Vaşinqton “İbrahim sazişləri”nə cığır açır: Azərbaycana və Ermənistanın cavabı nə olacaq?

Vaşinqton “İbrahim sazişləri”nə cığır açır: Azərbaycana və Ermənistanın  cavabı nə olacaq?
21.05.2025 12:26 Təhlil

“Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması ölkəyə iqtisadi və texnoloji inkişaf baxımından yeni imkanlar aça bilər”.

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə danışarkən deyib.

Onun sözlərinə görə, “İbrahim sazişi” layihəsinin ilkin məqsədi Yaxın Şərqdə mövcud olan yəhudi-ərəb düşmənçiliyinə son vermək və bu iki millət arasında sülhü tənim etməklə iqtisadi əməkdaşlığı stimullaşdırmaqdan ibarətdir:

“Əgər o konteksdən yanaşsaq, Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması ilk baxışdan mənasız bir şey kimi görünə bilər. Çünki bizim İsraillə istənilən sahədə onsuz da kifayət qədər yaxşı münasibətlərimiz var. Lakin bu saziş artıq yeni dövlətlərin də qoşulması ilə daha geniş coğrafiyada təhlükəsizlik, iqtisadiyyat və texnologiya sahələrində əməkdaşlığın təmin edilməsini nəzərdə tutur. Başqa sözlə desək, sazişin ilkin hədəfinin, yəni yəhudi və ərəblər arasında düşmənçiliyə son vermək hədəfinin artıq arxada qaldığını nəzərə alaraq deyə bilərik ki, Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması ölkəyə iqtisadi və texnoloji inkişaf baxımından yeni imkanlar aça bilər”.

Ekspert qeyd edib ki, xüsusilə də ölkəmizin Şərqlə Qərb, İsrail ilə müsəlman dünyası arasında körpü rolunu oynaya bilmə potensialı, Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi xarici siyasətdə manevr imkanlarının genişləndirilməsində yeni imkanlar əldə etməyə imkan verə bilər:

“Nəticədə biz İsraillə yanaşı, “İbrahim sazişləri”nə qoşulmuş digər dövlətlərlə, BƏƏ, Bəhreyn, Mərakeş və Sudan kimi ərəb ölkələri ilə və eləcə də bundan sonra sazişə qoşulacaq digər dövlətlərlə diplomatik və iqtisadi əlaqələri genişləndirmək üçün əlavə imkanlar əldə edə bilərik. Təbii ki, bu sazişə qoşulmağımız heç bir halda müstəqil qərarlar qəbul etmə və müstəqil xarici siyasət kursu həyata keçirmək imkanlarımızı məhdudlaşdırmamalıdır. Düşünürəm ki, bu sazişdə iştirakla bağlı qərarın Türkiyə ilə koordinasiyalı şəkildə verilməsinə, eləcə də bunun anti-İran alyansı kimi təqdim edilməməsinə də diqqət yetirmək lazımdır. Çalışmaq lazımdır ki, “İbrahim sazişləri”ndə iştirakımız sazişdə olmayan digər müsəlman ölkələri ilə münasibətlərimizdə hər hansı problemləri ortaya çıxarmasın”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff bəyan edib ki, Vaşinqton yaxın zamanda Azərbaycana və Ermənistana “İbrahim sazişləri”nə qoşulmağı təklif etməyi planlaşdırır. Bildirilib ki, bu, beynəlxalq platforma region ölkələri ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına xidmət edir.

Qiymət Mahir

FOTOLAR

Vaşinqton “İbrahim sazişləri”nə cığır açır: Azərbaycana və Ermənistanın  cavabı nə olacaq? — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Bütün Xəbərlər