İŞİD, Taliban və Qərbin maraqları: Pakistan niyə hədəfdədir?

İŞİD, Taliban və Qərbin maraqları: Pakistan niyə hədəfdədir?
24.02.2026 13:29 Təhlil

Son günlər Pakistanla Əfqanıstan arasında yenidən gərginlik yaşanır. Bildirilir ki, Pakistan silahlı qüvvələrinin İŞİD-in Əfqanıstandakı mövqelərinə endirdiyi hava zərbələri nəticəsində ən azı 80 terrorçu öldürülüb. 

Pakistan təyyarələri Əfqanıstanın Nəngərhar, Paktika və Xost əyalətlərində Fitnə əl-Xəvaric qrupuna məxsus yeddi yaraqlı düşərgəsini məhv edib.

Politoloq Azad Məsiyev Pakistanla Əfqanıstan arasında yaranan son gərginliyi TodayPress TV-yə şərh edib. 


O hesab edir ki, qlobal güc mərkəzləri uzun müddətdir Pakistan ətrafında gərginlik yaratmağa çalışırlar: 

“Müxtəlif dövrlərdə Pakistanı gah Hindistanla, gah İranla, indi isə Əfqanıstanla qarşıdurmaya sürükləmək cəhdləri olduğu iddia edilir. Məqsədin Pakistanı öz təsir dairələrində saxlamaq və regionda nəzarət olunan gərginlik ocaqları formalaşdırmaq olduğu düşünülür”.

Analitik xatırladıb ki, məhz ABŞ Əfqanıstanı işğal etdikdən sonra uzun illər Talibanla qarşıdurma yaşanıb:

“Daha sonra ABŞ ilə Taliban arasında razılaşma əldə olundu və ABŞ Əfqanıstanı tərk etdi. Bu prosesdən sonra bölgədə yeni təhlükəsizlik boşluğu yarandı. Ardınca İŞİD Əfqanıstanda fəallaşdı, düşərgələr qurdu və regionda sabitliyi pozmağa başladı”. 

QƏRB GÜC MƏRKƏZLƏRİNİN İŞİD-Ə DƏSTƏYİ 

"İddialara görə, İŞİD-in formalaşmasında və yayılmasında Qərb güc mərkəzlərinin rolu olub və bəzi fikirlərdə, xüsusilə Fransanın bu prosesdə fəallıq göstərdiyi vurğulanır. Bu fəaliyyətlərin region dövlətlərinə qarşı təxribatlara səbəb olduğu bildirilir . Ümumilikdə dünyada bir xaos mühiti yarandığı və bu xaos fonunda böyük güclərin öz siyasi maraqlarını həyata keçirdiyi düşüncəsi irəli sürülür”. 


PAKİSTAN MÜHÜM AKTOR KİMİ 

Analitik bildirib ki, Pakistanın strateji mövqeyi, hərbi gücü və nüvə dövləti olması onu mühüm aktora çevirir. Buna görə də Pakistan ətrafında müntəzəm gərginliklərin yaranması təsadüfi sayılmır. 

Pakistanın  Azərbaycan üçün qardaş dövlət olduğunu vurğulayan politoloq, son illərdə iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini də diqqətə çatdırıb: 

"44 günlük Vətən müharibəsi zamanı Pakistan Azərbaycana siyasi və mənəvi dəstək göstərmişdi. Bu səbəbdən Pakistan ətrafında baş verən hadisələr Azərbaycanda da narahatlıqla izlənilir". 


MƏQSƏD 

A.Məsiyev sonda əlavə  edib ki, Pakistanı müxtəlif qarşıdurmalara cəlb etməklə onu zəiflətmək və təsir dairəsinə salmaq istəyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər. Pakistan kifayət qədər hərbi gücə malikdir və rəsmi İslamabad hər hansı xoşagəlməz siyasətə adekvat cavab vermək imkanına sahibdir.

Ekspert hesab edir ki,  Orta Asiya və ətraf regionda baş verən hadisələr də qlobal güclər arasındakı rəqabətin və geosiyasi təxribatların tərkib hissəsi kimi qiymətləndirilir. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Bütün Xəbərlər