Ermənistan dəmir yollarını SATIR ? — Moskvadan sərt reaksiya...

Ermənistan dəmir yollarını SATIR ? —  Moskvadan sərt reaksiya...
19.02.2026 12:11 Təhlil

Rusiya Ermənistan dəmir yolunun idarə olunması ilə bağlı öhdəliklərinə sadiq qaldığını bəyan edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib. O, Nikol Paşinyanın Ermənistan dəmir yollarının konsessiya hüququnun Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və ya Qətər kimi ölkələrə satılması təklifini “qəribə və yolverilməz” adlandırıb. 

Hazırda tərəflər arasında razılıq yoxdur. Bəs dəmir yollarının aqibəti necə olacaq? 

Sözügedən məsələni siyasi analitik Abutalıb Səmədov TodayPress TV-yə şərh edib. 


Analitik vurğulayıb ki, Rusiya Ermənistan dəmir yollarını 30 illik müddətə icarəyə götürüb və onların bərpası birbaşa Rusiyanın üzərinə düşür:

"Məlumdur ki, Ermənistan ərazisindən keçən "Tramp marşrutu" 43 kilometrlik hissədə dəmir yolunun bərpa olunmasını tələb edir. Plana əsasən, həmin ərazidə əvvəllər mövcud olmuş dəmir yolu xətti yenidən qurulmalıdır. Lakin Rusiya bu prosesi ləngidir. Paşinyan bir neçə dəfə Rusiya hökumətinə müraciət edərək, həmin dəmir yolunun bərpası işlərinə başlamağı təklif edib".

Ekspert qeyd edib ki, Rusiya bu istiqamətdə uzun müddət real addım atmayıb:

"Rusiyadan heç bir hərəkətlilik görülmədiyi üçün Ermənistan sonuncu dəfə bəyan etdi ki, əgər siz konsessiya müqaviləsinə uyğun olaraq öz vəzifələrinizi icra edə bilmirsinizsə, bu hüququ digər dövlətlərə satmaq mümkündür. İrəvan tərəfi Rusiyanı bu hüquqdan imtina etməyə çağırdı və müqaviləni imzalamağa hazır olan bir neçə dövlətin adını çəkdi".

Analitik əlavə edib ki, görünür, bu gediş Rusiyanın xoşuna gəlməyib. Belə ki, Baş nazirin müavini Aleksey Overçuk artıq bu istiqamətdə işə başlamağa hazır olduqlarını bildirib. Zaxarova isə Ermənistanın təklifini qeyri-ciddi hesab edib.

"Onda ümid edək ki, Rusiya ciddi dövlət kimi nəhayət öz vəzifələrini icra etməyə başlayacaq. Beləliklə, "Tramp marşrutu" çərçivəsində Azərbaycanla Naxçıvanı birləşdirəcək dəmir yolu qısa müddətdə bərpa olunacaq və Ermənistana təhvil veriləcək", - deyə A. Səmədov vurğulayıb.

Şərhçi sonda onu da əlavə edib ki, Rusiyanın başqa yolu yoxdur və Paşinyanın son bəyanatları onun bu istiqamətdə ən qəti addımları atmağa hazır olduğunu göstərir. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Bütün Xəbərlər