NATO-nun Ankara sammitində Çex rəhbərləri bir-birini "qırdı" – Ölkə adına rəzalət...

NATO-nun Ankara sammitində Çex rəhbərləri bir-birini "qırdı" –  Ölkə adına rəzalət...
09.07.2026 11:16

NATO tarixində olduqca maraqlı, eyni zamanda diqqətçəkən hadisə yaşandı. Şimali Atlantika Alyansının sammitinə Çexiyadan həm prezident, həm də baş nazir eyni vaxtda qatıldı.

Alyansa üzv olan digər ölkələr sammitdə tək bir liderlə təmsil olunduğu halda, Çexiya görüşə iki ayrı rəhbərlə qatılan yeganə dövlət oldu. Üstəlik, hər iki lider Ankaraya ayrı-ayrı dövlət təyyarələri ilə gəldi və sammit boyu bir-biri ilə ümumiyyətlə danışmadı.

Yaxşı, bəs eyni dövləti idarə edən bu iki şəxsi bir-birindən belə uzaq salan nədir?

Əlbəttə, təmsilçilik davası, səlahiyyət böhranı. Bu, Ankara sammitində bütün çılpaqlığı ilə ortaya çıxdı. Hər şey Babişin sammitdən əvvəl verdiyi bəyanatla başladı. Babiş Ankaradakı görüşlərdə ölkəni şəxsən özünün təmsil edəcəyini, heyətdə isə Müdafiə naziri Yaromir Zuna və Xarici İşlər naziri Petr Maçinkanın olacağını bildirdi. Rəsmi nümayəndə heyətində Prezident Petr Pavelə yer ayrılmadı.

Adının siyahıda olmadığını görən Pavel məsələni ölkənin Konstitusiya Məhkəməsinə şikayət etdi. Məhkəmə də bu müraciətə əsasən müvəqqəti bir qərar çıxararaq Pavelin NATO sammitinə getməsinə icazə verdi. Keçmiş general olan prezident məhkəmənin bu qərarından sonra bildirdi ki, NATO müttəfiqlərinin liderləri ilə birbaşa görüşmək və fikir mübadiləsi aparmaq onun konstitusiyadan irəli gələn vəzifəsidir. Elə buna görə də sammitə gəldi.

Davanın arxasında hüquqi və siyasi səbəblər var. Prezident Petr Pavel deyir ki, qanunla dövləti təmsil etmək səlahiyyəti məhz ondadır. Baş nazir isə iddia edir ki, xarici siyasəti hökumət aparır, ona görə də rəsmi heyətin rəhbəri o olmalıdır. Sirr deyil ki, ölkədə prezident NATO və Qərbin təhlükəsizlik xəttinə daha yaxın olduğu halda, baş nazirin tam fərqli prioritetləri var.

Babiş-Pavel gərginliyi NATO-nun ənənəvi "ailə fotosu"nda da dərhal hiss olundu. Pavel ilə Babiş foto çəkilən zaman yan-yana gəlməmək üçün tamamilə fərqli nöqtələrdə dayandılar.

Qiymət Mahir

XƏBƏR LENTİ
09 IYUL 2026
Sosial şəbəkədə məşhur olan arıçının arıları selin girovunda qaldı 12:09 YAP-ın Xaçmaz təşkilatının sədri saxlanılıb? - AÇIQLAMA 12:09 Britaniya “Zəngəzur” gəmisini sanksiya altından çıxardı - FOTO 11:50 Türk oğlu İsveçrənin taleyini yazdı 11:49 Avropa İttifaqının Mülki Missiyası Gədəbəy dağlarında nə axtarır? 11:38 NATO-dan çox gündəm Trampın tualeti oldu, yanından ayırmadılar 11:28 NATO-nun Ankara sammitində Çex rəhbərləri bir-birini "qırdı" – Ölkə adına rəzalət... 11:16 ABŞ-nin son hücumlarından sonra İranda itkilərin sayı açıqlandı 10:58 Avropa liderləri Ərdoğanın hədiyyəsini özləri ilə apara bilmədilər 10:56 Ərdoğandan NATO liderlərinə qeyri-adi hədiyyə 10:46 Qalibafdan Vaşinqtona sərt ultimatum: Bu zərbələrin cavabı qisas olacaq! 10:31 İran ABŞ-yə kömək edən ölkələri hədələdi 10:20 XİN rəhbəri TRIPP-lə bağlı prosesləri açıqladı 10:11 AQTA tənqidlərə cavab verdi: Yeni qərarın əsl məqsədi nədir? 10:06 XİN-in rəhbər heyəti Fəxri xiyabanı ziyarət etdi 10:05 ABŞ İranın "can damarı"nı vurdu: Gecə zərbələrindən sonra hərəkət məhdudlaşdırıldı 09:56 Birjalarda neft bumu: Qiymətlərdə kəskin artış büdcəyə necə təsir göstərəcək? 09:44 Xameneinin öldürüldüyü iqamətgahın görüntüləri ilk dəfə paylaşıldı - VİDEO 09:30 Ukrayna dronları Rusiyadakı neft anbarını hədəf aldı 09:08 ABŞ ordusu İranın 90 hərbi obyektini vurdu - VİDEO 08:45 Xameneinin cənazəsi Kərbəlaya aparıldı – İzdiham yaşandı 08:41 Azərbaycanda Diplomatiya Günüdür 08:35 ABŞ bazalarına raket hücumu: İran cavab əməliyyatı keçirdi - VİDEO 08:20 Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilər işıqsız qalacaq 23:05 Xəstəliklərdən qoruyan meyvələr bəlli oldu – Süfrənizdən əskik etməyin 22:53 Bütün Xəbərlər