Azərbaycan FAO-nun 44-cü sessiyasında iştirak edir

Azərbaycan FAO-nun 44-cü sessiyasında iştirak edir
01.07.2025 17:34 Kənd Təsərrüfatı

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İtaliyanın paytaxtı Romada keçirilən 44-cü sessiyasında iştirak edir.

TodayPress TV bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, sessiyaya 90-dan çox ölkənin ekologiya və kənd təsərrüfatı üzrə nazir və nazir müavinləri, o cümlədən ətraf mühit və qida təhlükəsizliyi üzrə fəaliyyət göstərən digər yüksək səviyyəli rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. İyulun 4-nə qədər davam edəcək tədbirdə Azərbaycanı nazir Məcnun Məmmədov təmsil edir.

Sessiyanın açılış mərasimində çıxış edən FAO-nun Baş direktoru Qu Donqyu bildirib ki, artan çağırışlar fonunda innovasiyaların tətbiqinin genişləndirilməsi və kənd təsərrüfatının transformasiyası mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, aqrar sahədə dayanıqlı inkişaf və məhsuldarlığın artırılması iqlimə uyğun ağıllı və rəqəmsal kənd təsərrüfatının qurulmasını labüd edir.

Sessiya çərçivəsində keçirilən “Ərzaq təhlükəsizliyi üçün innovasiyaların təşviqi” mövzusunda plenar iclasda çıxış edən M.Məmmədov Azərbaycan hökumətinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM), xüsusilə kənd təsərrüfatında qarşıya qoyulan hədəflərə nail olmaq üçün həyata keçirdiyi tədbirlərdən söz açıb. O qeyd edib ki, Azərbaycan sosial-iqtisadi, ətraf mühit sahələrini əhatə edən dövlət proqramları və strategiyaları DİM-ə uyğunlaşdıran ilk ölkələrdəndir. Həyata keçirilən tədbirlər nəticəsində dayanıqlı aqro-ərzaq sistemi formalaşdırılması, milli qida sistemlərinin transformasiyasında nəzərəçarpacaq irəliləyiş əldə olunub.

Qlobal iqlim dəyişikliyinin bütün dünyada kənd təsərrüfatı məhsullarının istehsal prosesinə təsir etdiyini deyən nazir ölkəmizdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması və iqlimə uyğun kənd təsərrüfatının inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulayıb: “Bugünkü aqroərzaq sistemləri getdikcə daha təkmilləşən qlobal tələblərə cavab vermək üçün texnologiyanın daha dəqiq və səmərəli istifadəsi ilə uyğunlaşmalıdır. Bununla belə, birgə fəaliyyət və səylər torpaq və su ehtiyatlarının səmərəli planlaşdırılması və düzgün idarə edilməsi ilə tamamlanmalıdır”.

M.Məmmədov ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub. O bildirib ki, Azərbaycan bu beynəlxalq tədbiri uğurla təşkil edib, İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi də daxil olmaqla bir sıra mühüm beynəlxalq təşəbbüslər qəbul olunub.

Rəqəmsallaşdırılmış, innovasiyaya əsaslanan kənd təsərrüfatının iqlimə uyğunlaşma və iqlim dəyişikliyinin təsirlərinin azaldılmasında mühüm rol oynadığını deyən nazir Azərbaycan hökumətinin iqlimə davamlı aqro-ərzaq sistemlərinin inkişafına böyük sərmayə yatırdığını diqqətə çatdırıb. Bu investisiyaların əhəmiyyətli bir hissəsi rəqəmsallaşma və ağıllı kənd təsərrüfatına yönəldilib. Dövlət dəstəyi mexanizmləri müasir əkinçilik və bağçılıq texnologiyalarının tətbiqinə yönəlmiş fəaliyyəti stimullaşdırır. Bununla yanaşı, hökumət işğaldan azad edilmiş, "yaşıl enerji" zonaları elan edilmiş əraziləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun olaraq yenidən qurur, iqlimə uyğun kənd təsərrüfatı siyasəti bu ərazilərin inkişafının tərkib hissəsini təşkil edir.

M.Məmmədov transformasiya yolu ilə davamlı aqro-ərzaq sistemlərinin quruluması üçün qlobal əməkdaşlığın vacib olduğunu, Azərbaycanın bu istiqamətdə qlobal səyləri dəstəklədiyini və müvafiq çoxtərəfli platformalar vasitəsilə fəal əməkdaşlığa hazır olduğunu bəyan edib.

Tədbirdə çıxış edən natiqlər aqrar sahədə mövcud vəziyyət, kənd təsərrüfatında məhsuldarlığın daha da artırılması, torpaq və su resurslarından səmərəli istifadə, kənd təsərrüfatının rəqəmsallaşdırılması, keyfiyyətli məhsul istehsalı, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öz fikirlərini bölüşüblər.

XƏBƏR LENTİ
15 IYUN 2026
Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 Avropa Liqası: Qadın voleybolçulardan ibarət millimiz İspaniyaya məğlub oldu 22:09 Bütün Xəbərlər