İran ABŞ-ni ittiham etdi - SEPAH və XİN-dən iki mühüm bəyanat

İran ABŞ-ni ittiham etdi - SEPAH və XİN-dən iki mühüm bəyanat
27.06.2026 19:52

ABŞ-nin son hücumları ilə bağlı İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) və Xarici İşlər Nazirliyi tərəfindən mühüm bəyanat verilib.

TodayPress TV xəbər verir ki, SEPAH tərəfindən səsləndirilən bəyanat mahiyyət etibarilə xəbərdarlıq xarakteri daşıyıb.

Bildirilib ki, ABŞ İrana hücum etməklə anlaşma memorandumunun Hörmüz boğazının yenidən açılması ilə bağlı olan 5-ci maddəsini pozub. Əlavə edilib ki, Hörmüz boğazından istənilən keçid İran hakimiyyəti ilə tam koordinasiya şəraitində həyata keçirilməlidir.

İran Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanat isə əsasən ABŞ hücumlarının pislənməsinə həsr olunub. Nazirlik memorandumun 1-ci maddəsinə istinad edərək bildirib ki, ABŞ-nin zərbələri sənəddə nəzərdə tutulan dərhal atəşkəs öhdəliyini pozub.

Qeyd edək ki, hazırda həm İran, həm də ABŞ anlaşma memorandumunun şərhi ilə bağlı fərqli mövqelər nümayiş etdirir. Görünən odur ki, Hörmüz boğazı məsələsi tərəflər arasında əsas fikir ayrılığına çevrilməkdədir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Pakistanda atışma və güclü partlayış baş verdi 21:01 Avropa yanır - Əhali kondisionerlə tanış olur 21:25 "Qarabağ" Avstriya klubunu böyük hesabla məğlub etdi 21:15 "UFC Fight Night Baku": İkram Aliskerov braziliyalı rəqibini məğlub etdi - YENİLƏNİB 20:30 "Zirə" yoxlama oyununda "Navbahor"a məğlub oldu 20:47 Moskvaya doğru uçan iki PUA vuruldu 20:44 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 20:27 15 mərtəbəli binanın 16-cı mərtəbəsində yeni mənzil tikdilər 20:16 "UFC Fight Night Baku": Fərman Həsənov qələbə qazandı 18:14 İran ABŞ-ni ittiham etdi - SEPAH və XİN-dən iki mühüm bəyanat 19:52 ABŞ Venesuelaya qüvvələr göndərdi - VİDEO 19:33 İran Azərbaycana hücum etməyə hazırlaşırdı, Pezeşkian qarşısını aldı 19:29 Ceyhun Bayramov və Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə etdi 19:21 "Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşdi 19:08 Müqavimət davam edəcək - "Hizbullah" bəyanat yaydı 18:41 Əfqanıstanda 5,8 maqnitudalı güclü zəlzələ 18:21 Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA 16:13 “Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO 16:52 Çin turnirində Azərbaycan bayrağı ucaldı - Cüdoçular medal qazandılar 16:34 Xalq şairinin vəziyyəti barədə AÇIQLAMA 17:08 "Apple" Çinlə bağlı Tramp administrasiyasından xüsusi icazə istədi 15:11 Tehranın iki bölgəsində partlayışlar baş verdi 15:39 Rusiyadan ABŞ-ni qıcıqlandıracaq təklif: İrana yardım edəcək 15:22 Rusiya Ukraynaya məxsus “MiQ-29” təyyarəsini vurdu - VİDEO 16:20 Ermənistan MSK: Seçkilərin nəticəsinə təsir edən qanun pozuntusu olmayıb 16:29 Bütün Xəbərlər