Məcnun Məmmədov TDT ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısına qatıldı

Məcnun Məmmədov TDT ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısına qatıldı
25.06.2025 16:37

Azərbaycan Qırğızıstanın Çolpon-Ata şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısında iştirak edib.

TodayPress TV bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ölkəmizi toplantıda nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Azərbaycan rəsmisi tədbirdə qlobal iqlim dəyişikliyinin aqrar aqro-ərzaq sistemləri və ərzaq təhlükəsizliyinin təmin olunması prosesinə ciddi risklər yaratdığını vurğulayaraq ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub. O bildirib ki, Azərbaycan bu beynəlxalq tədbiri uğurla təşkil edib, İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi də daxil olmaqla bir sıra mühüm beynəlxalq təşəbbüslər qəbul olunub. Nazir COP29-da yüksək səviyyədə təmsil olunduğuna görə TDT ölkələrinə təşəkkürünü ifadə edib.

Səmərəli kənd təsərrüfatı diplomatiyasını qlobal aqro-ərzaq sisteminin üzləşdiyi çoxsaylı çağırışları və təhdidləri aradan qaldırmaq üçün mühüm vasitə adlandıran nazir əlavə edib ki, TDT ölkələri arasında ticarət əlaqələri daha da möhkəmləndirilməli və ölkələrimizin əsas kənd təsərrüfatı məhsullarının aparıcı ixracatçılarına çevrilməsi üçün birgə səylər artırılmalıdır. O, vurğulayıb ki, TDT ölkələrinin müasir nəqliyyat infrastrukturu, zəngin enerji resursları, azad iqtisadi zonaları və əlverişli investisiya mühiti biznes icmalarının uğurlu fəaliyyəti üçün əhəmiyyətli üstünlüklər yaradır. Bu il Türk İnvestisiya Fondunun rəsmi fəaliyyətə başlaması gözlənilir. Bunu əsas gətirən M.Məmmədov qeyd edib ki, Fondun imkanlarından aktiv istifadə edərək TDT brendi altında birgə istehsala yönəlmiş pilot layihələr həyata keçirilməlidir.

Öncədən müəyyən edilən meyarlar əsasında 2025-ci ilin sentyabr ayından Çolpon-Ata şəhəri TDT-nin kənd təsərrüfatı paytaxtı elan edilib. Nazirlərin növbəti toplantısının Türkiyədə keçirilməsi barədə razılıq əldə olunub, Kənd Təsərrüfatı üzrə İşçi Qrupunun 2026-cı il üçün xüsusi Fəaliyyət Planı hazırlamasına qərar verilib.

Tədbirin sonunda Yekun Bəyannamə qəbul olunub. Sənəddə aqro-ərzaq sisteminin dayanıqlığının təmin olunması, aqrar sahədə innovasiyaların tətbiqinin genişləndirilməsi, məhsuldarlığın yüksəldilməsi, kənd təsərrüfatı və qida məhsulları üzrə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayələrin təşviqi, aqrar sahədə müasir texnologiyaların transferi, ən yaxşı təcrübələrin qarşılıqlı mübadiləsi, torpaq və su resurslarının səmərəli idarə olunması, biomüxtəlifliyin qorunması, kənd təsərrüfatı sığorta sisteminin təşviq edilməsi, TDT çərçivəsində kənd təsərrüfatı kooperasiyası fəaliyyətlərinin həyata keçirilməsinə dəstək və digər sahələr TDT-yə üzv dövlətlər arasında gələcək əməkdaşlığın əsas istiqamətləri kimi müəyyən edilib.

FOTOLAR

Məcnun Məmmədov TDT ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısına qatıldı — 1
Məcnun Məmmədov TDT ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısına qatıldı — 2
Məcnun Məmmədov TDT ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısına qatıldı — 3
Məcnun Məmmədov TDT ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısına qatıldı — 4
Məcnun Məmmədov TDT ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısına qatıldı — 5
Məcnun Məmmədov TDT ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısına qatıldı — 6
Məcnun Məmmədov TDT ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısına qatıldı — 7
Məcnun Məmmədov TDT ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısına qatıldı — 8
Məcnun Məmmədov TDT ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin IV Toplantısına qatıldı — 9
XƏBƏR LENTİ
20 AVQUST 2026
“Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 Bütün Xəbərlər