Əhəd Abıyev yük yerini açdı, ora dollar "paçka"ları ilə dolu idi: “Mən gedim, Ramiz müəllim gözləyir”...

Əhəd Abıyev  yük yerini açdı, ora dollar "paçka"ları ilə dolu idi: “Mən gedim, Ramiz müəllim gözləyir”...
24.07.2026 10:30

Tanınmış jurnalist Qalib Arif mediada əmlaklarının siyahısı yayılan sabiq deputat Əhəd Abıyevlə bağlı bəzi məqamları açıqlayıb.

TodayPress TV xəbər verir ki, jurnalist sosial şəbəkədə yazdığı paylaşımda hadisənin 2005-ci ilin yayında baş verdiyini bildirib.

Qalib Arif qeyd edib ki, həmin vaxt "Xalq Qəzeti"ndə çalışarkən deputatlığa namizəd olan prokuror dostu ilə birlikdə redaksiyanın qarşısında Əhəd Abıyevlə qarşılaşıb.

Onun sözlərinə görə, söhbət zamanı Əhəd Abıyev dostundan deputatlığa namizədliyini verib-vermədiyini soruşub və "Hesabı müəllimə çatdırmısan?" ifadəsini işlədib. Daha sonra Əhəd Abıyev onları avtomobilinin yanına apararaq yük yerini açıb və "Mən gedim, Ramiz (red. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və çirkli pulların yuyulması ittihamları ilə barəsində cinayət işi açılaraq ev dustaqlığına buraxılıb) müəllim gözləyir, hesab vaxtında çatmalıdır" deyərək oradan uzaqlaşıb.

"Mən ömrümdə birinci dəfə idi ki, bu qədər pulu bir yerdə görürdüm, yəqin bir neçə milyon olardı. Dostum daha təcrübəli adamdı, amma təcrübəsinin yox, təəccübünün dərəcəsinə uyğun uzun bir fit çaldı. “Mənim bu qədər pulum hardadır?” dedi... Bəli, mənim dostum deputat seçilmədi...", – deyə jurnalist əlavə edib.

Qeyd edək ki, 12 il Daşkəsənin icra başçısı işləmiş Əhəd Abıyevin özünə və yaxınlarına məxsus olduğu iddia edilən əmlakların siyahısı yayılıb. Əhəd Abıyev 2011–2023-cü illərdə Daşkəsənin icra başçısı, daha əvvəl isə Milli Məclisin deputatı olub.

Qarşı tərəfin münasibətini yayımlamağa hazırıq.

Jalə Rövşən

FOTOLAR

Əhəd Abıyev  yük yerini açdı, ora dollar "paçka"ları ilə dolu idi: “Mən gedim, Ramiz müəllim gözləyir”... — 1
Əhəd Abıyev  yük yerini açdı, ora dollar "paçka"ları ilə dolu idi: “Mən gedim, Ramiz müəllim gözləyir”... — 2
XƏBƏR LENTİ
24 IYUL 2026
Tural Sadıqlının Bakıya qayıtmaq eyhamının ŞOK SƏBƏBİ 12:34 Tennisdə milyonların siyahısı açıqlandı 12:31 Qazaxıstanda ilk aerotaksinin sınaq uçuşu oldu - VİDEO 12:25 SON DƏQİQƏ: Polşa və Almaniya Rusiya sərhədində birgə əməliyyata başladı 12:04 "İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - QƏRAR 12:00 LeBron gələcək vida ilə bağlı ürəyini açdı 11:55 İran eyni vaxtda iki ölkədəki ABŞ bazalarına hücum etdi - VİDEO 11:47 Azərbaycan neftinin qiyməti 109 dolları keçdi 11:38 Rodri üçün milyonluq plan: "Real"dan böyük addım 11:22 Rodman keçmişi ilə bağlı maraqlı fakt açıqladı 11:11 TƏCİLİ: Bakıda iki sərnişin avtobusu toqquşdu, xəsarət alanlar var - VİDEO 11:05 Böyük dönüş: Klopp Almaniya millisinin başına keçir 10:57 Prezident Şavkat Mirziyoyevi təbrik etdi 10:54 FHN isti hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi 10:48 Əhəd Abıyev yük yerini açdı, ora dollar "paçka"ları ilə dolu idi: “Mən gedim, Ramiz müəllim gözləyir”... 10:30 Atakişiyevin təyyarəsinə atəş açılıb… - Qayınatası sirləri açdı - VİDEO 10:27 Tapia: Məğlubiyyət ağrıdır, amma bunu qəbul etməliyik 10:23 İran İordaniya və Bəhreyndəki ABŞ bazalarını vurdu 10:20 Onur Quluzadənin növbəti sınağı 10:09 Rusiyanın strateji silah zavodu belə vuruldu - VİDEO 09:57 Rusiya qatı cinayətkarları cəbhəyə göndərəcək - İDDİA 09:55 DÇ finalı ilə bağlı qalmaqal: 60 mindən çox imza toplandı 09:50 İran 7 ölkəyə müraciət etdi - Bəqai danışdı, nə danışdı... 09:45 Ukrayna Putinin vətənini vurdu - VİDEO 09:44 Neymardan sərt reaksiya: “Məşq etməyimə də söz deyəcəksiniz?” 09:37 Bütün Xəbərlər