Ekspert: “Rusiya NATO-nu gərginlikdə saxlamağa çalışır”

Ekspert: “Rusiya NATO-nu gərginlikdə saxlamağa çalışır”
16.09.2025 16:16

Son zamanlar Rusiya–Ukrayna müharibəsində Rusiyanın hücumları intensivləşib. 

Bu hücumlarda əsas yeri artıq köhnə konvensional silah sistemləri yerinə PUA-lar təşkil edir. Son aylarda edilən müşahidələr göstərir ki, Ukrayna tərəfindən edilən PUA hücumları azalmaqla yanaşı, Rusiyanın hücumları da artan templə davam edir.


Maraqlıdır, son aylarda ABŞ-nin müharibəyə məsafəli davranması, Avropa ölkələri tərəfindən hərbi yardımların azalması nəticəsində Ukrayna hərbi sənayesində zəifləmə müşahidə edilir?

Sanksiyalara baxmayaraq, Rusiya öz hərbi sənayesini necə ayaqda saxlayır və inkişaf etdirə bilir? 

Sənaye texnologiyalarını və komponentləri necə əldə edir, o cümlədən daxili istehsalatda hansı dəyişikliklər baş verir?


Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, hərbi ekspert Ədalət Verdiyev məsələni TodayPress TV-yə şərh edərkən bildirib ki, hazırkı vəziyyətdə Ukraynanın hərbi potensialının azalmasından daha çox, Avropa və NATO ölkələrindən gələn yardımların zəifləməsindən danışmaq olar.


“Ukraynaya verilən yardımlar kifayət qədər azalıb”

Ekspertin sözlərinə görə, son zamanlar Rusiya NATO-nun şərq qanadında yerləşən bəzi ölkələri, xüsusilə də Polşa və Rumıniyanı dron hücumları ilə təhdid etməyə başlayıb. Bundan əvvəl isə Rusiya təyyarələrinin bəzi ölkələrin sərhədləri yaxınlığında uçuşları müşahidə olunurdu. Bu, Avropa və NATO ölkələrini hazırda əsas diqqəti öz ərazilərinin müdafiəsinə yönəltməyə məcbur edir və nəticədə Ukraynaya verilən yardımlar kifayət qədər azalıb.


O, həmçinin xatırladıb ki, ABŞ birbaşa yardımlardan demək olar ki, çəkilib və yalnız bu yardımları Avropanın ödəyəcəyi məbləğ qarşılığında həyata keçirməyə razı olduğunu bəyan edib.

“Belə olan halda isə Rusiyanın hücumlarının güclənməsi gözlənilən idi”, – deyə hərbi ekspert qeyd edib.

Onun sözlərinə görə, Rusiya zirehli vasitələrdə, artilleriyada və pilotlu aviasiya vasitələrində kifayət qədər ciddi itkilərə məruz qalsa da, İranın əldə etdiyi “Şahid” pilotsuz uçuş aparatlarının texnologiyasını mənimsəyib. Hazırda Rusiya öz ərazisində hər gün, orta hesabla, yüzdən çox pilotsuz vasitə istehsal edir və həmin vasitələr Rusiyanın silahlanmasında mövcud olan məhdudiyyətləri əvəz edə bilir.


“Rusiyanın istehsal etdiyi bir çox silahların hissələri və detalları, o cümlədən sensorları Çindən gətirilir”

Analitik əlavə edib ki, Rusiyanın istehsal etdiyi bir çox silahların, xüsusilə də “Şahid” PUAlarının ehtiyat hissələri və detalları, o cümlədən sensorları Çindən gətirilir. Çinin yardımları sayəsində Moskva bu gün öz müdafiə sənayesi kompleksində yaranan problemləri – xüsusilə də sanksiyalar səbəbindən əldə edə bilmədiyi ehtiyat hissələrini daha ucuz qiymətə ala bilir.

Ekspert bildirir ki, bu imkanların hesabına Rusiya Ukraynanın dərinliklərinə zərbələr endirmək gücünü qoruyur. 


“Demək olar ki, bu gün Ukraynada 18 yaşayış məntəqəsi boşaldılıb, təxminən 3-4 kənd isə dünənə olan məlumata görə Rusiyanın nəzarətinə keçib. Zaporojye–Pokrovsk və Dneprovski istiqamətində Rusiyanın aktivləşməsi müşahidə olunur. Həmin ərazilərdə müdafiə olunan ordu korpuslarının komandanları isə iki gün əvvəl vəzifədən azad ediliblər”, - o bildirib.

Ekspertin fikrincə, bütün bunlar yaxın perspektivdə Avropa və NATO ölkələrinin Ukraynaya yardımlarının daha da zəifləyəcəyini, Rusiyanın isə aqressiv fəaliyyətini gücləndirəcəyini göstərir.

“Rusiyanın hazırkı əsas məqsədi Avropa və NATO-nu gərginlikdə saxlamaq, eyni zamanda Ukrayna cəbhəsini genişləndirməklə Ukrayna qoşunlarının sıxlığını azaltmaqdan ibarətdir”, – deyə Ədalət Verdiyev fikrini yekunlaşdırıb.

Nicat Osman

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Rusiya dağılır - Xalq Putindən əl çəkmir - SORĞU 12:30 Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi 12:20 İranın ABŞ ilə Cenevrədəki görüşü təxirə salındı 12:12 NATO Ankaraya yığışır - Türkiyədən baxdıqda Rusiyanın alovları görünür 12:09 Qafqaz qarışır - İran Ermənistanda Amerikaya hücum edəcək - Paşinyan müharibə anonsu verdi 12:00 Ukrayna Rusiyaya yenidən zərbələr endirməyə başladı - VİDEO 11:51 Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olundu 11:47 Sərnişinlərin DİQQƏTİNƏ: Yeni keçid stansiyası ilə bağlı vacib məlumat 11:44 ŞAD XƏBƏR GƏLDİ: Hərbçilərin maaşı artırılacaq 11:36 Sərinləmək istəyi faciə ilə bitdi: Fövqəladə Hallar tükürpədən statistika açıqladı 11:38 Pensiyaçılara şad xəbər: təqaüdlərin artmasına səbəb yarandı, gözlər hökümətdə 10:10 Rusiya islamın müdafiəsinə qalxdı - Onlara qarşı fobiyası olanları hədələdi 11:15 Milli Məclisin iclası başladı - Gündəmdə hansı mövzular var? 11:09 Ərdoğan bir addımı ilə Rusiya və NATO-nu asılı vəziyyətə saldı 11:04 DİQQƏT! Rezidenturaya qəbulun tarixi açıqlandı 10:50 Dünya çempionatında ağır zədə: iki ayaq sümüyü sınan futbolçu mundialla vidalaşdı 10:38 Ermənistanda bütün vətəndaşlar pulsuz tibbi xidmət alacaq 10:30 Paşinyan yolun sonuna gəldi, müxalifət birləşib onu devirəcək 10:25 Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər - Fantastik məbləğ... 10:14 Azərbaycan nefti son günlərin ən aşağı həddinə düşdü 10:04 Sülh imzalanıb, bombardıman isə davam edir 09:54 DÇ-2026: Ev sahibi Avstraliyaya qarşı 09:47 Qiymətli metallar bazarında növbəti dəyişiklik - Gümüşün qiyməti... 09:43 Qaz sektorunda dalğalanma davam edir 09:20 Fyuçerslər oynayır - neft yenidən ucuzlaşdı 09:11 Bütün Xəbərlər