Hindistan seçim qarşısında: “Trampın əlavə tariflərindən azad olmaq istəyirlərsə...” – Sabiq səfir DANIŞDI

Hindistan seçim qarşısında: “Trampın əlavə tariflərindən azad olmaq istəyirlərsə...” – Sabiq səfir DANIŞDI
11.08.2025 13:08

“ABŞ Prezidenti Donald Tramp Hindistana qarşı 25 faiz həcmində tariflər tətbiq etməklə Rusiyaya iqtisadi təzyiq göstərməyə çalışır”.

ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, enerji diplomatiyası və Cənubi Qafqaz üzrə ixtisaslaşan tanınmış ekspert Metyu Brayza bunu TodayPress TV-yə danışarkən deyib.  

Onun sözlərinə görə, Tramp Hindistanın Rusiyadan xam neft idxal etməsinə görə bu ölkəyə qarşı əlavə tariflər tətbiq etməkdə israrlı görünür. Bununla belə, həmin qərarın reallaşıb-reallaşmayacağı hələ də qeyri-müəyyən olaraq qalır.

“Vəziyyətin necə inkişaf edəcəyi avqustun 15-də keçirilməsi planlaşdırılan danışıqlardan asılı olacaq. Həmin danışıqlarda Ağ Ev rəhbəri Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski iştirak edəcək. Ola bilsin ki, Tramp Hindistana qarşı tarif təzyiqi ilə Rusiyaya dolayı yolla təsir göstərmək istəyir. Bu, Putinin Ukraynada müharibə aparmaq və onu maliyyələşdirmək imkanlarını zəiflədə bilər”.

Ekspertin fikrincə, əgər danışıqlar müsbət nəticə versə, Tramp Hindistana qarşı tarif qərarından imtina edə bilər. Lakin bu ehtimal olduqca azdır. Onun sözlərinə görə, hazırda bu məsələdə çoxlu qeyri-müəyyənliklər var. Bununla belə, Trampın planlaşdırdığı bu addımın qlobal iqtisadiyyata təsirinin məhdud olacağı ehtimal edilir.

O diqqətə çatdırıb ki, nəzərdə tutulan sanksiyalar yalnız Hindistanda Rusiya mənşəli xam neftdən istifadə edən emal zavodlarına şamil olunacaq:

“Bu müəssisələr nefti alternativ bazarlardan almağı seçə bilərlər. Əgər belə olarsa, bu, neftin qiymətində cüzi artıma səbəb ola bilər”.

Sabiq səfir həmçinin xatırladıb ki, ABŞ daha əvvəllər ölkələri G7 tərəfindən müəyyən edilmiş qiymət həddindən aşağı olmaq şərti ilə Rusiyadan neft almağa təşviq edirdi.

“Lakin Hindistan bu nefti həmin qiymət həddindən yuxarı alır. Bu da Rusiya iqtisadiyyatına birbaşa dəstək verməklə, Putinin Ukraynadakı müharibəni maliyyələşdirməsinə şərait yaradır”, - deyə M.Brayza fikrini yekunlaşdırıb.

Qeyd edək ki, avqustun 6-da ABŞ Prezidenti Donald Tramp Hindistana qarşı əlavə 25 faizlik tariflərin tətbiqi ilə bağlı fərman imzalayıb. Tariflər 21 gün sonra qüvvəyə minəcək.

Töhfə Səməd

XƏBƏR LENTİ
31 IYUL 2026
Sbah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Bütün Xəbərlər