Yerli at cinslərinin genetik irsinin qorunmasına həsr olunmuş seminar keçirildi

Yerli at cinslərinin genetik irsinin qorunmasına həsr olunmuş seminar keçirildi
29.07.2025 13:55

Kənd Təsərrüfatı Nazirliyinin Respublika Süni Mayalanma Mərkəzində “Atlarda reproduktiv orqanların ultrasəs müayinəsi və süni mayalanmanın tətbiqi” mövzusunda elmi-praktik seminar keçirilib.

TodayPress TV xəbər verir ki, seminarın məqsədi Azərbaycanda atçılıq sahəsində müasir biotexnologiyaların tətbiqini genişləndirmək, Qarabağ, Dilboz və digər yerli at cinslərinin genetik irsini qorumaq və seleksiya işini təkmilləşdirməkdir. 

Seminarda Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, institutun mütəxəssisləri, dövlət aqrar inkişaf mərkəzlərinin rəhbərləri, Dilbaz Atçılıq Mərkəzinin direktoru Gülalı Gülalıyev, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin dekanı Şəlalə Zeynalova, Qarabağ atları üzrə mütəxəssis Yaşar Quluzadə, baytar həkimlər və süni mayalanma texnikləri iştirak ediblər.

Tədbirdə çıxış edən Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdurəhmanov Qarabağ və Dilboz atlarının Azərbaycan xalqının milli sərvəti olduğunu vurğulayıb. Azərbaycanda xüsusilə yerli cinslərdən olan Qarabağ atlarına marağın böyük olduğunu deyən Elton Əbdurəhmanov vurğulayıb ki, dövlət tərəfindən Azərbaycan atlarının şan-şöhrətinin özünə qaytarılması, ölkəmizdə atçılığın inkişafının təmin edilməsi üçün mühüm işlər görülür.

Seminarda çıxış edən mütəxəssislər atçılığın inkişafı, yerli atların cins damazlıq tərkibinin qorunub saxlanması istiqamətində görülən işləri yüksək qiymətləndirib, belə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Natiqlər at cinslərinin genetik xəritələndirilməsi, seleksiya proqramlarının inkişafı, süni mayalanmanın genişləndirilməsi və mütəxəssis hazırlığının gücləndirilməsi ilə bağlı təkliflərini səsləndirib, seminar iştirakçılarının suallarını cavablandırıblar. 

Tədbir çərçivəsində atçılıq sahəsinə maraq göstərən baytar həkimlər və mütəxəssislər üçün təlim təşkil olunub. Xarici mütəxəssis atların reproduktiv sisteminin diaqnostikasında ultrasəs müayinələrinin rolu və süni mayalanmanın effektiv üsulları ilə bağlı təqdimat keçirib, bu sahədə nəzəri və praktik biliklərini bölüşüb. Təlimdə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təababəti fakültəsinin, eləcə də  Xəzər Universitetinin tələbələri iştirak ediblər.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub, gələcək əməkdaşlıq və layihə imkanları ətrafında müzakirələr aparılıb.

FOTOLAR

Yerli at cinslərinin genetik irsinin qorunmasına həsr olunmuş seminar keçirildi — 1
Yerli at cinslərinin genetik irsinin qorunmasına həsr olunmuş seminar keçirildi — 2
Yerli at cinslərinin genetik irsinin qorunmasına həsr olunmuş seminar keçirildi — 3
Yerli at cinslərinin genetik irsinin qorunmasına həsr olunmuş seminar keçirildi — 4
XƏBƏR LENTİ
20 AVQUST 2026
“Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 Bütün Xəbərlər