Üçüncü Dünya savaşının qığılcımları: Generallara "HAZIR OL!" əmri!

Üçüncü Dünya savaşının qığılcımları: Generallara "HAZIR OL!" əmri!
16.02.2026 16:16 Təhlil

Böyük Britaniyanın müdafiə qərargah rəisi Riçard Nayton və Almaniyanın müdafiə rəisi Karsten Broier ictimaiyyəti Rusiya ilə mümkün müharibə riskinə hazır olmağa çağırıblar. 


Maraqlıdır, mümkün müharibə riski varmı, yoxsa bəyanatlar sadəcə diplomatik gedişdir?  

Məsələni siyasi analitik Tofiq Abbasov TodayPress TV-yə şərh edib. 


O, qeyd edib ki, müharibə riski çox yüksəkdir: 

"Bəzi xarici mənbələrdə, xüsusilə Qərb analitikləri və təhlilçiləri bildirirlər ki, bu müharibə 2030-cu ilədək baş verə bilər. Çünki faktiki olaraq Rusiya Ukraynada müharibə aparmaqla Avropa İttifaqına təhdidlər yaradır və planları ondan ibarətdir ki, müharibəni Avropanın mərkəzinə qədər daşısın. Hazırda isə Rusiya yalnız Şərqi Avropa ilə kifayətlənir. Bu, çox böyük bir təxribat xarakterli ideyadır". 

Ekspert vurğulayıb ki, Ukrayna ərazisində faktiki olaraq Rusiya ilə Qərb arasında müharibə gedir: 


"Keçmiş administrasiya, Cozef Baydenin dönəmində Vaşinqton və Brüssel bir cərgədə idilər. Lakin Donald Trampın gəlişi bir qədər vəziyyəti dəyişib və görünür ki, Tramp Rusiya ilə danışıqlar aparır. Ankoricdə, Alyaskada görüşlər keçirilib və sövdələşmələr olub, amma bunlar əsas məsələ deyil. Önəmli olan budur ki, bu müharibəni Qərb özü istəyir, yəni Avropa ölkələrinin bir qismi buna maraqlıdır".

Onun qənaətincə, burada əsas üçlük London, Berlin və Parisdir. Paris bir qədər ehtiyatlı mövqe tutur. Fransada prezidentlik dönəmi bitmək üzrədir və ölkə həmişə Avropada, Qərb blokunda ayrı bir mövqe saxlamağa çalışıb. Hətta ABŞ və Qərbi Avropa ilə Rusiya arasında gərgin münasibətlər olsa belə, Paris dialoqu qorumağa çalışır. Hazırda da Makron bildirir ki, Rusiya ilə təmas qorunmalıdır.

T.Abbasov diqqətə çatdırıb ki, Almaniyanın kansleri Olaf Mertsin çıxışları isə daha sərt və tikanlıdır. O, həmçinin qeyd edib ki, İngiltərənin elitası da oxşar mövqedədir. Starmer şəxsən daha ehtiyatlı görünə bilər, amma Böyük Britaniyanın siyasətini dərin dövlət sistemi müəyyən edir. Bu qüvvələr uzun illərdir ki, Rusiyanı daimi düşmən və rəqib kimi görürlər və onunla mübarizə aparmaq istəyirlər.

Ekspertin fikrincə, hazırda Ukrayna ətrafında gedən proseslər Rusiyanın irəliləyişinin ləng getdiyini və əvvəl elan edilmiş planları həyata keçirə bilmədiyini göstərir. Avropa isə bu vəziyyətdən istifadə etmək istəyir. İlk növbədə Avropanın marağı Rusiyanın təbii sərvətləri və su ehtiyatlarıdır. Sağçı qüvvələr və digər təsirli qüvvələr münaqişəli vəziyyət yaratmağa çalışır.

"Avropa bu müharibədə açıq maraqlı tərəf kimi çıxış edir. Ukraynaya dəstək verərək və müharibənin dayandırılmasının qarşısını alaraq uzunmüddətli planlarını həyata keçirmək niyyətindədir. Bu planlar həm Rusiya xərclərini artırır, həm də Ukrayna resurslarını azaldır, miqrasiyanı sürətləndirir və infrastrukturun dağıdılmasına səbəb olur", - analitik əlavə edib. 

Ekspertin fikrincə, bu çox təhlükəli mövqedir, çünki nəticəsi Avropa üçün də ciddi problemlər yarada bilər. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
04 AVQUST 2026
Köpəkbalıqlarının qanında kokain tapıldı 00:24 Okeanın dibində “ölüm zonaları” tapıldı 00:17 Səudiyyə Ərəbistanı səhranı yaşıllaşdırır: 159 milyon ağac 23:47 Fransada çaylar bir-bir quruyur 23:35 Alimlərdən xəbərdarlıq: 2030-a qədər hər şey dəyişə bilər 22:34 Qanada plastik tullantılardan bunu düzəltdilər - Görənlər təəccübləndi 22:21 Ceki Çan Azərbaycandadır 00:50 İrandan ABŞ-yə: “Keçməyə imkan verməyəcəyik, vuracağıq!” 01:25 DSX-nin təqaüddə olan polkovniki vəfat etdi - FOTO 01:13 Ukraynanın ABŞ-dəki yeni səfiri o ola bilər 00:42 Qəzzada sülhlə bağlı YENİ ADDIM: Türkiyə-HƏMAS görüşünün detalları 00:31 Nəriman Axundzadə Türkiyə klubuna keçdi 00:09 ABŞ əvvəlcə İranın şərtlərini qəbul edib, amma sonra… 23:57 İstanbul məktəblərində YENİ QƏRAR: Məscidlər yaradılacaq 23:41 “NATO-ya Rusiyanın yarısı olmaq üçün hələ 12 il lazımdır” - Zalujnı 23:28 İran Ukraynaya zərbə endirmək istəyirmiş - Son anda buna görə fikrini dəyişib 23:18 İsrail Qəzzadan nə vaxt çıxacaq? - AÇIQLANDI 23:07 SOCAR Gürcüstan zavodunu bu ölkənin nefti ilə təmin edəcək - Rusiya nefti “dəbdən düşdü” 22:54 Tramp İrana son şans verdi: 4 avqusta qədər nə baş verəcək? 22:42 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 22:26 Füzulidə açıq ərazidə yanğın başladı - VİDEO 22:15 Zelenski Azərbaycan haqqında görün, nələr dedi 22:09 Zelenski Ukraynanın ABŞ-dəki səfirini vəzifəsindən azad etdi 21:51 Lənkəranda açıq ərazidə baş verən yanğın söndürüldü 20:12 Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı - Səbəb... 21:39 Bütün Xəbərlər