Ermənistan hakimiyyəti mina xəritələrini Azərbaycana verməlidir – RƏY

Ermənistan hakimiyyəti mina xəritələrini Azərbaycana verməlidir –  RƏY
21.02.2026 20:43 Təhlil

“Ermənistan hakimiyyəti mina xəritələrini ya Azərbaycana tam təqdim etməli, ya da onların mövcud komandanın əlində olmadığını əsaslandırmalıdır”.

Politoloq Aydın Quliyev bunu TodayPress TV-yə danışarkən bildirib.


Analitik vurğulayıb ki, Ermənistanla Azərbaycan arasındakı sülh prosesi artıq xeyli dərəcədə dönməz xarakter alıb. Xüsusilə Ermənistanın Baş naziri Nikol Paşinyanın bu istiqamətdə siyasi iradəsi açıq şəkildə müşahidə olunur. Ekspertin sözlərinə görə, sülh prosesini məntiqi sonluğa çatdırmaq niyyəti realdırsa, həll olunmamış heç bir məsələ qalmamalıdır və mina xəritələrinin təqdim edilməsi də bu kontekstdə aktuallaşır.


“Ermənistanın hazırkı şəraitdə Azərbaycanın ərazilərindəki minalanmış sahələrin xəritəsini verməməsi üçün əsas yoxdur və böyük ehtimalla hakimiyyətin aparıcı şəxsləri bu xəritələri təqdim etmək niyyətindədirlər. Lakin mümkündür ki, indiki hakimiyyət nümayəndələri həmin xəritələr barədə tam məlumatlı olmasınlar”, - deyə siyasi şərhçi izah edib.

A. Quliyevin sözlərinə görə, minalanmış ərazilərin xəritələri əsasən əvvəlki hakimiyyət dövründə, xüsusilə Robert Köçəryan və Serj Sarkisyanın rəhbərliyi zamanı hazırlanıb. O bildirib ki, həmin sənədlər tam şəkildə mövcud hakimiyyətin əlində olmaya bilər ki, bu da prosesdə müəyyən çətinlik yaradacaq.


Politoloq xatırladıb ki, Azərbaycan səmimi sülh prosesinin tərkib hissəsi kimi mina xəritələrinin təqdim olunmasına xüsusi önəm verir və bu məsələdə alternativ qəbul etmir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Yenidən formalaşdırılan Ermənistan hökümətinin tərkibi - TƏCİLİ 17:19 Aİ təcili toplanır - İspaniya qanunsuz miqrantlardan təmizlənə bilmir 17:11 Xırdalanda ər və arvad arasında insident olub - KİŞİ ÖLÜB 17:02 Magistraturaya qəbul olunanlar üçün qeydiyyat elektronlaşdırılır 16:44 Zelenski, Paşinyan və Tokayevin qadın liderə verdiyi hədiyyə maraq doğurdu 16:42 Konfrans Liqası: “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibi məlum oldu 16:28 Taliban Moldova ilə öz təcrübəsini bölüşəcək 16:27 Bakıda BƏƏ-nin Hərbi Attaşeliyi açıldı 16:10 İran husilərdən imtina edir? - Tehrandan şok açıqlama 16:08 Ötən ay 8012,7 hektar ərazi minalardan təmizlənib 15:48 XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub 15:53 Ankaranın dənizdəki kozırı - Səssiz, amma ölümcül güc 15:48 SOCAR AÇG layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını aldı 15:41 "Sabah"ın UEFA Avropa Liqasında potensial rəqibləri müəyyənləşdi 15:22 Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçildi 15:15 Zelenski Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etmək niyyətindədir 15:05 “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi yaradılacaq 14:37 İsraildə təcili səfərbərlik - 240 min hərbçi geri çağırıldı 14:37 Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi 14:30 ÇL: “Sabah”ın potensial rəqibi bəlli oldu - YENİLƏNDİ 14:11 Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək 14:06 Enerji effektivliyi haqqında qanuna dəyişikliklər təsdiqləndi 13:56 İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqlədi 13:38 Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımını nəzərdə tutan Protokol təsdiqləndi 13:18 Vəzifəli şəxslər həbs olundu 13:15 Bütün Xəbərlər