Qafqaz Rusiyadan qurtulmaq üzrə - Dərhal Azərbaycan, Ermənistan və Türkiyə birliyi qurulacaq

Qafqaz Rusiyadan qurtulmaq üzrə - Dərhal Azərbaycan, Ermənistan və Türkiyə birliyi qurulacaq
25.05.2026 11:46 Təhlil

Ermənistan hökuməti Rusiyanın iştirakı olmadan Gümrü–Axurik–Akyaka (Qars istiqaməti) dəmir yolu xəttini və Erasx (Yerasx) qovşağını bərpa etməyə başlayacaq.

TodayPress TV  xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 24-də   Şirak bölgəsində çıxışı zamanı deyib.

Türkiyə tərəfində işlərin artıq başladığı da qeyd olunub. 

Paşinyanın sözlərinə görə, Ermənistan hökuməti lazım olan vəsaiti özü ayıracaq və xətt yenidən istifadəyə veriləcək.

Sözügedən Qars–Gümrü–Tiflis dəmir yolu hələ 1899-cu ildə tikilib və uzun illər Türkiyə ilə SSRİ arasında əsas dəmir yolu əlaqəsi olub. Qarabağ müharibəsindən sonra, 1993-cü ildən bu xətt bağlı qalıb. Erasx istiqaməti isə Ermənistanın Naxçıvan, Azərbaycan və Türkiyə ilə mümkün əlaqələri baxımından strateji əhəmiyyət daşıyır.  

Burda əsas məsələ odur ki, Ermənistan bu prosesi Rusiyadan kənar şəkildə həyata keçirməyə çalışır.  Çünki ölkənin dəmir yolları 2008-ci ildən Rusiya Dəmir Yollarının idarəçiliyindədir.  Paşinyan bir müddətdir Moskvanı sərhəd hissələrinin bərpasında maraqlı olmamaqda ittiham edir. İndi isə hökumət layihəni öz hesabına həyata keçirməklə həm regional layihələrə qoşulmaq, həm də Rusiyadan asılılığı azaltmaq istədiyini göstərir.  

Əgər layihə reallaşsa, Ermənistan üçün yeni ticarət və tranzit imkanları yarana bilər. Türkiyə ilə münasibətlərin normallaşması və regionda yeni nəqliyyat marşrutlarının açılması baxımından da bu addım diqqət çəkir.

Amma məsələ təkcə texniki işlərlə bitmir. Rusiya ilə münasibətlərdə gərginlik artacaq. Nəzərə alaq ki, Rusiya artıq Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxarılması ilə bağlı xüsusi layihə hazırlayıb və onu dövriyyəyə buraxıb.

Bununla belə, bu addım daha böyük və tarixi bir prosesin başlanğıcı ola bilər: Cənubi Qafqaz artıq Rusiyanın təsirindən tamamilə qurtulmaq astanasındadır. Əgər İrəvan və Bakı bu tarixi fürsətdən istifadə edib siyasi razılığa gələ bilsələr, regionda tamamilə yeni bir geosiyasi reallıq yaranacaq. Moskvanın bölgədəki "parçala və hökm sür" siyasətinə son qoyaraq, dərhal regional təhlükəsizlik və iqtisadiyyat üzərində qurulmuş üçtərəfli — Azərbaycan, Ermənistan və Türkiyə birliyi (ittifaqı) formalaşa bilər. Bu ittifaq Qafqazın taleyini kənar güclərin deyil, məhz regionun öz dövlətlərinin təyin edəcəyi yeni bir dövrün qapısını açır.

Digər tərəfdən, Erasx istiqamətinin açılması üçün Azərbaycanla siyasi razılaşma və qarşılıqlı etimad lazımdır. Bu olmadan layihənin tam işlək vəziyyətə gəlməsi mümkün deyil. 

Paşinyanın son açıqlamaları da göstərir ki, İrəvan artıq bu məsələdə yalnız bəyanat verməklə kifayətlənmək istəmir və praktik addımlar atacaq. Paşinyan eyni zamanda daxili siyasi çəkişmələrlə də qarşı-qarşıyadır. Parlament seçkilərinə sayılı günlər qalıb. Revanşist qüvvələrin Rusiya tərəfindən dəstəyi bu qatar yolunun bərpası məsələsində daha da arta bilər. Rusiya- Ermənistan çənbəri günü-gündən daralır. 

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Bütün Xəbərlər