NATO-dan çox gündəm Trampın tualeti oldu, yanından ayırmadılar

NATO-dan çox gündəm Trampın tualeti oldu, yanından ayırmadılar
09.07.2026 11:28

NATO sammiti üçün Türkiyəyə 1400 nəfərlik nəhəng bir heyətlə gələn ABŞ nümayəndə heyəti Çankayanın ən lüks otellərindən birində məskunlaşdı.

Təhlükəsizlik tədbirləri çərçivəsində ABŞ Prezidenti Donald Trampın qalacağı otel tamamilə bağlandı, burada ondan və komandasından başqa heç bir kənar şəxsin qalmasına icazə verilmədi. Ağ Ev rəhbəri özü isə otelin 190 kvadratmetrlik xüsusi prezident süitində yerləşdi.

Lakin bu yüksək səviyyəli səfərdə ən çox diqqət çəkən və maraq doğuran detal otelin dəbdəbəsi deyil, Trampın özü ilə birlikdə gətirdiyi şəxsi tualet sistemi oldu. Bir dünya liderinin öz bioloji tullantılarını belə yanında daşıması ilk baxışda qəribə görünsə də, əslində, bunun arxasında çox ciddi kəşfiyyat protokolları dayanır.

Dünya liderlərinin xarici səfərlər zamanı öz tualetlərini yanlarında aparmaları təhlükəsizlik, kəşfiyyatın qarşısının alınması və tibbi məlumatların qorunmasını hədəfləyən standart prosedurdur. Çünki insanın nəcis və sidik nümunələrindən onun DNT-si analiz edilə, genetik meylləri, gizli qalan xəstəlikləri və bütün sağlamlıq profili asanlıqla üzə çıxarıla bilər. Dövlət başçısı üçün bu cür məlumatların rəqiblərin əlinə keçməsi çox böyük zəiflik və strateji məğlubiyyətdir. Liderin DNT və tibbi sirlərinin aşkarlanması rəqib dövlətlərə siyasi şantaj etmək, ölkənin daxili siyasətini qarışdırmaq və ya ən pisi, həmin şəxsin genetik quruluşuna xüsusi uyğunlaşdırılmış bioloji sui-qəsd silahları hazırlamaq imkanı verir. Məhz bu qorxulu risklərə görə liderlərə aid bioloji atıqlar hər an nəzarətdə saxlanılır və tam təhlükəsiz şəkildə məhv edilir.

Digər tərəfdən, ümumi istifadəyə açıq tualetlər də həm bioloji, həm də fiziki sui-qəsd təhlükələrinə görə heç vaxt seçim olmur. Bu səbəbdən təkcə Tramp yox, dünyanın əksər güclü dövlət başçıları xarici ölkələrə gedərkən portativ tualet sistemlərini özləri ilə aparırlar.

Ən maraqlı isə budur ki, Trampın Ankarada istifadə etdiyi şəxsi tualet sistemindəki bioloji tullantılar yerli kanalizasiya şəbəkəsinə buraxılmadı. Əvvəlki ABŞ prezidentlərinin səfərlərində də ciddi şəkildə tətbiq edilən protokola əsasən, prezidentin bütün bioloji materialları xüsusi və təhlükəsiz şəkildə qablaşdırılaraq ABŞ-yə geri aparıldı. 

Qiymət Mahir

XƏBƏR LENTİ
09 IYUL 2026
Paşinyan AÇIQLADI: Konstitusiya ilə bağlı bütün təkliflər artıq müzakirə edilib 12:38 Sabahın havası açıqlandı: Neçə dərəcə isti olacaq? 12:32 Türk ordusu İran savaşında? - ABŞ bu dəfə işi bitirəcək 12:17 Daha bir ulduz "Qarabağ"dan ayrılır 12:17 Sosial şəbəkədə məşhur olan arıçının arıları selin girovunda qaldı 12:09 YAP-ın Xaçmaz təşkilatının sədri saxlanılıb? - AÇIQLAMA 12:09 Britaniya “Zəngəzur” gəmisini sanksiya altından çıxardı - FOTO 11:50 Türk oğlu İsveçrənin taleyini yazdı 11:49 Avropa İttifaqının Mülki Missiyası Gədəbəy dağlarında nə axtarır? 11:38 NATO-dan çox gündəm Trampın tualeti oldu, yanından ayırmadılar 11:28 NATO-nun Ankara sammitində Çex rəhbərləri bir-birini "qırdı" – Ölkə adına rəzalət... 11:16 ABŞ-nin son hücumlarından sonra İranda itkilərin sayı açıqlandı 10:58 Avropa liderləri Ərdoğanın hədiyyəsini özləri ilə apara bilmədilər 10:56 Ərdoğandan NATO liderlərinə qeyri-adi hədiyyə 10:46 Qalibafdan Vaşinqtona sərt ultimatum: Bu zərbələrin cavabı qisas olacaq! 10:31 İran ABŞ-yə kömək edən ölkələri hədələdi 10:20 XİN rəhbəri TRIPP-lə bağlı prosesləri açıqladı 10:11 AQTA tənqidlərə cavab verdi: Yeni qərarın əsl məqsədi nədir? 10:06 XİN-in rəhbər heyəti Fəxri xiyabanı ziyarət etdi 10:05 ABŞ İranın "can damarı"nı vurdu: Gecə zərbələrindən sonra hərəkət məhdudlaşdırıldı 09:56 Birjalarda neft bumu: Qiymətlərdə kəskin artış büdcəyə necə təsir göstərəcək? 09:44 Xameneinin öldürüldüyü iqamətgahın görüntüləri ilk dəfə paylaşıldı - VİDEO 09:30 Ukrayna dronları Rusiyadakı neft anbarını hədəf aldı 09:08 ABŞ ordusu İranın 90 hərbi obyektini vurdu - VİDEO 08:45 Xameneinin cənazəsi Kərbəlaya aparıldı – İzdiham yaşandı 08:41 Bütün Xəbərlər