"Səfəvilər nə vaxtdan FARS olub?!" - Hər şeyi öz adı ilə çağıraq

"Səfəvilər nə vaxtdan FARS olub?!" - Hər şeyi öz adı ilə çağıraq
14.05.2026 16:24 Təhlil

Türkiyə Milli Təhsil Nazirliyinin açıqlamasına görə, dərsliklərdə bəzi tarixi və coğrafi anlayışların dəyişdirilməsi qərara alınıb. Yeni proqramda “Orta Asiya” əvəzinə “Türkistan”, “Ege dənizi” əvəzinə “Adalar dənizi” ifadəsi işlədiləcək. “Səlib yürüşləri” anlayışı “Xaçlı hücumları” kimi təqdim olunacaq, “coğrafi kəşflər” isə “müstəmləkəçiliyin başlanğıcı” kimi izah ediləcək.

Bu dəyişikliklərin milli və tarixi baxışın gücləndirilməsi məqsədi daşıdığı bildirilir. Maraqlıdır, bəs Azərbaycanda dəyişilməli olacaq terminlər varmı? 

Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki,  bu məsələyə yanaşmada, xüsusilə tarix kitablarında və bəzi tarixə dair əsərlərdə istifadə olunan terminologiyaya diqqət yetirilməlidir:


"Məsələn, Rusiyanın Cənubi Qafqaza və Azərbaycana gəlişi ilə bağlı bəzi mənbələrdə “gəliş” və ya buna bənzər ifadələr işlədilir. Lakin bu hadisələrin xarakterini nəzərə alaraq, bir çox hallarda “işğal” kimi daha dəqiq və hadisənin mahiyyətini əks etdirən ifadələrin işlədilməsi lazım olduğu fikrindəyəm. Yəni Rusiyanın Cənubi Qafqazı və Azərbaycanın müəyyən ərazilərini işğal etməsi kimi terminologiyanın daha uyğun ola biləcəyini düşünürəm".

Analitik qeyd edib ki, hadisələrin mahiyyətini ört-basdır edən ümumi ifadələr yığışdırılmalıdır:

"Digər bir məsələ isə “erməni məsələsi” ifadəsinin işlədilməsidir. Fikrimcə, bu termin ümumi və qeyri-dəqiq səslənir. Bunun əvəzinə daha konkret ifadələrdən, məsələn, “erməni separatizmi”, “Azərbaycanda erməni separatçı fəaliyyəti” və ya “etnik təmizləmə siyasəti” kimi daha dəqiq terminlərdən istifadə olunması daha məqsədəuyğun ola bilər. Çünki bu hadisələrin mahiyyətini daha aydın şəkildə ifadə edən məhz bu cür anlayışlardır".

Mübariz Göyüşlü həmçinin tarixi obyektivliyin bərpası üçün zəruri olan məqamı vurğulayıb:

"Səfəvilər dövləti ilə bağlı  qeyd etmək istərdim ki, tarixçi olmasam da, oxuduqlarım və qarşılaşdığım mənbələr əsasında belə bir fikir formalaşıb ki, bu dövlətin daha çox türk dövlətçilik ənənələri kontekstində təqdim olunması daha doğru yanaşma ola bilər. Bəzi hallarda fars təsirinin və ya məzhəb amilinin həddindən artıq ön plana çıxarıldığını müşahidə edirik. Bu baxımdan, həmin məsələlərə daha balanslı və obyektiv yanaşmanın vacib olduğunu düşünürəm". 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər