Ukraynanın NATO xətti çökmək üzrədir: "Moskvanın şərtləri masadadır"

Ukraynanın NATO xətti çökmək üzrədir: "Moskvanın şərtləri masadadır"
02.12.2025 16:09 Təhlil

CNN yazır ki, ABŞ–Rusiya arasında mümkün razılaşmalar Ukraynanın NATO yolunu faktiki olaraq bağlaya bilər. Formal imtina tələb olunmasa da, Moskvanın ala biləcəyi zəmanətlər Kiyevin alyansa qoşulmasını uzun müddət mümkünsüz edə bilər. Floridadakı ABŞ–Ukrayna danışıqlarında müəyyən irəliləyiş əldə olunub, Trampın nümayəndəsi Stiv Vitkoff isə prosesin davamı üçün Moskvaya gedəcək. 


Bəs ABŞ–Rusiya razılaşması Ukraynanın NATO perspektivini faktiki olaraq dondura bilərmi?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan  politoloq Azad Məsiyev bildirib ki, Ukraynanın NATO-ya yaxınlaşması münaqişəyə əsas səbəb idi: 


"Rusiya–Ukrayna münaqişəsinin yaranma səbəblərindən biri kimi Rusiyanın NATO-nun sərhədlərinə doğru genişlənməsini təhlükə hesab etməsi göstərilir. Məlumdur ki, 2014-cü ildə Ukraynada baş verən proseslər Qərbin siyasi təsirinin güclənməsi ilə nəticələndi. Həmin siyasi dəyişikliklərdən sonra hakimiyyətə gələn komanda Ukraynanın Rusiya əleyhinə alətə çevrilməsinə şərait yaratdı və ölkənin NATO-ya inteqrasiyası məsələsi gündəmə gətirildi".

Onun sözlərinə görə, NATO zəmanətləri verilmədiyi üçün Rusiya müharibəyə başladı:


"Rusiya prezidenti Vladimir Putin dəfələrlə bəyan etmişdi ki, NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi Moskva üçün birbaşa təhlükədir. Müharibə başlamazdan əvvəl Rusiya ABŞ rəhbərliyinə məktubla müraciət edərək NATO-nun genişlənməsi ilə bağlı qarantiyalar tələb etmişdi. Lakin nə ABŞ, nə də NATO rəhbərliyinin cavabı Rusiyanı qane etmədi və Alyansın genişlənməni davam etdirəcəyi açıq şəkildə bildirildi. Bu vəziyyət nəticə etibarilə münaqişənin başlanmasına gətirib çıxardı".

Ekspert vurğulayıb ki, Rusiya üçün münaqişənin həll yolu Ukraynanın NATO-dan kənarda qalmasından keçir: 

"Bu gün münaqişənin həlli üçün ilk növbədə onun yaranma səbəbləri aradan qaldırılmalıdır. Bu səbəblərdən biri də Ukraynanın NATO-ya daxil olmasının qarşısının alınması məsələsidir. Artıq Rusiya münaqişənin həllini beynəlxalq hüquq və Ukrayna Konstitusiyası çərçivəsində deyil, müharibənin ortaya çıxardığı reallıqlar əsasında görür. Rusiya hazırda Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət edir və hərbi baxımdan irəliləyişi davam etdirir".

Analitik qeyd edib ki, Moskva yalnız öz şərtlərini üstün sayır: 


"Münaqişədə ABŞ və NATO Ukraynaya geniş hərbi-siyasi dəstək göstərsə də, real vəziyyət Rusiyanın üstünlüyünü göstərir. Danışıqlar prosesində də Moskvanın mövqeyi güclüdür və Rusiya qələbəsini siyasi müstəviyə daşımağa çalışır. Alyaskada ABŞ və Rusiya prezidentləri arasında keçirilən görüşlərdə Moskva öz şərtlərini açıq şəkildə ortaya qoydu. Rusiya həm hərbi, həm də siyasi planda üstün tərəf kimi danışıqlara diktə edən mövqedən çıxış edir. Moskvaya görə, onun şərtləri qəbul olunmadan münaqişənin dayanması real deyil".

Azad Məsiyev hesab edir ki, Avropa İttifaqının da Ukraynaya dəstəyi əvvəlki səviyyədə deyil. Müharibənin nəticələrinin Ukrayna üçün daha ağır olacağı reallaşır. Onun sözlərinə görə, Rusiya nəzarət etdiyi əraziləri artıq faktiki olaraq özünün sayır və danışıqlarda da bu mövqedən çıxış edir.

Politoloq Rusiya üçün əsas tələbin Ukraynanın neytral statusda qalması və NATO-dan uzaq durması olduğunu diqqətə çatdırıb:


"Rusiyanın əsas tələblərindən biri Ukraynanın NATO-ya qəbul edilməməsidir. Bu tələbin Ukrayna Konstitusiyasında əks olunması və ölkənin neytral status götürməsi Moskvanın əsas şərtlərindən sayılır. Rusiya təhlükəsizliyinə zəmanət verilməsini istəyir və bu zəmanət yalnız neytral Ukrayna modelində mümkündür. Təəssüf ki, illər ərzində Ukrayna rəhbərliyi bu reallığı doğru qiymətləndirmədi. Ukrayna Prezidenti Volodimir Zelenski dövlətçilik təcrübəsi olmayan bir fiqur idi və Qərbin siyasi layihəsinə çevrilərək Ukraynanı ağır nəticələrə gətirib çıxardı. Zelenski Qərbin geosiyasi planlarının tərkib hissəsinə çevrilərək ölkəni Rusiyaya qarşı cəbhənin ön xəttinə sürüklədi".

Analitik bildirib ki, NATO Rusiyanı rəqib gördüyü üçün ona yaxın genişlənir:

"Sual yaranır: NATO niyə Afrikada və ya Latın Amerikasında genişlənmir, məhz Rusiyanın ətrafında cəmləşir? Çünki ABŞ başda olmaqla NATO bloku Rusiyanı əsas geosiyasi rəqib və təhlükə kimi görür. Rusiyanı zəiflətmək, iqtisadi və hərbi gücünü sarsıtmaq, hətta ölkəni parçalamaq kimi strateji planlar uzun müddətdir müzakirə olunur. Lakin Rusiya bu ssenarilərə qarşı duruş gətirdi və Ukrayna müharibəsi ilə Qərbə mesaj verdi ki, milli təhlükəsizliyini təhdid edən addımlara barışmaz mövqelə cavab verəcək".


Politoloq sonda əlavə edib ki, nəticə olaraq, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması Moskva üçün qəbulolunmaz təhlükə kimi qaldığından Ukraynanın Alyansa üzvlüyü real görünmür. Ümumilikdə Rusiyanın şərtləri Ukraynanın neytral dövlət kimi Konstitusiyada təsbit olunmasını, NATO-ya üzvlüyün rədd edilməsini və Moskvanın təhlükəsizlik zəmanəti almasını ehtiva edir.

Bu reallıqlar fonunda Rusiya–Ukrayna münaqişəsinin faktiki olaraq Rusiyanın üstünlüyü ilə nəticələndiyi görünür. Mövcud danışıqlar da Rusiyanın diktə etdiyi şərtlər əsasında aparılır və proses reallığa uyğun şəkildə formalaşır. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 Bütün Xəbərlər