Kreml Vensin Qafqaz səfərindən narahatdır? – Təhlil

Kreml Vensin Qafqaz səfərindən narahatdır? – Təhlil
11.02.2026 18:15

"Moskva Vensin İrəvan və Bakıya səfərlərində təhlükə görmür". 

Bunu  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın ABŞ-nin  digər ölkələrlə təmaslarından  narahatlıqları ilə bağlı suala cavab verərkən deyib. O, qeyd edib ki, bu dövlətlər digər dövlətlərlə qarşılıqlı əlaqədə olmaq hüququna malik suveren dövlətlərdir.  

Maraqlıdır, Kreml bu mövqedə səmimidir? 

Politoloq Tofiq Abbasov sözügedən məsələni TodayPress TV-yə  şərh edib. 


Onun sözlərinə görə,  bu proseslər beynəlxalq praktikada adi qarşılanan məsələlərdir. Hər bir dövlət suveren siyasət yürüdərkən özü münasibətlərini qurur, öz hədəflərini müəyyən edir və siyasi prioritetlərini önə çıxarır: 

"Təbii ki, bu ikitərəfli görüşlər, sonra zirvə toplantıları, sammitlər – hamısı xüsusi formatlarda, protokol qaydalarına uyğun işlənilir. Birinci şəxslər tapşırıqlar verir, işçi qruplar fəaliyyət göstərir. Məsələn, Azərbaycan-Amerika münasibətlərində işçi qrup yaradılmışdı. Hazırda isə strateji tərəfdaşlıq haqqında Xartiya imzalanıb, yəni münasibətləri tənzimləyəcək sənəd mövcuddur, buna həm də “yol xəritəsi” demək olar".

Analitik qeyd edib ki, prinsip etibarilə, Azərbaycanla Amerika Birləşmiş Ştatlarının münasibətləri yeni müstəviyə qədəm qoyur və bu münasibətlərin böyük perspektivi var. Burada Peskov haqlı olaraq bildirir ki, Azərbaycan suveren dövlətdir və suveren qərarını verir.

T.Abbasov vurğulayıb ki, ABŞ  Azərbaycanda daim təmsil olunub: 


"Digər tərəfdən, bəzi hallarda Rusiya və yerli mətbuatda deyilir ki, “Amerika Cənubi Qafqaza qayıdır”. Əslində Amerika Cənubi Qafqazdan heç vaxt çıxmayıb. Azərbaycanda Amerika investisiyaları işlək vəziyyətdədir və bundan sonra da qalacaq. 1994-cü ildə imzalanmış “Əsrin Kontraktı”nda Amerika şirkətləri geniş təmsil olunub. Bu prosesi ulu öndər Heydər Əliyev dəstəkləyərək Amerika şirkətlərinə əlverişli şərait yaratmışdı".

Analitik sonda əlavə edib ki, Rusiyada Vensin  Qafqaz səfəri tam  sakit qarşılanmır, çünki bu region ənənəvi olaraq Rusiyanın təsir dairəsində olub. Lakin geosiyasi reallıqlar dəyişib, dövlətlər öz hədəflərinə çatmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Buna normal yanaşmaq lazımdır. Peskovun fikri praqmatikdir, istehza ilə deyilmiş fikir deyil.  O, beynəlxalq münasibətlərdə geniş təcrübəyə, biliyə və bacarığa malikdir və fikrini məhz bu kontekstdə ifadə edib.   

Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens hazırda Bakıda rəsmi səfərdədir.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? 21:26 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Bütün Xəbərlər