Moskva yolunu dəyişir: Zəngəzur dəhlizinə paralel xətt axtarışı?

Moskva yolunu dəyişir: Zəngəzur dəhlizinə paralel xətt axtarışı?
14.11.2025 16:55 Təhlil

Rusiya Azərbaycandan yan keçərək Şimal–Cənub dəhlizinin şərq qolu ilə İrana yük daşımalarına başlayıb və bunu Azərbaycanın NATO ilə yaxınlaşması ilə izah edir. Beləliklə, Moskva əvvəllər daha perspektivli hesab etdiyi Azərbaycan marşrutundan faktiki olaraq imtina etmiş olur. Bunun fonunda Bakı NATO ilə dialoqu genişləndirsə də, NATO-ya üzvlük məqsədi olmadığını bildirir. Yeni marşrutun seçilməsi Bakı–Moskva münasibətlərində logistika sahəsində gərginlik ehtimalı ilə bağlı suallar yaradır.

Maraqlıdır, bu addım Moskva–Bakı xəttində logistika yönümlü yeni gərginlik mərhələsinin başlanğıcı ola bilərmi və bu qərarın əsas siyasi motivləri nədən ibarətdir?


Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Sədrəddin Soltan bildirib ki, qatarın 12 günə İrana çatması marşrutun səmərəsizliyini göstərir:

"Noyabrın 8-də Rusiyadan gələn yük qatarı Qazaxıstan və Türkmənistan ərazisindən keçərək İrana daxil olub. Yükün oradan Süveyş kanalı vasitəsilə digər ölkələrə daşınması planlaşdırılır. Moskvanın şimalından yola çıxan bu qatar 900 kilometr məsafə qət edib və daşınma təxminən 12 gün davam edib. Bu isə marşrutun nə qədər uzun və səmərəsiz olduğunu göstərir".

Ekspert hesab edir ki, bu, Rusiya və İranın Zəngəzur dəhlizinə alternativ yaratmaq cəhdidir:

"Bu proses yalnız Azərbaycana qarşı deyil, həm də Rusiya və İranın Zəngəzur dəhlizinə alternativ yaratmaq cəhdi kimi dəyərləndirilə bilər. Xatırladaq ki, İran əvvəllər Ermənistan üzərindən keçən Şimal–Cənub dəhlizini formalaşdırmağa çalışmışdı. Bu layihədə Hindistan da maraqlı idi - Hindistan körfəzindən İrana, oradan Ermənistana, daha sonra Gürcüstan vasitəsilə Rusiyaya uzanan marşrut nəzərdə tutulurdu".

Onun sözlərinə görə, Rusiya–Ermənistan münasibətlərindəki soyuqluq bu layihəyə marağı azaldıb və layihə faktiki olaraq fəaliyyətsiz vəziyyətdədir. Qazaxıstan və Türkmənistan üzərindən İrana açılan yeni Şimal–Cənub xəttinin uzunmüddətli perspektivdə ciddi fayda verəcəyi isə inandırıcı görünmür. Gələcəkdə Qazaxıstan və Türkmənistan bu marşrutdan Yaxın Şərqə çıxış üçün istifadə edə bilsə də, ümumi mənzərə dəyişmir.

Politoloq bildirib ki, bu təşəbbüs nə Zəngəzur, nə də Orta Dəhlizin əhəmiyyətini azaldır və iqtisadi baxımdan səmərəli sayılmır:

"Hər bir halda, bu təşəbbüs nə Zəngəzur dəhlizinin strateji mahiyyətini, nə də Orta Dəhlizin regional əhəmiyyətini azalda bilər. Rusiya və İranın addımı iqtisadi layihədən daha çox özlərini regionda siyasi alternativ kimi göstərmək cəhdidir. Marşrutun iqtisadi rentabellik potensialı isə olduqca zəifdir, çünki bu yoldan real olaraq yalnız Rusiya və İran istifadə edə biləcək. Hər iki ölkə sanksiyalar altında olduğundan, digər dövlətlərin onlarla geniş ticarət aparmaq imkanları məhduddur".

Ekspert əlavə edib ki, Rusiya və İran uzun illərdir Azərbaycan ərazisindən keçən Şimal–Cənub dəhlizini də reallaşdırmağa çalışsalar da, İran öz ərazisində dəmir yolu və avtomobil hissələrinin tikintisini tamamlamır. Artıq 20 ildən çoxdur ki, bu istiqamətdə müxtəlif bəhanələrlə gecikmələr yaşanır.

"Beləliklə, Rusiya və İranın Qazaxıstan və Türkmənistandan keçən dəmir yolu xəttindən istifadə etməsi nə iqtisadi, nə də regional baxımdan ciddi alternativ deyil. Bu marşrut daha çox siyasi motivlidir və iki ölkədən başqa heç kim üçün real maraq daşımır. İqtisadi və siyasi risklər yüksək olduğundan, alternativ kimi təqdim edilsə də, praktik baxımdan cəlbedici deyil", - Sədrəddin Soltan fikrini sonlandırıb.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər