. Bu amil də Kremlin xoşuna gəlmir. Digət tərəfdən Kreml Pekinin Brüssel və Vaşinqtonla artan dialoqunu narahatlıqla izləyir. Belə olan halda Kreml də Pekinin regional rəqibləri ilə dialoqu genişləndirməyə qərar verib". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Yaponiya Putinin Kuril səfərindən hiddətləndi: Rusiyaya qarşı yeni sanksiyalar gəlir 09:45 Fransa futbolu təhlükə qarşısında – iqlim dəyişiklikləri həyəcan yaradır 09:43 Şahbaz Şərif Qazaxıstana dövlət səfəri edəcək 09:31 26-cı titulunu qazanan Şvyöntekdən nifrətlə üzləşənlərə dəstək 09:28 ABŞ İrana qarşı dəniz blokadasını qeyri-müəyyən müddətə uzada bilər 08:56 Mourinyonun “Real”da uğur şansını dəyərləndirildi 09:06 Bakının bu ərazilərində işıqlar sönəcək – Saatlar açıqlandı 08:51 Stubb Rusiyaya vaxt verdi: “Bir neçə həftəyə əlaqə qurmalıyıq” 08:34 Kolumbiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 280-i keçdi 08:25 Xankəndi növbəti sakinlərini qarşıladı 08:22 Oğruların ilk yoxladığı yerlər: Açarınızı buralarda gizlətməyin! 01:05 Z nəslinin həyatı niyə çətinləşdi? Əvvəllər adi olan 6 imkan yoxa çıxır 00:59 Sürücülərin ən “zəhlətökən” vərdişləri: Bunu siz də edirsiniz? 00:35 Çində meşələr böyüdü, su ehtiyatları azaldı - Araşdırmanın ilginc nəticəsi 00:30 Sakitlik axtaranlar bura getsin: Dünyanın ən sakit ölkəsi seçildi 22:37 MARAQLI KƏŞF: Həyat Yer üzündə iki dəfə yaranıb? 00:52 Təyyarəyə meydan oxuyan qatar: Çin dünyada ilkə imza atdı 01:51 Tramp ABŞ donanmasında “keçmişə dönüş” əmri verdi 01:56 Türklər kosmosu “fəth etməyə” hazırlaşır 01:42 Trampın kürəkəni İsrailə yollanır - Qəzzada nə baş verir? 01:18 Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxac yaratdı - VİDEO 00:45 İsrailin “canına qorxu düşdü” - İran yenidən silahlanır 00:41 Pakistandan Hindistana XƏBƏRDARLIQ: “2025-ci ilin mayından daha sarsıdıcı olacaq!” 00:19 Məşhur şadlıq sarayı müsadirə olunaraq, hərraca çıxarıldı 23:55 Sürücülərin NƏZƏRİNƏ! Bu küçələr sabahdan bağlı olacaq 23:44 Bütün Xəbərlər