"Bibi"dən sonra Bakı Tel-Əviv ilə necə dolanacaq?

"Bibi"dən sonra Bakı  Tel-Əviv ilə necə dolanacaq?
21.07.2026 12:54

İsrail və Azərbaycan arasındakı strateji tərəfdaşlıq illərdir hərbi, texnoloji və enerji sahələrində dərin əməkdaşlığa söykənir. Benyamin Netanyahunun İsrail siyasətindəki dominant rolundan sonra başlayacaq yeni dövrün bu münasibətlərə necə təsir göstərəcəyi həm Bakı, həm də Tel-Əviv üçün mühüm məsələdir.

Bəs post-Netanyahu dövründə İsrail-Azərbaycan münasibətləri necə olacaq?

Mövzu ilə bağlı beynəlxalq münasibətlər üzrə ekspert, politoloq Əli Mustafa TodayPress TV-yə danışıb. 

Onun fikrincə, Netanyahudan sonrakı dövrdə Azərbaycan-İsrail münasibətləri normal məcrada davam edəcək. 

"Əvvəla, bizim strateji tərəfdaşlığımız, mehriban və dostluq münasibətlərimiz var. Enerji və texnologiya sahələrində əməkdaşlıq edirik. Bu münasibətlərə, əslində, tərəflərin hər zaman ehtiyacı olacaq — bu gün də, sabah da", – deyə o bildirib.

Analitik qeyd edib ki, hazırda regional və qlobal miqyasda çox ciddi proseslər gedir:

"Yaxın Şərqdə geostrateji və geosiyasi proseslər sürətlə inkişaf edir. Sabah bölgədə nələrin baş verəcəyini, hansı dövlətlərin hansı vəziyyətlə üzləşəcəyini proqnozlaşdırmaq çox çətindir. Hazırda ABŞ-İran qarşıdurması birbaşa Körfəz ölkələrini, dolayısı ilə isə region dövlətlərini təhdid edir. Bundan əlavə, yeni münaqişələrin və qarşıdurmaların yaranması riski də mövcuddur."

Politoloq vurğulayıb ki, bütün hallarda Azərbaycan və İsrail dövlətləri mövcud olacaq və iki ölkə arasında əməkdaşlıq davam edəcək.

Əli Mustafa əlavə edib ki, bölgənin digər dövlətləri ilə münasibətlər də bu baxımdan mühüm əhəmiyyət daşıyır, xüsusilə Türkiyə ilə əlaqələr.

"Türkiyə-Azərbaycan və Türkiyə-İsrail münasibətləri də çox önəmlidir. Hər halda, ümid edirəm ki, post-Netanyahu dövründə bu üç dövlət arasında münasibətlər daha anlaşıqlı və daha uyumlu olacaq", - analitik fikrini sonlandırıb. 

Jalə Rövşən 

FOTOLAR

"Bibi"dən sonra Bakı  Tel-Əviv ilə necə dolanacaq?  — 1
XƏBƏR LENTİ
21 IYUL 2026
Başçısız qalan icra hakimiyyətləri - SİYAHI 17:46 Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar 17:38 Paşinyan nə qədər və hara qədər qaça biləcək? - AÇIQLAMA 17:11 Azərbaycan və Almaniya dövlət qurumları arasında müntəzəm məsləhətləşmələrin aparılması razılaşdırılıb 17:35 Kəndimizdə məhsul yerlə birdir, meyvə qurusunu isə xaricdən daşıyırıq... 17:10 İlham Əliyev: Almaniya ilə imzalanmış sənədlərin ən qısa zamanda icrası üçün işçi qrupları yaradılacaq 17:33 Azərbaycan və Almaniya davamlı su ehtiyatlarının idarə olunması üzrə əməkdaşlığı artıracaq 17:31 Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalandı 17:26 İlham Əliyev: Azərbaycandan təchiz edilən benzin və dizel Ermənistanın enerji təhlükəsizliyinə töhfədir 17:27 Sabah çimərlikdə hava necə olacaq? 17:13 İranda qadınlara motosiklet sürməyə icazə verildi 17:03 Gədəbəy Almaniyanı Azərbaycanla necə birləşdirir? 16:48 Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalandı - YENİLƏNDİ 15:49 Ermənipərəst Fransa kontekstində dost Almaniya necə görünür? 16:42 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Hikmət Hacıyev Tural Sadıqlını biabır etdi : Vətənə xəyanət edən insanlara yazığım gəlir - VİDEO 16:31 Türkiyə S-400-ü Azərbaycana sata bilər? - General 16:23 İlham Əliyev Fridrix Mertsi Azərbaycana səfərə dəvət etdi 16:21 Merts: Bakı və Berlin arasında münasibətlər dinamik şəkildə inkişaf edir 16:18 Özgür Özəl CHP-dən getdi, yeni partiya qurur 16:14 Prezident mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxundu 16:09 Trampdan sonra TRIPP-in taleyi necə olacaq? - AÇIQLAMA 16:02 Almaniya - Rusiya cəbhəsində sürpriz güc: Berlin Bakıdan dəstək alacaq 15:52 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu 15:47 Bu qədər savaş, itki və ... — İran niyə həll yolunu ancaq gücdə görür? — AÇIQLAMA 15:40 Bütün Xəbərlər