"Onları böyük problemlər gözləyir” — Kubada Venesuela ssenarisi təkrarlanacaq?

"Onları böyük problemlər gözləyir” — Kubada Venesuela ssenarisi təkrarlanacaq?
05.01.2026 15:06

ABŞ dövlət katibi Marko Rubio Kuba hökumətinin Vaşinqton üçün ciddi problem yaratdığını və onu “böyük çətinliklərin” gözlədiyini bildirib.


Rubio "NBC News" telekanalına müsahibəsində Kubanın ABŞ hakimiyyətinin növbəti hədəfi olub-olmayacağı ilə bağlı suala cavabında deyib ki, Kuba hökuməti böyük problemdir və “onları böyük problemlər gözləyir”.

ABŞ dövlət katibi Vaşinqtonun Havana ilə bağlı atacağı konkret addımları açıqlamaqdan imtina edib.

Maraqlıdır, Venesuela ssenarisi Kubada da təkrarlana bilərmi?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Əli Orucov Kubanın hələ SSRİ dövründən etibarən Qərb Yarımkürəsində strateji və geosiyasi baxımdan mühüm mövqe tutduğunu bildirib.


Onun sözlərinə görə, bu ada uzun illər imperiya qalası kimi formalaşdırılıb və mövqeyi məqsədli şəkildə möhkəmləndirilib:

“Kuba hələ SSRİ dönəmində Qərb Yarımkürəsində imperiyanın qalası və strateji bölgəsi hesab edilib. Zaman-zaman da bura möhkəmləndirilib. Sovet İttifaqının süqutundan sonra onun varisi olan Rusiya da Kubaya xüsusi diqqət ayırdı. Ada geostrateji mövqeyinə görə Moskva üçün böyük önəm daşıyıb. Təkcə Rusiya üçün deyil, Çinin də bu adada maraqları var”.

Politoloq qeyd edib ki, Kuba ABŞ üçün tarixən ciddi problem mənbəyi olub və bu amil soyuq müharibə dövründə dünya miqyasında təhlükəli həddə çatıb:


“Kuba ABŞ üçün başağrısına çevrilib. Hətta ötən əsrin 60-cı illərində dünya Kuba məsələsinə görə “Karib böhranı” adlandırılan nüvə müharibəsinin bir addımlığına yaxınlaşmışdı”.

Ə.Orucovun fikrincə, mövcud beynəlxalq vəziyyət Vaşinqton üçün Kubaya münasibətdə daha əlverişli şərtlər formalaşdırıb:

“Hazırda Rusiyanın başı Ukrayna müharibəsinə və daxili iqtisadi böhrana qarışıb. Çin çoxqütblü dünya düzəni ilə bağlı iddialı görünsə də, ABŞ ilə ehtiyatlı davranır, açıq və birbaşa konfliktə girməkdən yayınır. Qərbin Kubada maraqları yoxdur. Belə bir əlverişli məqamda görünür Birləşmiş Ştatlar fürsəti əldən vermək istəmir”.

Ekspert vurğulayıb ki, Kubada rejim dəyişikliyi ABŞ üçün texniki baxımdan çətin proses deyil:

“Kubada rejim dəyişmək Vaşinqton üçün elə də çətin olmaz. Heç bir parametrlərinə görə bu ada dövləti ABŞ ilə müqayisə edilə bilməz. Birləşmiş Ştatlar onsuz da Kubanı özünün ərazisi hesab edir. ABŞ-nin bir addımlığında fərqli rejim, fərqli ideologiya və fərqli siyasi sistemin mövcudluğu, üstəlik də Çin və Rusiya ilə sıx əlaqələr Kubanı hədəfə çevirib”.

Əli Orucov əlavə edib ki, Kubanın zəngin təbii resurslara malik olması da ABŞ Prezidenti Donald Trampın diqqətindən kənarda qala bilməz:


“Zəngin filiz ehtiyatları və təbii sərvətlər Kubanı daha da cəlbedici edir. Bu amil Trampın diqqətindən yayınmaya bilər”.

Politoloq xatırladıb ki, ABŞ daha əvvəl də Kubada rejim dəyişikliyinə cəhd edib, lakin bu təşəbbüslər nəticə verməyib:

“Birləşmiş Ştatlar bir neçə dəfə Kubada rejim dəyişikliyi etməyə cəhd göstərsə də, bu təşəbbüslər nəticəsiz qalıb. Tətbiq olunan sanksiyalar da Kubanı yolundan döndərə bilməyib. 2014-cü ildə diplomatik münasibətlər bərpa olunsa da, bu addımlar fundamental problemləri həll etmədi”.

Ekspertin sözlərinə görə, Kuba rəhbərliyi Venesuela nümunəsindən dərs çıxararaq daha ehtiyatlı siyasət yürüdür:

“Venesuelanın həbs olunan Prezidenti Nikolas Madurodan fərqli olaraq Kuba Prezidenti Manuel Bermudes təhrikedici addımlardan çəkinir. ABŞ Prezidentini qəzəbləndirməməyə çalışır, məsafəli davranır. Quantanamo məsələsində də açıq qarşıdurmaya getməyib”.

Sonda politoloq vurğulayıb ki, Venesuelaya edilən müdaxilə digər ölkələr üçün də ciddi siqnaldır:

“Bu, digərləri üçün də mesaj oldu. Fikrimcə, Çin və Rusiya Kubaya spesifik yanaşma sərgiləyə bilərlər ki, bu da çəkindirici rol oynaya bilər. ABŞ-da isə hələ bu tezliklə daha bir beynəlxalq qalmaqala getmək məsələsi diqqətlə ölçülüb-biçilir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 Bütün Xəbərlər